05 Oktyabr 2026 17:32
725
İQTİSADİYYAT
A- A+
Azərbaycan neftinin İsveçrəyə ixracı 3 dəfə artıb

Azərbaycan neftinin İsveçrəyə ixracı 3 dəfə artıb


Azərbaycan neftinin İsveçrə istiqamətində ixracında ciddi artım qeydə alınıb. Yanvar-avqust aylarında Azərbaycandan İsveçrəyə 193,6 milyon dollar dəyərində 272,5 min ton neft və neft məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,6 dəfə, fiziki həcmdə isə 3 dəfə çoxdur. Ötən ilin ilk səkkiz ayında İsveçrəyə 53,9 milyon dollar dəyərində 89,7 min ton neft və neft məhsulları göndərilmişdi. Hesabat dövründə İsveçrə Azərbaycan neftini idxal edən ölkələr arasında üçüncü yeri tutub.

Ümumilikdə isə Azərbaycanın neft ixracının dəyəri bu ilin yanvar-avqust aylarında 10,6 faiz artaraq 9,282 milyard dollara çatıb. Bununla belə, fiziki həcmdə 7,8 faizlik azalma qeydə alınıb.

Beləliklə, neft ixracında rəqəmlər maraqlı mənzərə yaradır: ixrac həcmi azalarkən, onun dəyəri artır. İsveçrə istiqamətindəki üçqat artım isə Azərbaycanın enerji ixracı xəritəsində diqqətçəkən dinamika kimi seçilir.


 “Azərbaycan”



 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir 

15:53
28 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar  

14:51
28 Oktyabr

Mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə təsir göstərir  

14:35
28 Oktyabr

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

14:23
28 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir  

14:04
28 Oktyabr

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

13:57
28 Oktyabr

Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın milli birliyini və beynəlxalq mövqeyini ortaya qoydu  

13:54
28 Oktyabr

 Çoxqütblü diplomatiyanın Azərbaycan nümunəsi

13:51
28 Oktyabr

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB

13:41
28 Oktyabr

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir

13:38
28 Oktyabr

Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır

13:37
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

13:22
28 Oktyabr

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

13:17
28 Oktyabr

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb  

12:37
28 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:31
28 Oktyabr

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

12:29
28 Oktyabr

Qədim Roma şüşəsinin rəng dəyişdirmə sirri açılıb  

12:26
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!