24 İyul 2026 09:10
271
İQTİSADİYYAT
A- A+
"Qara qızıl"ın qara günləri davam edir

"Qara qızıl"ın qara günləri davam edir


İndi də Yəmən üsyançı husiləri zərərsizləşdirmək istəyir


Bu gün dünyanın iki mühüm neft-qaz istehsal olunan regionunda savaş gedir. ABŞ-İran müharibəsi Hörmüz boğazından enerji resurslarının daşınmasını çətinləşdirib. Düzdür, bu il fevralın 28-də başlanan savaş dövründə tərəflərin aqressiv bəyanatlarına baxmayaraq, müəyyən qədər neft-qaz və digər malların ixracına imkan verilirdi. Amma son 7 günlük müharibə bir qədər fərqli vəziyyət yaradıb. 

İstər ABŞ, istərsə də İran Hörmüz boğazından yüklərin daşınmasına imkan vermir. Boğaz, əslində, iki tərəfdən də mühasirəyə alınıb. İran Hörmüzdən çıxışa imkan vermədiyi kimi, Amerika da boğaza  girişi yasaqlayıb. O səbəbdən hazırda dünya mətbuatının ana gündəmi Hörmüz krizidir. Çünki beynəlxalq bazara çıxarılan enerji resurslarının beşdən biri bu boğaz vasitəsilə nəql edilir. Bununla bərabər, şimal qonşumuzun ərazisində də dünyanı çətin duruma salacaq hadisələr baş verir. Ukrayna son həftələr, demək olar ki, Rusiyanın ən mühüm neft emalı zavodlarını sıradan çıxarıb. Hazırda Rusiyada ciddi yanacaq böhranı yaşanır. Yanacaq qıtlığı üzündən yanacaqdoldurma məntəqələrində uzun növbələr var. Rusiya televiziya kanalları həmin növbələrdəki dava-dalaşları xəbərlər kimi yayırlar. Başqa ölkələr isə bu mənzərəni heyrətlə izləyərək düşünür ki, ən zəngin neft ölkəsində vəziyyət belədirsə, onlarda nələr baş verəcək? Həqiqətən, istehsalçı Rusiyanın istehlakçı ölkəyə çevrilməsi qlobal iqtisadiyyatda problemlərin yaranacağına işarədir. Çünki mütəxəssislərin rəyinə görə, Rusiyada benzin və dizel yanacağının istehsalının əvvəlki səviyyəyə çatdırılması xeyli vaxt aparacaq.

Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, baş verə biləcək üç ssenariyə diqqət yetirmək lazımdır. Birincisi, məhdud enerji şokudur ki, dünya bazarına neft çıxarılması müəyyən qədər məhdudlaşır və bunun sayəsində qiymətlər yüksəlir. İkincisi daha təhlükəlidir. Belə ki, Hörmüz boğazının uzun müddət tranzit üçün riskli olması qlobal səviyyədə enerji resurslarının çatışmazlığını yarada bilər. Sonuncusu isə müharibənin əhatə dairəsinin daha da genişlənməsidir ki, bu, dünya bazarına mənfi təsirsiz ötüşməyəcək.

Ekspertin neftin qiymətinin yüksəlməsindən sonra baş verəcək vəziyyətlə bağlı fikirləri də maraqlıdır. İlham Şaban hesab edir ki, qiymət artımı uzunmüddətli olarsa, dünyada neftin alıcıları azalacaq, nəticədə qiymətlər kəskin  ucuzlaşacaq. Ötən illərin təcrübəsi göstərir ki, belə vəziyyət mümkündür, idxalçı dövlətlərdən sonra ixracatçı ölkələr də ziyan çəkir. Qeyd etmək lazımdır ki, indi Körfəz ölkələri az neft ixrac etsə də, qiymət bahalığından müəyyən qədər əlavə gəlir əldə edə bilir. Ancaq unutmayaq ki, İran tərəfindən həmin ölkələrin infrastrukturuna vurulan zərbələr nəticəsində böyük miqyasda dağıntılar meydana gəlib və onun bərpasına milyardlarla dollar vəsait xərclənməli olacaq.

Hazırda hamını düşündürən bir sual var: Yaxın Şərqdə müharibə uzanarsa, neftin qiymətinin son həddi neçə dollar olacaq? Əksər mütəxəssislər pik nöqtə kimi 150 dollar göstərir. Ancaq bundan yüksək olacağını söyləyənlər də var.

Bu arada həyəcanverici xəbərlər də dolaşır. Yəmən dövləti üsyançı husiləri zərərsizləşdirmək üçün hərbi əməliyyatlara başlayacaq. Bu o deməkdir ki, bir müddət Babül-əl-Məndəd boğazından neftin tranziti dayana bilər. İyulun 21-də husilər rəsmən bəyan etdilər ki, Səudiyyə Ərəbistanına öz neftini Qırmızı dənizdəki Yandu limanından dünya bazarına çıxarmağa imkan verməyəcəklər. Belə olan halda Hörmüz boğazından keçməklə qlobal bazara çıxarılan Səudiyyə Ərəbistanı neftinin tranziti dayanacaq. Husilər səbəb kimi bu ölkənin Yəmənin mərkəzi dövlətinə dəstək verməsini göstərirlər.  

Şübhəsiz ki, husilərin təhdidi bir ölkə ilə məhdudlaşmayacaq. Onların Babül-əl-Məndəd boğazını tam bağlamaları gözlənilməz deyil. Bu hal baş verərsə, dünya bazarında neftin qiymətinin sürətlə artması ilə yanaşı, dünya ticarətində və təchizatında ciddi qırılmaların baş verməsi qaçılmazdır. Belə ki, dünya ticarətinin 33 faizinə qədəri Babül-əl-Məndəd boğazından keçir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

Qızıl və gümüşün qiymətləri ucuzlaşır

10:45
24 İyul

Azərbaycan neftinin qiyməti 8 dollardan çox artıb

10:40
24 İyul

Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq

10:24
24 İyul

Şuşa sakini: Bu gün çox sevincliyik

10:23
24 İyul

Şamaxıda zəlzələ qeydə alınıb

10:21
24 İyul

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

10:18
24 İyul

Beyni qüvvətləndirən qidalar

10:10
24 İyul

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

10:05
24 İyul

 İran ABŞ-nin atəşkəs təklifini rədd etdi

10:01
24 İyul

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

10:00
24 İyul

Quterreşi kim əvəz edəcək?

09:55
24 İyul

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

09:50
24 İyul

Qəhrəmanların ömrü əbədi olur

09:45
24 İyul

Dağ vüqarlı, qartal baxışlı 

09:40
24 İyul

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!