22 Avqust 2024 13:10
116
İQTİSADİYYAT
A- A+

Azərbaycan Özbəkistanın tikinti sektoruna investisiya yatıra bilər


Azərbaycan Özbəkistanın tikinti sektoruna 500 milyon ABŞ dollarından çox investisiya yatıra bilər.

“Report” “Sputnik Özbəkistan”a istinadən xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov bu gün Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda bildirib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə deyib ki, iki ölkə arasında yükdaşımalarda artım 25-30 % civarındadır.

“Qurulmuş nəqliyyat-logistika kommunikasiyaları gözlədiyimiz nəticələri verir. Biz görürük ki, regionda yükdaşımaların həcmi hər iki istiqamətdə 25-30 % artır”, - nazir bildirib.

M.Cabbarov onu da əlavə edib ki, yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsi açılacaq: "Bu, Özbəkistan şirkətinin investisiya layihəsidir".

Forum zamanı Bakı, Şuşa, Daşkənd və Səmərqənddə ticarət evlərinin və “show room”ların açılması da müzakirə olunub.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovun sözlərinə görə, ölkəsi Azərbaycanda faydalı qazıntıların emalına, habelə tikinti materialları istehsal edərək Qarabağın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa işlərində iştirak etməyə hazırdır.

Bundan əlavə, L.Kudratov Azərbaycan şirkətlərini Özbəkistanda əlvan metal yataqlarının işlənməsi və hasilatında iştirak etməyə dəvət edib.

“Biz də öz növbəmizdə Azərbaycan şirkətlərini əlvan metalların, o cümlədən mis yataqlarının işlənməsi və hasilatında iştirak etməyə dəvət edirik. Enerji və neft-qaz sahələrində əməkdaşlıq yaxşı templə inkişaf edir”, – özbəkistanlı nazir qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video