26 İyun 2025 18:23
876
CƏMİYYƏT
A- A+
Azərbaycan Ombudsmanı Almaniyada keçirilən beynəlxalq konfransda Ermənistanın müharibə cinayətlərindən danışıb  

Azərbaycan Ombudsmanı Almaniyada keçirilən beynəlxalq konfransda Ermənistanın müharibə cinayətlərindən danışıb  


Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasının Berlin şəhərində keçirilmiş İnformasiya Komissarlarının XVl Beynəlxalq Konfransında (ICIC XVI) iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, “Rəqəmsal dövrdə ətraf mühitlə bağlı informasiyaya çıxış” mövzusunda keçirilən beynəlxalq konfransın “İnformasiya komissarlarının yeni çağırışlar və müsbət təcrübələrinin mübadiləsi” adlı interaktiv panel sessiyasında çıxışı zamanı Səbinə Əliyeva ölkəmizdə informasiya əldə etmək hüququnun müdafiəsi və təşviqi istiqamətində həyata keçirilən fəaliyyət barədə geniş məlumat verib.

Ombudsman “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ilə dövlət orqanları, bələdiyyələr, publik hüquqi şəxslər, onların vəzifəli şəxsləri tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirməsinə nəzarəti həyata keçirdiyini, bu hüququn müdafiəsi sahəsində müsbət təcrübələrə malik olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Müvəkkil qeyd olunan sahədə həyata keçirilən fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Ombudsman Aparatında müvafiq struktur bölmənin yaradıldığını, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı müraciətlərə operativ şəkildə baxıldığını, bu istiqamətdə davamlı olaraq paytaxtda və regionlarda hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Ombudsman informasiya əldə etmək hüququnun təmini məqsədilə görülən işlərlə yanaşı, müraciətlərin poçt, elektron poçt, Ombudsman Aparatının sosial şəbəkə hesabları, həmçinin 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı Mərkəzi vasitəsilə qəbul edildiyini bildirib.

Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 30 ilə yaxın işğal altında qaldığını bildirən Ombudsman Səbinə Əliyeva bu müddət ərzində həmin ölkə tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına səbəb olan cinayətlər törədildiyini, bu faktlarla bağlı yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə faktaraşdırıcı missiyaların da həyata keçirildiyini diqqətə çatdırıb.

Ombudsman Ermənistan tərəfindən ərazilərimizdə törədilən cinayətlər, o cümlədən ekosid, urbasid, kulturasid, mina terroru, eləcə də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın soydaşımızın taleyi barədə məlumatların əldə olunmaması ilə bağlı müvafiq beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edildiyini bildirib, lakin mövcud ikili standartlar səbəbindən Ermənistana münasibətdə hər hansı bir ciddi tədbirlərin görülmədiyini qeyd edib.

Səfər zamanı Səbinə Əliyeva, həmçinin konfransda iştirak edən xarici ölkələrin ombudsmanları, milli insan hüquqları institutlarının rəhbərləri və informasiya komissarları ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində Ombudsman Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Müxtəliflikdə birlik: dialoqda dinlərarasi sədalar” mövzusunda keçirilmiş konfransda iştirak edib, tədbirdə iştirak edən dini icmaların nümayəndələri ilə və orada yaşayan soydaşlarımızla görüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!