05 Noyabr 2022 10:51
503
CƏMİYYƏT
A- A+
Azərbaycan Prokurorluğunun işçiləri Qazaxıstanda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda iştirak edib  

Azərbaycan Prokurorluğunun işçiləri Qazaxıstanda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda iştirak edib  

 

Cinayətkarlığın müasir inkişaf meyllərinin və regional xüsusiyyətlərinin, ona qarşı mübarizənin yeni üsullarının və qabaqcıl təcrübənin, həmçinin xarici ölkələrin hüquq-mühafizə tədris müəssisələrinin təhsil və elmi resurslarının öyrənilməsi məqsədi ilə Azərbaycan Prokurorluğu elmi-metodiki konfransların, seminarların və müşavirələrin keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda bu tədbirlər nəticəsində cinayətkarlığın kriminoloji tədqiqi sahəsində qarşılıqlı əlaqələr yaranır, beynəlxalq əməkdaşlıq möhkəmlənir və etibarlı tərəfdaşlıq münasibətləri inkişaf edir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 4-də Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyasının təşkilatçılığı ilə Qazaxıstan SSR Prokuroru O.S.Seitovun xatirəsinə həsr edilmiş “Hüquq-mühafizə orqanlarının fəaliyyətinin aktual məsələləri” mövzusunda qarışıq formatda (online və offline) beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tədbirə digər dövlətlərin prokurorluq işçiləri və hüquq sahəsində alimləri ilə yanaşı, online formatda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, şöbə böyük prokuroru Nigar Əskərova və şöbə prokuroru Rauf Abdullayev qoşulublar. Konfransın plenar sessiyasında Nigar Əskərova “Azərbaycan Respublikasında prokurorun konstitusion-hüquqi statusu” adlı məruzə ilə rus dilində çıxış edib, eləcə də təmsilçilərimiz tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Həmin tədbir çərçivəsində Qazaxıstan tərəfinin təşəbbüsü ilə “Qazaxıstanda və MDB üzv dövlətlərində prokurorun konstitusion-hüquqi statusu” mövzusunda aparılmış müqayisəli-hüquqi tədqiqatda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin iştirakı xüsusi vurğulanaraq Azərbaycan tərəfinə minnətdarlıq ifadə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 çərçivəsində iqlim dəyişikliyinin mədəni irsə təsirinə dair müzakirələr aparılıb  

13:10
21 Noyabr

“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib  

13:06
21 Noyabr

COP29 çərçivəsində Qafqaz dağlarının dayanıqlılığı və regional əməkdaşlıq müzakirə olunub  

13:00
21 Noyabr

Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib  

12:44
21 Noyabr

Sabah ölkəmizdə hava əsasən yağmursuz olacaq  

12:39
21 Noyabr

Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

12:34
21 Noyabr

Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırılıb  

12:30
21 Noyabr

Azərbaycan və Pakistanın aviasiya operatorlarının birgə fəaliyyəti müzakirə edilib  

12:25
21 Noyabr

Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb  

12:19
21 Noyabr

COP29 Sədrliyi: COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul edəcəyik  

11:57
21 Noyabr

Filarmoniyada COP29-a həsr olunmuş növbəti konsert proqramı təqdim edilib  

11:54
21 Noyabr

Qarabağ Zəfəri İstanbulda möhtəşəm konsert proqramı ilə qeyd edilib  

11:48
21 Noyabr

Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır  

11:39
21 Noyabr

Noyabrın 25-dən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  

11:33
21 Noyabr

“Azeri Light” nefti bahalaşıb  

11:21
21 Noyabr

Özbəkistanda 2025-ci il yaşıl iqtisadiyyat ili elan olunub  

11:18
21 Noyabr

Ümumdünya Meteorologiya Təşkilatı: Dünyanın su problemləri ilə üz-üzə qalacağı günlər o qədər də uzaqda deyil  

11:14
21 Noyabr

Qobustan Günəş Elektrik Stansiyasının tikintisini həyata keçirəcək xarici investor bəlli olub  

11:04
21 Noyabr

Alimlər insan skeletinin inkişafı planını hazırlayıblar

10:57
21 Noyabr

Dəniz xüsusi təyinatlıları "SAT-SAS-2024" təlimində iştirak edirlər  

10:37
21 Noyabr

Dünya bazarlarında neftin qiyməti artıb  

10:28
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!