22 May 2025 17:29
745
SİYASƏT
A- A+
Azərbaycan-Macarıstan tərəfdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda yüksələn xətlə davam edir  

Azərbaycan-Macarıstan tərəfdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda yüksələn xətlə davam edir  

«Prezident İlham Əliyevin Macarıstana səfəri təkcə ikitərəfli münasibətlər konteksindən deyil, həm Azərbaycan - Avropa İttifaqı əlaqələri, həm də türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi baxımından əlamətdar siyasi hadisədir. Bu səfərin əhəmiyyəti özünü Prezident İlham Əliyevin Baş nazir Viktor Orbanla görüşündə, həm də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamədə də öz əksini tapıb».

Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Azərbaycan-Macarıstan əlaqələrindən bəhs edən deputat bildirib ki, Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri ilk növbədə ikitərəfli siyasi, iqtisadi-ticari əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. “Strateji tərəfdaş olan bu ölkələr arasında əlaqələrin dərinləşməsi beynəlxalq platformalarda da özünü göstərir. Bakı ilə Budapeşt beynəlxalq platformalarda bir-birinə ciddi dəstək verirlər. Biz bunun Avropa İttifaqı çərçivəsində bariz nümunəsinin şahidi olmuşuq. Macarıstan hər zaman Aİ çərçivəsində Azərbaycanın maraqlarını müdafiə edib. Macarıstanın Aİ-nin Ermənistana hərbi maliyyə yardımı ayrılması məsələsində sərgilədiyi qətiyyətli mövqe hamıya bəllidir. Bu, münasibətlərin daha da inkişaf edəcəyinə və strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələcəyinə əminlik yaradır».

Müşfiq Məmmədlinin sözlərinə görə, Baş nazir Viktor Orban Azərbaycanla xüsusən enerji sahəsində əməkdaşlığın inkişafında, sərmayə qoyuluşunun artırılmasında, Azərbaycan qazının Macarıstana idxal həcminin artırılmasında maraqlı olduqlarını bəyan etdi: «Viktor Orban ölkəsinin həmçinin “yaşıl enerji” sahəsində də əməkdaşlığın inkişafında, Orta Dəhlizin imkanlarının genişləndirilməsində iştirak etməkdə maraqlı olduğunu qeyd etdi. Prezident İlham Əliyev də öz növbəsində əlavə etdi ki, ikitərəfli gündəliyimiz genişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq».

Çoxtərəfli əməkdaşlığa gədlikdə, Müşfiq Məmmədli deyib ki, Azərbaycanın Avropa İttifaqı və NATO üzvü olan Macarıstanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə uyğun olaraq yeni hədəflərə doğru gedir. Eyni zamanda iki dövlət arasındakı əlaqələr TDT-nin hədəfləri kontekstində keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb.

TDT-nin Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşünə gəldikdə deputat bildirib ki, bu görüş digərlərindən bir çox parametlərində görə fərqlənir: «Xüsusilə qeyd etməliyik ki, bu mötəbər tədbir Avropanın mərkəzində, Aİ üzvü olan ölkədə keçirildi. Bu isə onu deməyə əsas verir ki, TDT artıq özünü uğurlu beynəlxalq təşkilat kimi təsdiqləməkdədir. Türk dünyası tarix və sivilizasiyanın qovşağında Şərqin müdrikliyi ilə Qərbin dinamizmini birləşdirən köklü mirasdır. TDT isə türk dövlətlərini birləşdirən nümunəvi təşkilatdır. TDT-nin hədəfi türk dövlətləri və toplumarı arasında birlik yaratmaqla yanaşı, Şərqlə Qərb arasında strateji əlaqənin möhkəmləndirilməsinə töhfə verməkdir. Bu baxımdan TDT mövcud geosiyasi reallıqlar konteksində Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynayaraq, Avrasiya coğrafiyasında sülhün, sabitliyin, sıx əməkdaşlıq formatlarının yaranmasında ciddi rol oynaya bilər.

Qeyd edək ki, Budapeştdə keçirilən TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb. Bəyannamədə Azərbaycanla bağlı məsələlər də yer alıb. Belə ki, sənədə əsasən dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Sənəddə qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilir, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunur. Həmçinin Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunur. Üzv ölkələr Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğunu da yüksək qiymətləndiriblər.

Azərbaycanın da aktiv iştirakçılığı ilə TDT təşkilat kimi formalaşaraq beynəlxalq münasibətlər sistemində yeni mərhələyə qədəm qoyub. Əlbəttə ki, Azərbaycanda bu il keçiriləcək 12-ci Zirvə görüşü təşkilatın qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi baxımından növbəti əlamətdar hadisə olacaq.

 Rəşad CƏFƏRLİ,

«Azərbaycan»

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!