26 Noyabr 2025 08:23
510
SİYASƏT
A- A+
Azərbaycan-Ermənistan: sülh prosesi tarixi mərhələyə qədəm qoyub

Azərbaycan-Ermənistan: sülh prosesi tarixi mərhələyə qədəm qoyub


44 günlük Vətən müharibəsindən ötən 5 il ərzində regionda dayanıqlı sülhə nail olmaq üçün Azərbaycan bütün siyasi və diplomatik imkanlardan maksimum istifadə edir. Müharibənin qalibi kimi yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə açıq şəkildə bildirib ki, sülhün yaradacağı iqtisadi və kommunikasiya üstünlükləri ən çox məhz iqtisadi imkanları məhdud olan Ermənistan üçün sərfəlidir. 

Nəhayət, 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə sülh sazişinin mətninin paraflanması prosesin strateji mərhələyə keçidini təmin etdi. Bu hadisə regionda uzun müddətdir gözlənilən siyasi transformasiyanın başlanğıcı kimi qiymətləndirilir. Sazişin əsas müddəaları iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması, humanitar məsələlərin tənzimlənməsi və qarşılıqlı qarant mexanizminin yaradılmasını əhatə edir.

Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan sülh prosesinin icra mərhələsinə keçdiyini bildirib. Onun açıqlamalarından görünür ki, İrəvan bu mərhələni yalnız diplomatik sənəd imzalamaq kimi deyil, həm də regiondakı təhlükəsizlik arxitekturasını yenidən qurmaq şansı kimi dəyərləndirir. Paşinyanın ifadə etdiyi kimi, sülh sazişi Ermənistan üçün "strateji müqavilə"dir və ölkəni uzunmüddətli izolyasiyadan çıxarmağı hədəfləyir.

Paşinyan hakimiyyətinin sülh prosesinə yanaşması iki əsas istiqamətdə formalaşır: daxili siyasi sabitliyi qorumaq və xarici siyasi kursu Qərbə doğru daha da yaxınlaşdırmaq. Amma Ermənistan rəhbərliyi son illər Qərb institutları ilə əlaqələri gücləndirməyə üstünlük versə də, bu addım ölkə daxilində ciddi etirazlara səbəb olub. Sülh sazişinə qarşı çıxan müxalif qüvvələr Paşinyanı "təslimçi siyasət yürütməkdə" ittiham edir, dövlətçiliyin təhlükə altında olduğunu bildirirlər.

Lakin rəsmi İrəvanın mövqeyinə görə, regionda yalnız sülh şəraitində Ermənistan iqtisadi və siyasi inkişaf yolu tapa bilər. N.Paşinyan dəfələrlə vurğulayıb ki, münaqişənin davam etməsi Ermənistanın təhlükəsizliyini daha da zəiflədir və iqtisadi çətinliklərini dərinləşdirir. Bu səbəbdən o, sülh sazişinin imzalanmasını ölkənin milli maraqları ilə uzlaşdırılan addım kimi təqdim edir.

Bununla belə Ermənistanın daxili siyasi səhnəsində sülh müqaviləsinə qarşı müəyyən müqavimət qalır. Xüsusilə konstitusiyanın dəyişdirilməsi məsələsi gərginlik yaradan əsas amillərdən biri kimi önə çıxarılır. Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistan konstitusiyasında əksini tapan "Dağlıq Qarabağ"la bağlı iddiaların aradan qaldırılmasını tələb edir. Bu isə Paşinyan üçün ciddi siyasi risk yaradır, çünki konstitusiya dəyişikliyi həm parlament, həm də ictimai rəy səviyyəsində geniş müzakirələr tələb edir. Buna baxmayaraq, Paşinyan hakimiyyəti problemi həll etməkdə israrlı kimi görünür.

Ermənistan mediasının son günlər yaydığı məlumatlarda qeyd olunur ki, Baş nazir Nikol Paşinyan çıxışında ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün müdafiə hüququndan danışıb və yeni konstitusiyanın qəbulunun vacibliyini vurğulayıb. N.Paşinyanın sözlərinə görə, ölkənin sabitliyi və gələcək siyasi kursu üçün əsas məsələ daxili legitimliyin möhkəmləndirilməsidir. Baş nazir xüsusi olaraq vurğulayıb ki, daxili legitimliyin gücləndirilməsi fundamental məsələdir və bu, yeni konstitusiyanın qəbulu ilə öz əksini tapmalıdır.

Azərbaycan da sülh prosesini sürətləndirmək üçün bütün imkanlardan maksimum yararlanır və bunu təkcə siyasi bəyanatlarla deyil, real addımlarla sübut edir. Regionda kommunikasiya əlaqələrinin açılması, nəqliyyat dəhlizlərinin bərpası və təhlükəsiz hərəkət imkanlarının təmin olunması bu siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan Ermənistan üçün maneəsiz yükdaşıma imkanları yaradaraq həm iqtisadi əməkdaşlığın genişlənməsi, həm də qarşılıqlı etimadın artması üçün mühüm addımlar atır. Bu göstərir ki, Bakı sülhün yalnız kağız üzərində deyil, real həyatda da bərqərar olmasını istəyir və bunun üçün praktiki tədbirlər görür. 

Azərbaycan QHT nümayəndələrinin İrəvana və Ermənistanın ictimaiyyət təmsilçilərinin Bakıya səfərləri regionda yaranmaqda olan yeni siyasi mənzərənin ən mühüm göstəricilərindən biridir. Bu qarşılıqlı addımlar həm cəmiyyətlərin bir-birini daha yaxından tanımasına, həm də uzun illərboyu yığılıb qalmış stereotiplərin aradan qalxmasına xidmət edir. İctimai diplomatiya vasitəsilə qurulan dialoq təkcə dövlətlərarası münasibətlərə deyil, xalqlar arasında etimadın bərpasına da güclü təkan verir. Bu cür səfərlər artıq sülhün yalnız danışıqlar masasındakı sənədlərdən ibarət olmadığını, tərəflərin bir-birinin gözünə baxaraq danışdığı, dinlədiyi və anlamağa çalışdığı real prosesə çevrildiyini göstərir. Regionun gələcəyi üçün ən möhkəm fundament də məhz bu etimad mühitinin dərinləşməsi ilə formalaşır.

Cənubi Qafqaz geosiyasi maraqların toqquşduğu ərazidir. Elə bu səbəbdən də prosesin asan və rəvan getdiyini düşünmək  doğru olmaz. Sözsüz ki, prosesə mane olmağa çalışan qüvvələr olub və var. Bu gün sülhə mane olanlardan biri və ən əsası Ermənistan müxalifətidir. Onların keçirdikləri aksiyalar, kütləvi etiraz çağırışları, Paşinyanın istefası ilə bağlı tələbləri hökumətin manevr imkanlarını məhdudlaşdırır. Ermənistan hakimiyyətinin geosiyasi balansı dəyişmə cəhdləri də İrəvanda sülh prosesinin gedişatına təsir göstərən amillərdəndir. Rusiya ilə münasibətlərin soyuması, Paşinyanın daha çox qərbmeyilli olması, ABŞ-nin regiona ciddi maraq göstərməsi də sülh prosesinə təsirsiz ötüşmür.

Bütün çətinliklərə baxmayaraq, sülh region üçün misilsiz imkanlar, iqtisadi inteqrasiya perspektivlərinin genişləndirilməsi deməkdir. Sərhədlərin açılması, ticarət əlaqələrinin bərpası, yeni nəqliyyat marşrutlarının istifadəyə verilməsi xüsusən Ermənistan üçün iqtisadi inkişafın mühüm şərtinə çevrilə bilər. Digər mühüm perspektiv - regionun təhlükəsizlik arxitekturasının yenidən qurulmasıdır. Sülhün imzalanması Cənubi Qafqazı geosiyasi rəqabət meydanından əməkdaşlıq platformasına çevirə bilər. 

Ermənistan-Azərbaycan sülh prosesi hazırda tarixi bir mərhələni yaşayır. Sazişin mətni razılaşdırılıb, tərəflərin siyasi iradəsi mövcuddur və regionda sülh üçün real imkanlar yaranıb. Prosesin uğurla başa çatması üçün siyasi iradə ilə yanaşı, cəsarət, düzgün diplomatik balans və sabit regional mühit tələb olunur. Bütün bu mürəkkəbliyə baxmayaraq, Cənubi Qafqazda dayanıqlı sülhə gedən yol məhz bu gün salınır və bu yolun sonunda illərlə davam etmiş gərginliyin yerini əməkdaşlıq və sabitliyin tutacağına ümidlər kifayət qədər güclüdür.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

NƏHAYƏT!

08:05
02 Aprel

Zamanın çağırışlarını qabaqlayan LİDER

08:00
02 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da dəyişiklik edilməsi haqqında

02:05
02 Aprel

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:04
02 Aprel

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:04
02 Aprel

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 

02:03
02 Aprel

“Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə

02:02
02 Aprel

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 avqust tarixli 462 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:00
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:59
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:57
02 Aprel

Azercell abunəçilərinin nəzərinə

01:56
02 Aprel

Rostov vilayətində 24 saat ərzində ikinci dəfə dron həyəcanı elan edilib  

23:38
01 Aprel

Ötən il dünyada bərpaolunan enerji mənbələrinin ümumi gücü 15 faizdən çox artıb 

23:29
01 Aprel

Media: ABŞ-nin itirdiyi MQ-9 tipli PUA-ların sayı 16-ya çatıb

22:35
01 Aprel

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

21:40
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!