14 Aprel 2026 12:16
195
İDMAN
A- A+
Azərbaycanda “Ədalətli İdman Ayı”na start verilir

Azərbaycanda “Ədalətli İdman Ayı”na start verilir


Ümumdünya Antidopinq Agentliyi (WADA) 2026-cı il 17 apreli dünyada Ədalətli İdman Günü elan edib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a bildirilib ki, təmiz idman dəyərlərinə həsr olunan bu gün dopinqə qarşı qlobal mübarizə ilə bağlı idmançılar, idman ictimaiyyəti və digər maraqlı tərəflər üçün maarifləndirmə məqsədi daşıyır.

Hər il WADA-nın təşəbbüsünə qoşulan AMADA 2026-cı il 15 aprel – 15 may tarixlərini ölkəmizdə “Ədalətli İdman Ayı” elan edib.

WADA hər il müxtəlif formatlarda qeyd olunan Ədalətli İdman Gününün bu il də rəqəmsal platformalar vasitəsilə geniş şəkildə təbliğ olunması üçün çağırış edib. Ali antidopinq qurumu cari ildə bu günün “Ədalətli yarış səndən başlayır” şüarı altında keçirilməsini və bu mövzuda paylaşımların #PlayTrueDay həştəqi ilə yayılmasını tövsiyə edir.

“Ədalətli İdman Ayı – 2026” çərçivəsində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi ilə yanaşı, Azərbaycanın bölgələrində maarifləndirici tədbirlərin təşkili, müxtəlif təhsil müəssisələrində görüşlərin keçirilməsi, idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində tədbirlərin reallaşdırılması planlaşdırılır. Bununla yanaşı, sosial media kampaniyalarının aparılması və ictimai təşviqat layihələrinin icrası da nəzərdə tutulur.

WADA 2014-cü ildən etibarən hər il aprel ayında Ədalətli İdman Gününü qeyd edir. Müxtəlif tarixlərdə keçirilən bu əlamətdar gün 2026-cı ildə 17 aprel tarixinə təsadüf edir. Artıq 12 ildir ki, Ədalətli İdman Günü beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk general: Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır

16:26
14 Aprel

Avropa Komissiyası Kiyevə ayrılan 90 milyard avrodan ilk ödənişləri təxirə salıb  

16:01
14 Aprel

Hörmüz boğazından neft və neft məhsullarının nəqli gündəlik 3,8 milyon barelə enib - HESABAT

15:58
14 Aprel

Azərbaycan və Latviya kənd təsərrüfatı sahəsində birgə fəaliyyətin gücləndirilməsini nəzərdən keçirib  

15:51
14 Aprel

İkinci rübdə qlobal neft tələbatı 1,5 milyon barel azalacaq - PROQNOZ

15:47
14 Aprel

Nazir: Azərbaycan və Türkiyə sosial siyasət sahəsində əməkdaşlığı genişləndirir 

15:43
14 Aprel

Qazaxıstanda beynəlxalq narkotik ticarəti şəbəkəsi çökdürülüb

15:36
14 Aprel

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

15:31
14 Aprel

Beynəlxalq Enerji Agentliyi: Martda qlobal neft tədarükü sutkada 10,1 milyon barel azalıb  

15:27
14 Aprel

Altı ərəb ölkəsinin xarici işlər nazirləri ABŞ ilə İran arasında davamlı atəşkəsi müzakirə ediblər  

15:21
14 Aprel

Ağdərənin Aşağı Oratağ kəndinə növbəti köç olub

15:14
14 Aprel

Rusiyanın Voronej sakinlərinə Azərbaycana səyahət etmək təklif olunur

15:11
14 Aprel

Çin ABŞ-nin silah ixracı ilə bağlı hədəsinə cavab verib

15:09
14 Aprel

Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üzvləri Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər parkını ziyarət ediblər  

15:01
14 Aprel

Fransa və Britaniya liderləri Parisdə Hörmüz konfransına sədrlik edəcəklər

14:53
14 Aprel

Bakıda “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılışı olub  

14:46
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans YENİLƏNİB

14:46
14 Aprel

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNİB

14:44
14 Aprel

Çin XİN: ABŞ-nin İran limanlarını blokadaya alması təhlükəlidir

14:43
14 Aprel

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNİB

14:43
14 Aprel

Vladiqafqazda silahlı hücum olub

14:42
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!