24 İyul 2026 14:09
196
İQTİSADİYYAT
A- A+
Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

Bakı–Tbilisi–Bakı beynəlxalq dəmir yolu marşrutu üzrə sərnişinlərin artan tələbatının qarşılanması məqsədilə qatarların tutumu əhəmiyyətli dərəcədə genişləndirilib.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən tədbirlər çərçivəsində qatarların tərkibinə mərhələli şəkildə 2 komfort və 5 standart+ sinif vaqon əlavə edilib. Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb. Beləliklə, marşrut üzrə sərnişin yerlərinin sayı ilkin göstərici ilə müqayisədə təxminən 120 faiz artırılıb. Əlavə vaqonların istismara verilməsi sərnişinlərə daha geniş seçim imkanı yaradaraq daha çox vətəndaşın bu marşrut üzrə səyahət etməsinə şərait yaradır.

Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə müşahidə olunan yüksək doluluq beynəlxalq dəmir yolu sərnişindaşımalarına marağın artdığını göstərir. İndiyədək bu istiqamətdə 23 minə yaxın sərnişin daşınıb, qatarların doluluq səviyyəsi isə 100 faiz təşkil edib. Xüsusilə Gürcüstandan Azərbaycana səfərlər üzrə tələbat çox yüksək olduğundan satışa çıxarılan biletlər qısa müddətdə tükənir. Bu tendensiya daha çox yay mövsümündə və bayram günləri ərəfəsində müşahidə olunur.

Vurğulanıb ki, marşrut üzrə biletlərin satış dinamikası, sərnişin axını və vaqonların doluluq göstəriciləri mütəmadi təhlil edilir. Təhlillərin nəticələrinə uyğun olaraq qatarların tərkibinin genişləndirilməsi və əlavə vaqonların istismara verilməsi istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, hərəkət qrafiki, stansiyaların imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla, qarşılıqlı razılaşdırmalar əsasında həyata keçirilir. Məhz bu səbəbdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır. Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi məqsədilə Gürcüstan tərəfi ilə zəruri texniki və əməliyyat işləri davam etdirilir.

ADY-dən bildirilib ki, qurum sərnişin tələbatını daim təhlil etməyə, mövcud resurslardan səmərəli istifadə etməyə və marşrutun imkanlarını mərhələli şəkildə genişləndirməyə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

15:21
24 İyul

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub  

15:20
24 İyul

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib  

15:19
24 İyul

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

15:16
24 İyul

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

15:13
24 İyul

Nazir Anar Əliyev Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

15:11
24 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:06
24 İyul

Rusiyanın Kirov vilayətinə raket hücumunda 6 nəfər ölüb

14:56
24 İyul

     Samuxda kənd təsərrüfatının inkişafı yolları müzakirə olunub  

14:17
24 İyul

Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

14:09
24 İyul

Kiyev raketlərlə vurulub, dağıntılar var

13:25
24 İyul

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

13:11
24 İyul

Sabahın hava proqnozu: Günəşli hava, yüksək temperatur

12:28
24 İyul

Gülşad Məmmədova: Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinə səbəb ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır

11:59
24 İyul

İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

11:43
24 İyul

Neft qiymətlərini bahalaşdıran amillər artır

11:29
24 İyul

Ötən gün 55 cinayətin açılması təmin olunub

11:27
24 İyul

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!