14 Aprel 2026 14:46
344
CƏMİYYƏT
A- A+
Bakıda “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılışı olub  

Bakıda “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılışı olub  


Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu aydın şəkildə nümayiş etdirdiyini deyib. O bildirib ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişaf və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət kimi ön plana çıxır.

Komitə sədri qeyd edib ki, qadınların rəqəmsal iqtisadiyyata, xüsusilə süni intellekt sahəsinə cəlb olunmaları dayanıqlı inkişaf baxımından mühüm addımlardan biridir. Onların rəqəmsal mühitdə birbaşa iştirakı sosial dayanıqlılığın güclənməsinə töhfə verir.

“Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlər nümunəvi xarakter daşıyır. Qadınların dayanıqlı kənd təsərrüfatında və digər sahələrdə fəallığının artırılması, eyni zamanda, onların liderlik potensialının gücləndirilməsi və tətbiq olunan siyasətlərin səmərəliliyinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin onların regional və beynəlxalq platformalarda fəal iştirakı dialoq üçün daha geniş imkanlar yaradır. Qadınların səlahiyyətləndirilməsini real təcrübəyə və konkret nəticələrə çevirmək əsas hədəflərdən biri olmalıdır. Artıq güclü təşəbbüsləri və həyata keçirilən fəaliyyətləri praktik müstəviyə keçirməyin vaxtıdır”, - deyə komitə sədri vurğulayıb.

Açılış mərasimində çıxış edən Leyla Əliyeva bildirib ki, bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar uğurlu sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.

Azərbaycanda qadınların rolunun daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyeva deyib: “Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oynadıqlarını göstərir”.

O qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ə sədrliyinin davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə dəstəklədiyini görmək çox xoşdur. “AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür”, - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay isə beynəlxalq və regional təşkilatların qadınların səlahiyyətlərinin artırılması istiqamətindəki qlobal səylərdə mühüm tərəfdaşlar olduqlarını deyib. Baş katib diqqətə çatdırıb ki, onlar bu prosesdən kənarda qala bilməzlər. AQEM də daxil olmaqla, çoxtərəfli platformalar normaların formalaşmasına kömək edir, dialoqu asanlaşdırır və üzv dövlətlər arasında ən yaxşı təcrübələrin mübadiləsinə şərait yaradır.

Kayrat Sarıbay qeyd edib ki, etimadın gücləndirilməsi, iqtisadi artım və əməkdaşlığa yönələn AQEM Asiyada 28 üzv dövləti birləşdirir. Bu üzvlük dünya əhalisinin demək olar yarısını təşkil edən iqtisadi inkişaf, demoqrafik meyillər, mədəni dinamika və sosial strukturlar baxımından böyük bir müxtəlifliyi təmsil edir. Son onilliklər ərzində Asiyada nəzərəçarpacaq irəliləyişlər olsa da, siyasətdə, iqtisadi liderlikdə, sülh quruculuğunda və ya iqlim dəyişikliyi müzakirələrində, eləcə də bir çox qərar qəbuletmə sahələrində qadınların səsi hələ də daha az eşidilir. Bu da bugünkü konfransımızın mövzusunu daha da aktual edir.

Konfransda, eyni zamanda, “UN Women” təşkilatının İcraçı direktoru Sima Sami Bahousun videomüraciəti təqdim edilib. Sima Sami Bahous diqqətə çatdırıb ki, AQEM Qadınlar Şurasının yaradılması yüksək qiymətləndirilməlidir. Bu mühüm təşəbbüs qadınların dayanıqlı inkişafın mərkəzində yer almaları istiqamətində atılan əhəmiyyətli addımdır. O, bu platformanın qadınların səsinin daha aydın eşidilməsinə, onların qərarvermə proseslərində iştirakının genişlənməsinə və regional əməkdaşlığın güclənməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı: Süni intellekt və rəqəmsallaşmanın imkanları” və “Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi” mövzuları müzakirə olunacaq.

Konfransın davamı olaraq AQEM Qadınlar Şurasının ilk iclasının keçirilməsi, iclasın üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatının rəsmi olaraq tətbiq edilməsi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

NATO Trampın qəzəbindən qorxuya düşüb

12:48
01 İyun

Çində “ağıllı” cihazlar üçün yeni nəsil çip təqdim edilib

12:47
01 İyun

Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

12:46
01 İyun

Bahar Muradova: Uşaqların xoşbəxtliyi cəmiyyətin davamlı inkişafının əsas şərtidir  

12:46
01 İyun

FİFA Dünya Çempionatı oyunlarında hakim səlahiyyətlərini genişləndirir

12:36
01 İyun

Valideynlər DSX-nin hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olublar

12:35
01 İyun

Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında rus tankerini saxlayıb

12:34
01 İyun

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamdan

12:23
01 İyun

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdən

12:21
01 İyun

Ermənistanda seçki rəqabəti açıq qarşıdurma formasını alıb

12:18
01 İyun

Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib YENİLƏNƏCƏK

12:17
01 İyun

Uruqvay millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

12:13
01 İyun

Neft qiymətləri 6 həftəlik ən aşağı səviyyədən yenidən yüksəlib  

12:11
01 İyun

Paşinyan: Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üzərində çalışır

12:07
01 İyun

Vəkillər Kollegiyasının rəhbərliyi Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib

11:49
01 İyun

Tahir Budaqov: Çoxqütblü dünyada suverenliyin qorunması xüsusi əhəmiyyət daşıyır  

11:42
01 İyun

“Bakı Enerji Həftəsi”nin iştirakçılarına

11:36
01 İyun

Rusiya aviayanacaq ixracına müvəqqəti qadağa qoyub

11:28
01 İyun

Neft qiymətlərinin bahalaşması və ABŞ dollarının güclənməsi qızılın qiymətinə təsirsiz ötüşmür

11:24
01 İyun

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

11:21
01 İyun

Prezident: Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik

11:17
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!