21 Sentyabr 2023 10:30
3321
Mədəniyyət
A- A+
Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans keçirilib

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dünya milli kitabxanalarının rəhbərlərinin iştirakı ilə "Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur" mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Milli Kitabxanası haqqında qısa sənədli film nümayiş olunub. 
Milli Kitabxananın direktoru Kərim Tahirov beynəlxalq elmi-praktik konfransın plenar iclasını açıq elan edib. 
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə kitabxananın əməkdaşlarına təbriklərini çatdırıb. Kitabxanaların dünya mədəniyyətinin təbliğində böyük rol oynadığını söyləyən nazir qeyd edib: "Ötən əsrin 90-cı illərinin sonlarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət öz nəticələrini verməyə başlamış, həmçinin mədəniyyət sahəsinə diqqət və qayğısının nəticəsi olaraq Milli Kitabxananın fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər özünü göstərmişdir. Bu gün Milli Kitabxana xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət siyasətini böyük uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində özünün çiçəklənmə dövrünü yaşayır və günü-gündən inkişaf edərək dünyanın ən modern kitabxanalarının sırasına daxil olmuşdur", - deyə A.Kərimli qeyd edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Kitabxananın 100 illik yubileyi münasibətilə əməkdaşları təbrik edib, təşkil olunmuş bu konfransda iştirakdan məmnun olduğunu diqqətə çatdırıb. O, kitabxana işçilərini mədəniyyətimizin qoruyucuları adlandırıb, ölkəmizdə kitaba, kitabxanaya verilən xüsusi dəyərdən danışıb. Natiq Azərbaycanda kitabxana ənənələrinin qədimliyindən bəhs edərək, eyni zamanda Abbasqulu ağa Bakıxanovun şəxsi kitabxanasının Sankt-Peterburq kitabxanasında qorunduğunu da vurğulayıb. 
Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda əməkdaşları bu əlamətdar yubiley münasibətilə təbrik edib, kitabxananın direktoru Kərim Tahirovun peşəkarlığının həmkarları üçün böyük motivasiya olduğunu qeyd edib. 
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov ölkəmizdə kitabxanalara milli şərəfimiz kimi baxıldığını söyləyib, kitabxanaları tarixi coğrafiya adlandıraraq Milli Kitabxananın xalqımızın intellektinin formalaşmasındakı rolundan danışıb, kitabxananın biblioqrafiyalaşdırma sahəsindəki milli biblioqrafik repertuarımızın yaradılmasındakı əhəmiyyətini vurğulayıb.
Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsinin təkcə kitabxanaçılar üçün deyil, həmçinin bütün oxucu nəsli üçün də əlamətdar olduğunu bildirib. 
Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnolo konfransda iştirak üçün dəvətə görə minnətdarlığını bildirib, kitabxanaları məbədgah adlandırıb.
Konfrans plenar iclaslarla davam edib.
Konfransda Azərbaycan Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova "Azərbaycan Milli Kitabxanası Azərbaycan xalqının mənəvi yaddaşının qoruyucusudur", Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda "Kitabxanaların fəaliyyətinin strateji istiqamətləri", Roma Milli Mərkəzi Kitabxanasının direktoru Stefano Campagnolo "Yeni üfüq. Milli kitabxanaların gələcəyi necədir?", Qətər Milli Kitabxanasının direktoru Tan Huism "Toplayın, qoruyun və məşğul olun: Qətər Milli Kitabxanasının təcrübələri", Martynas Majvydas adına Litva Milli Kitabxanasının direktoru Renaldas Gudauskas "Litva Milli Kitabxanası yaradıcı prosesdə", Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov "Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolu", M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Leonidoviç Kuzmin "Kitabxana mədəniyyətlərarası dialoqun mərkəzi kimi" mövzularda çıxışlar ediblər. 
Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Pakistan, Rusiya, Litva Milli kitabxanaları, Roma Mərkəzi Milli Kitabxanası və Makedoniyanın Kliment Ohrid Universitet və Milli Kitabxanası (Skopye) arasında qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib.
Həmçinin Milli Kitabxananın tarixinə aid "Milli Kitabxananın qızıl fondundan", "Milli musiqi xəzinəmizdən" və "Milli Kitabxananın nəşrləri" adlı kitab sərgiləri də təşkil edilib. 
Qonaqlar yubiley münasibətilə hədiyyələrini Milli Kitabxanaya təqdim ediblər.
Qeyd edək ki, konfrans işini sentyabrın 21-dək davam etdirəcək.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!