15 Yanvar 2026 15:39
1729
Səhiyyə
A- A+
Azərbaycan ilə Türkiyə arasında reproduktiv tibb sahəsində birgə tədqiqatların aparılması müzakirə edilib  

Azərbaycan ilə Türkiyə arasında reproduktiv tibb sahəsində birgə tədqiqatların aparılması müzakirə edilib  


Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin Ufuk Universiteti Yol Qəzalarına Yardım Fondunun Prezidenti Recai Pabuççunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri çərçivəsində səhiyyə və beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat və kadr hazırlığı istiqamətlərində təcrübə mübadiləsi, tibbi reabilitasiya, yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan şəxslərə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, reabilitasiya və profilaktika sahəsində müasir yanaşmaların tətbiqi, tibb tələbələri və rezidentlər üçün təcrübə mübadiləsi proqramlarının təşkili, reproduktiv tibb sahəsində birgə tədqiqatların reallaşdırılması, eləcə də bu istiqamətlərdə müştərək layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

10:30
18 Fevral

Ramazan ayında qidalanmaya xüsusi diqqət yetirilməlidir

09:50
18 Fevral

Çempionlar Liqası: “Qarabağ” tarixi oyunda İngiltərə klubuna qarşı

09:48
18 Fevral

Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

09:46
18 Fevral

Ramazan ayının başlanması ərəfəsində Quterreş birliyə və həmrəyliyə çağırıb  

09:45
18 Fevral

ABŞ prezidentliyinə keçmiş namizəd Cessi Cekson vəfat edib

09:45
18 Fevral

Çempionlar Liqasının pley-off mərhələsi: “Real” qələbə qazanıb

09:43
18 Fevral

Vens: Prezidentin masasında İranla bağlı bütün variantlar var

09:42
18 Fevral

Turizmə yatırılan sərmayə öz bəhrəsini verir

09:40
18 Fevral

Teatra bağlı ömür

09:35
18 Fevral

“Həpimiz bir günəşin zərrəsiyiz”

09:30
18 Fevral

Masallıda rəqəmsal mühitdə uşaqları zərərli informasiyadan necə qorumalı sualına cavab axtarılıb

09:25
18 Fevral

Neftçalada su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda növbəti tədbir keçirilib

09:20
18 Fevral

Bərdə bələdiyyəsinin fəaliyyəti razılıq doğurur

09:15
18 Fevral

Şirvan: kiçik qəsəbədən böyük şəhərə

09:10
18 Fevral

Ağsaqqalların təcrübəsinə həmişə ehtiyac var 

09:05
18 Fevral

Ağstafalı fermerlər yaz-tarla işlərini sürətləndirirlər

09:00
18 Fevral

Startaplar - kiçik ideyadan böyük uğura imza atanlar

08:55
18 Fevral

"Azəri" 21 ildir Azərbaycanın "qara qızıl" xəzinəsidir

08:50
18 Fevral

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı daha da genişlənir

08:45
18 Fevral

Azərbaycanın xarici siyasəti sülhsevərliyin nümunəsidir

08:40
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!