18 Fevral 2025 14:01
812
İDMAN
A- A+
Azərbaycan Milli Olimpiya Komitəsinin Hesabat-seçki baş məclisi keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin Hesabat-seçki baş məclisi keçirilib

Fevralın 18-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki baş məclisi keçirilib.

AZƏRTAC xəbər verir ki, baş məclisdə Milli Olimpiya Komitəsinin üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Baş məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qurumun 2022-2024-cü illərdəki fəaliyyəti haqqında hesabat-məruzə ilə çıxış edib. O, iqtisadi və digər sahələrdə inkişaf sürətinə görə regionun lider dövləti olan Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirib.

Çingiz Hüseynzadə hesabat dövründə Azərbaycanın idman tarixində bir sıra uğurlu hadisələrin baş verdiyini diqqətə çatdıraraq, MOK-un gördüyü işlərin miqyasına görə çox əhatəli olduğunu, əldə edilmiş nailiyyətlərin həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yüksək səviyyəyə qalxdığını qeyd edib.

"Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrindəki inkişafının əsası dövlət başçısının uzaqgörən siyasətinin nəticəsi olduğu kimi, Olimpiya Hərəkatı və idmandakı uğurlarımız da Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında bir sıra olduqca əlamətdar tarixi hadisələr baş verib. Azərbaycan Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazanılmış 7 (2 qızıl, 2 gümüş, 3 bürünc) medalla ümumi komanda hesabında 30-cu yeri tutub", - deyə Çingiz Hüseynzadə bildirib.

MOK-un vitse-rezidenti baş məclis iştirakçılarına məlumat verərək deyib ki, ötən dövrləri əhatə edən hesabat kitabında Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri, Prezident İlham Əliyevin görüşləri, çıxışları, qəbulları, iştirak etdiyi tədbirlər, beynəlxalq yarışlar, idmançılarımızın Olimpiya Oyunlarında, Olimpiya festivallarında, İslam Həmrəyliyi Oyunlarında çıxışı, Olimpiya Həmrəyliyi Fondunun proqramları, maliyyə-marketinq, informasiya və nəşriyyat məsələləri öz əksini tapıb. O, müxtəlif səviyyəli beynəlxalq yarışlarda atletlərimizin qazandıqları uğurlardan, Bakıda keçirilən beynəlxalq yarışlardan danışaraq, MOK-un hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirib.

Hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra MOK-un Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və idmançılar adından çıxış edən Fərid Mansurov hesabat məruzəsini və MOK-un fəaliyyətini yüksək qiymətləndirərək, gələcək işlərdə uğurlar arzulayıblar.

Hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra Prezident İlham Əliyev, eləcə də Azər Əliyev, Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftahətdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Faiq Qarayev və Alla Həsənova MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Baş məclisdə MOK-un Təftiş Komissiyasının üzvləri də seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Orta Dəhliz ilə yükdaşımalarının həcmi beş dəfə artıb

12:16
15 Aprel

Yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 630 milyon manat olub

12:14
15 Aprel

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

12:13
15 Aprel

Üç suveren fond “Galaxy Orientis” Çin - ASEAN İnvestisiya Platformasının yaradılmasında iştirak edib 

12:12
15 Aprel

Banklardakı əmanətlərin 69 faizdən çoxu milli valyutada qoyulub  

12:06
15 Aprel

Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? – Ali Məhkəmə açıqladı

12:01
15 Aprel

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 47 faiz artıb

11:54
15 Aprel

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,1 faiz artıb

11:43
15 Aprel

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

11:38
15 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb  

11:32
15 Aprel

Zərifə Əliyeva - qəlblərdə yaşayan əbədi işıq və nəciblik nümunəsi

11:31
15 Aprel

Birinci rübdə Azərbaycanda inşaat işlərinin 87 faizini özəl müəssisələr icra edib

11:28
15 Aprel

Mərkəzi Bank yenilənmiş 100 manatlıq əskinasları tədavülə buraxır

11:25
15 Aprel

Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb  

11:13
15 Aprel

ABŞ İranın dəniz ticarətini dayandırıb

11:08
15 Aprel

Görkəmli elm adamı, dəyərli ziyalı və böyük şəxsiyyət

11:01
15 Aprel

BVF qlobal iqtisadi artım proqnozunu 3,1 faizə endirib

10:58
15 Aprel

Fərdi sahibkarların sayı 1 milyon 472 mini keçib

10:57
15 Aprel

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

10:57
15 Aprel

İqtisadi fəal əhalinin sayı açıqlanıb

10:51
15 Aprel

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli kömək göstərib  

10:46
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!