Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli martın 19-da Qətər Dövlətinin ölkəmizdəki səfiri Məhəmməd Həməd Səad əl-Fuheyd əl-Haciri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfiri salamlayan A.Kərimli Azərbaycan ilə Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri əməkdaşlığın hərtərəfli inkişafında müstəsna rol oynayır.
Qeyd olunub ki, Qətərlə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər mövcuddur. Ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO kimi beynəlxalq qurumlar çərçivəsində də fəal əməkdaşlıq edirlər.
2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günlərinin yüksək səviyyədə təşkil olunduğunu deyən nazir Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə səfirə təşəkkürünü bildirib.
Səfir Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri səmimi qəbula görə nazirə təşəkkürünü bildirib, iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən məmnunluğunu dilə gətirib. O, diplomatik fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
Söhbət zamanı bu il Azərbaycanda Qətər Mədəniyyəti Günlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib
Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub
Azərbaycana yaz fəsli qədəm qoydu
SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb
İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib
Müəllim və şagirdlər Novruz bayramını birlikdə qeyd ediblər
Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub
Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib
KOB evləri sahibkarların ən çox üz tutduqları ünvana çevrilir
Novruz bayramı rənglər dünyasında
Nur şəhəri Mingəçevirə bayram nuru çiləndi
Tariximizin qanlı səhifəsi - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü
İrəvan çıxılmaz durumdadır
Zəfər coşqulu Novruz
Ermənistan sülh prosesinə təxribatla cavab verir
Ermənistan sülhlə yox, odla oynayır
Hayastana etibar yoxdur
Novruz ənənələrində hər bölgənin izi var
Ağdamda bayram tonqalları şölələndi
Tərtərdə bayram sevinci yaşandı
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!