22 Avqust 2024 15:16
120
İQTİSADİYYAT
A- A+

AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar


Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024–2025-ci illər üzrə payız-qış uçuş cədvəlini açıqlayıb.

Cədvələ AZAL-ın genişləndirilmiş marşrut şəbəkəsinin 50-dən çox istiqaməti, o cümlədən iki daxili - Naxçıvan və Füzuli şəhərlərinə reyslər daxildir.

Cədvəl 2024-cü ilin oktyabrın sonundan qüvvəyə minəcək və 2025-ci ilin martınadək davam edəcək. Biletlərin satışı artıq başlayıb.

Əgər qış mövsümündə istidən zövq almaq istəyirsinizsə, AZAL Dubaya, Şarm-əl-Şeyxə, Antalyaya, Ciddəyə, Dammama reyslər təklif edir.

Qış tətilinə üstünlük verənlər üçün Soçiyə, Mineralnıye Vodıya, Almatıya, Vyanaya dağ xizək kurortlarına reyslər mövcuddur. Eləcə də, Yeni ildə Moskvaya, Sankt-Peterburqa, Praqaya, Berlinə, Astanaya və AZAL marşrut şəbəkəsində təqdim edilən digər şəhərlərə də yola düşmək olar. Tələb olunan tarixlərdə reyslərdə yerinizi təmin etmək üçün biletləri əvvəlcədən bron etməyiniz tövsiyə olunur.

Yay mövsümündə olduğu kimi, bu mövsümdə də AZAL Avropaya, o cümlədən Praqaya, Berlinə, Barselonaya, Vyanaya, Parisə, Londona və Kişineuya uçuşların genişləndirilmiş proqramını təklif edir. Aviaşirkətin Bakıdan Rusiyanın 13 şəhərinə və Türkiyənin 5 şəhərinə reysləri mövcuddur.

Asiyaya səyahətlər üçün Çinə, Hindistana, Pakistana, Qazaxıstana və Özbəkistana reyslər mövcuddur. Daha çox uçuş tezliyi Bakıdan Moskvaya, İstanbula, Dubaya, Tbilisiyə planlaşdırılıb.

Qeyd edək ki, payız-qış mövsümü üçün nəinki elə indi bilet sifariş etmək, həm də, qidalanma, normadan artıq yükün daşınması, eləcə də xüsusi daşınma növləri kimi əlavə xidmətləri sifariş etmək olar.

Aviaşirkətin rəsmi www.azal.az saytında cədvəli, uçuş şərtlərini dəqiqləşdirmək və bilet əldə etmək, eləcə də əlavə xidmətləri sifariş etmək olar.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytında, yenilənmiş mobil tətbiqi vasitəsilə, eləcə də “Azərbaycan Hava Yolları”nın kassalarında və akkreditasiya olunmuş agentliklərində əldə etmək olar.

AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app keçidindən yükləmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video