13 May 2025 12:51
550
CƏMİYYƏT
A- A+
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası ilə bp arasında əməkdaşlıq genişlənir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası ilə bp arasında əməkdaşlıq genişlənir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyası ilə bp şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

AHİK-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti qeyd edib, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb.

Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, həyata keçirilən layihələrdən danışılıb, “Kurort” Turizm İnformasiya Mərkəzinin, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb. Bildirilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicəsi və istirahətinin səmərəli təşkili istiqamətində kompleks tədbirlər görülür.

Vurğulanıb ki, AHİK tərəfindən özəl sektorla əməkdaşlığa xüsusi önəm verilir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsinə dəstək göstərilir. Konfederasiya sədri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, Akademiyada yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin artıq müxtəlif sahələr üzrə təlimlər, seminarlar və təcrübə mübadilələri üçün əlverişli platformaya çevrildiyini bildirib.

Tədbirdə, həmçinin bp şirkəti ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb, sənədin qarşılıqlı əlaqələrin güclənməsinə, əməkdaşlığa, faydalı təcrübə mübadiləsinə geniş imkanlar yaradacağı qeyd edilib.

Sonra AHİK-in fəaliyyəti, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə” və "AHİK Plus" layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.

Bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin Azərbaycan iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına verdiyi töhfədən, ölkəmizdə insan kapitalına yönəlmiş təşəbbüslərindən, xüsusilə təhsil və peşə hazırlığı sahəsinə dəstəyindən danışıb, Konfederasiyanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Sonda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə bp şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev və bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Memorandum təhsil və təcrübə proqramlarının təşkili, birgə layihələrin həyata keçirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi kimi sahələrdə konkret nəticələrə əsaslanmaqla hər iki tərəf üçün faydalı olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!