01 İyun 2026 11:49
118
CƏMİYYƏT
A- A+
Vəkillər Kollegiyasının rəhbərliyi Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib

Vəkillər Kollegiyasının rəhbərliyi Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib

Mayın 27-29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyanın paytaxtı Lyublyana şəhərində səfərdə olub.

Səfərdə VK-nın sədri Anar Bağırovla yanaşı, kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub da iştirak edib.

Bu barədə kollegiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasına, eləcə də təşkilatın “Mübadilə, əməkdaşlıq və dəstək platforması” (PECO) Komitəsinin tədbirinə qatılıb.

İclas və tədbirdə müxtəlif ölkələrin Vəkillər kollegiyalarının və hüquq cəmiyyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Plenar iclasın açılış mərasimində Sloveniyanın Prezidenti Nataşa Pirc Musar, Ali Məhkəməsinin sədri Damjan Oroz, Məhkəmə Şurasının sədri Urşka Kezmah və Vəkillər Kollegiyasının prezidenti Janez Starman çıxış edərək, hüququn aliliyinin qorunması, beynəlxalq hüquqi əməkdaşlığın inkişafı və hüquq peşəsi nümayəndələri arasında institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

İclas çərçivəsində CCBE rəhbərliyi tərəfindən təşkilatın cari fəaliyyəti, qarşıda duran prioritetlər və strateji inkişaf istiqamətləri barədə məlumat verilib. Eyni zamanda, maliyyə məsələləri və təşkilatın qarşıdakı dövr üçün tədbirlər təqvimi təsdiqlənib. Həmçinin CCBE-nin fəaliyyəti üzrə yeniliklər nəzərdən keçirilib və strateji əhəmiyyət daşıyan sənəd layihələri müzakirə olunub. Bununla yanaşı, Vəkillər kollegiyaları, hüquq cəmiyyətləri, hüquq firmaları və vəkillər üçün istixana qazı emissiyaları və iqlim dəyişikliyi ilə bağlı CCBE Bələdçisinin layihəsinə baxılıb.

PECO iclasında çıxış edən VK-nın sədri Anar Bağırov son illər ölkədə vəkillik institutunun dinamik inkişaf etdiyini, həyata keçirilən islahatlar nəticəsində vəkillərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirib. Sədr qeyd edib ki, vəkillik peşəsi ölkədə nüfuzlu və perspektivli hüquq fəaliyyət istiqamətlərindən birinə çevrilib.

Sədr VK-nın ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirildiyini, eləcə də “PAŞA Holdinq” ilə birgə həyata keçirilən “LEGIS Hüquq Forumu” layihəsinin hüquqi maarifləndirmə, peşəkar dialoq və hüquq ictimaiyyətinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Bununla yanaşı, yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində vəkillərin peşəkar hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Anar Bağırov çıxışının davamında Azərbaycanın beynəlxalq hüquq platformalarında fəal təmsil olunduğunu qeyd edərək, cari ilin oktyabrında ölkəmizin Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransına ev sahibliyi edəcəyini və bununla bağlı hazırlıq işlərinin davam etdirildiyini söyləyib.

İclas çərçivəsində müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri öz ölkələrində hüquq sistemi və vəkillik institutu sahəsində görülən işlər, həyata keçirilən islahatlar və aktual yeniliklər barədə məlumat verərək hesabatlarla çıxış ediblər.

Təqdimatlardan sonra iştirakçılar arasında qarşılıqlı müzakirələr aparılıb, fikir mübadiləsi həyata keçirilib və suallar cavablandırılıb.

Eyni zamanda, tədbir çərçivəsində gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə Anar Bağırov tərəfindən beynəlxalq təşkilatların və bir sıra ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılar üçün Lyublyana qəsrində rəsmi ziyafət təşkil olunub.

Bundan başqa, səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin Çepovan kəndindəki qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib. Sonra nümayəndə heyəti əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə və onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabaha olan hava proqnozu açıqlanıb

12:49
01 İyun

NATO Trampın qəzəbindən qorxuya düşüb

12:48
01 İyun

Çində “ağıllı” cihazlar üçün yeni nəsil çip təqdim edilib

12:47
01 İyun

Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

12:46
01 İyun

Bahar Muradova: Uşaqların xoşbəxtliyi cəmiyyətin davamlı inkişafının əsas şərtidir  

12:46
01 İyun

FİFA Dünya Çempionatı oyunlarında hakim səlahiyyətlərini genişləndirir

12:36
01 İyun

Valideynlər DSX-nin hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olublar

12:35
01 İyun

Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında rus tankerini saxlayıb

12:34
01 İyun

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamdan

12:23
01 İyun

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdən

12:21
01 İyun

Ermənistanda seçki rəqabəti açıq qarşıdurma formasını alıb

12:18
01 İyun

Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib YENİLƏNƏCƏK

12:17
01 İyun

Uruqvay millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

12:13
01 İyun

Neft qiymətləri 6 həftəlik ən aşağı səviyyədən yenidən yüksəlib  

12:11
01 İyun

Paşinyan: Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üzərində çalışır

12:07
01 İyun

Vəkillər Kollegiyasının rəhbərliyi Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib

11:49
01 İyun

Tahir Budaqov: Çoxqütblü dünyada suverenliyin qorunması xüsusi əhəmiyyət daşıyır  

11:42
01 İyun

“Bakı Enerji Həftəsi”nin iştirakçılarına

11:36
01 İyun

Rusiya aviayanacaq ixracına müvəqqəti qadağa qoyub

11:28
01 İyun

Neft qiymətlərinin bahalaşması və ABŞ dollarının güclənməsi qızılın qiymətinə təsirsiz ötüşmür

11:24
01 İyun

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

11:21
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!