Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur
Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava Azərbaycan Respublikası ilə Bank arasında tərəfdaşlığın 25 illiyi münasibətilə ölkəmizdə səfərdədir.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəyə ilk rəsmi səfəri çərçivəsində, iyunun 25-da Masatsuqu Asakava Bankın Rəhbərlər Şurasının Azərbaycan tərəfindən üzvü, maliyyə naziri Samir Şərifov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər keçirib. Görüşlərdə AİB ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri üzrə konkret layihələr əsasında müzakirələr aparılıb.
4,2 milyard dollar həcmində maliyyələşdirmə proqramları həyata keçirilib
Həmin gün Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və hökumətin üzvləri, Milli Məclisin deputatları, dövlət və özəl sektoru təmsil edən iri şirkətlərin rəhbərləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə-iqtisadi qurumların nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında tərəfdaşlığın 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və onun təşəbbüsü və göstərişi ilə 1999-cu il 29 oktyabr tarixində ölkəmizin “Asiya İnkişaf Bankının təsisi haqqında Saziş”ə qoşulmağı rəsmiləşdirdiyi qeyd olunub. Ötən 25 il ərzində Asiya İnkişaf Bankı Azərbaycan Respublikası hökumətinin prioritetləri əsasında ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak edib.
Qeyd olunub ki, 2024-cü il aprelin 1-dək Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikası arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində 4,2 milyard dollar həcmində maliyyələşdirmə proqramları həyata keçirilib. Bundan başqa, Azərbaycan Hökumətinin cəlb etdiyi kreditlər üzrə həyata keçirilən layihə və proqramların məbləği 3,2 milyard dollar, dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş kreditlər əsasında həyata keçirilən layihə və proqramlar üzrə 930 milyon dollar, bilavasitə özəl sektorun maliyyələşdirilməsi üzrə 62 milyon dollar ayrılıb, həmçinin AİB tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin icrasına dəstək göstərilməsi məqsədilə qrant və texniki yardımlar göstərilib. Həmin əməkdaşlıq proqramları nəqliyyat, dövlət maliyyəsinin idarə edilməsi, enerji, su, şəhər infrastrukturu və digər sektorları əhatə edib.
Samir Şərifov: Azərbaycan AİB-in simasında güclü və etibarlı tərəfdaş qazanıb
Tədbirdə çıxış edən AİB-in Rəhbərlər Şurasının Azərbaycan tərəfindən üzvü, maliyyə naziri Samir Şərifov 25 il ərzində Azərbaycanın AİB-in simasında güclü və etibarlı inkişaf tərəfdaşı qazandığını, bu tərəfdaşlığın bir çox uğurlu nəticələrinin olduğunu, Bankın hökumətin prioritetləri əsasında ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirib.
Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair strategiya sənədi qəbul etdiyini xatırladaraq, milli prioritetlərə əsaslanan, iri, ambisiyalı inkişaf proqramlarını və layihələrini özündə əks etdirən həmin Strategiyada qarşıya qoyulan vəzifələrin və çağırışların yerinə yetirilməsində uzunmüddətli, səriştəli və sınanmış iqtisadi-maliyyə tərəfdaşı kimi AİB-in Azərbaycan Hökumətinə maliyyə, texniki və məsləhət dəstəyini davam etdirəcəyinə əminliyini ifadə edib.
Digər üzv ölkələr kimi, Azərbaycanın da Bankın mütərəqqi təcrübəsindən və texniki dəstəyindən bəhrələndiyini vurğulayan nazir son illərdə AİB-in texniki dəstəyindən faydalanan benefisiarların sayının artdığını diqqətə çatdırıb, bu sırada hökumət qurumlarını, o cümlədən energetika, vergi, sosial müdafiə, təhsil, kiçik və orta sahibkarlıq və özəl tərəfdaşları qeyd edib.
AİB prezidenti: Azərbaycan hökumətinin bərpa olunan enerjiyə keçid istiqamətində inamlı səylərini görməkdən çox şadam
1999-cu ildən etibarən Azərbaycan ilə AİB arasında tərəfdaşlığın inklüziv, yaşıl və çiçəklənən Azərbaycana dəstək olmağa yönəldiyini vurğulayan prezident Masatsuqu Asakava bu məqsədlərə nail olmağa davam etmək üçün Bankın Azərbaycanla işləməyə davam edəcəyini vurğulayıb.
O qeyd edib ki, AİB Asiya və Sakit Okean regionu üçün iqlimi dəstəkləyən bank kimi xidmət göstərməyə tam sadiqdir və Bank 2030-cu ilə qədər 100 milyard dollar həcmində iqlim maliyyələşdirməsini təmin etməyi hədəfləyir: “Buna görə də mən Azərbaycan hökumətinin 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30 faizə çatdırmaq məqsədini də nəzərdə tutan enerjidə keçid istiqamətində inamlı səylərini görməkdən çox şadam. Həqiqətən də bu iddialı və təqdirəlayiq hədəfə nail olmaqda AİB sizi dəstəkləməyə davam edəcək”.
AİB prezidenti bildirib ki, Azərbaycan, həmçinin dayanıqlı şəhər nəqliyyatı üzrə e-mobillik, dəmir yollarının rəqəmsallaşdırılması, sürətli dəmir yolu, metro sisteminin təkmilləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması və təhlükəsiz su təchizatının təmin edilməsi kimi bir sıra innovativ təşəbbüslərə diqqət yetirir. AİB yaşıl enerji, su resursları, bağlantıların yaradılması və iqlimə davamlı infrastrukturun prioritetləşdirilməsi üçün öz dəstəyini təklif etməkdən məmnundur.
COP29 iqlim dəyişikliyi ilə bağlı aktual qlobal problemlərin həllində Azərbaycanın aparıcı rolunu gücləndirəcək
AİB-in COP29 tədbirinə hazırlıq istiqamətində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan M.Asakava qeyd edib ki, bu qlobal tədbir Azərbaycanı iqlim dəyişikliyi gündəliyinin ön sıralarında yerləşdirəcək, iqlim dəyişikliyi ilə bağlı aktual qlobal problemlərin həllində ölkənin aparıcı rolunu gücləndirəcək.
Azərbaycana səfərləri çərçivəsində iyunun 26-da AİB prezidenti Şamaxı və Qaradağ rayonlarına səfər edib. Şamaxı rayonuna səfər zamanı qonaq üzümçülük və şərabçılıq müəssisəsi ilə tanış olub, ona rayonun tarixi, sosial-iqtisadi, mədəni həyatı, turizm potensialı, habelə şərabçılığın inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verilib.
Qaradağ rayonuna səfər zamanı isə Masatsuqu Asakava burada AİB tərəfindən 21,4 milyon dollar kreditlə birgə maliyyələşdirilən 230 meqavat gücündə Günəş elektrik stansiyasına baş çəkib. Stansiya AİB-in Azərbaycanda ilk bərpaolunan enerji layihəsidir və ölkədə uzunmüddətli beynəlxalq inkişafın maliyyələşdirilməsini əhatə edən özəl sektorun bərpa olunan enerji sahəsinə ilk əhəmiyyətli investisiyasıdır.
AİB prezidentinin Azərbaycana səfəri çərçivəsində Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində AİB-Azərbaycan Tərəfdaşlığının 25-ci ilinə həsr olunmuş tədbirdə iştirak edəcək, həmçinin ADA Universitetində “Dünyanın zirvələri əriyir: Azərbaycandakı buzlaqları qorumaq üçün müştərək fəaliyyətə çağırış” mövzusunda çıxış edəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb
30 Iyun
Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb
30 Iyun
Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib
30 Iyun
Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub
30 Iyun
"Heç kim məni Messi ilə müqayisə edə bilməz"
30 Iyun
Arda Gülər Ronaldunu qabaqladı
30 Iyun
Mikautadze "Monako"ya transfer edilir
30 Iyun
Taktiki zəfər
30 Iyun
26 yaşlı zabitin 26 günlük döyüş yolu
30 Iyun
"Rəsm çəkmək ruhumun qidasıdır"
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
Qurtuluş missiyası15 Iyun 2024
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
Sülh uğrunda müharibə26 Iyun 2024
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
Adın nədir - Daşdəmir...21 Iyun 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!