23 May 2024 09:00
1172
İQTİSADİYYAT
A- A+
Azərbaycan COP29 ərəfəsində ekologiya ilə bağlı çoxsaylı yeniliklərə imza atır

Azərbaycan COP29 ərəfəsində ekologiya ilə bağlı çoxsaylı yeniliklərə imza atır

 

XXI əsrdə ekoloji tarazlığı qoruyub saxlamaq, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosferi çirklənməkdən mühafizə etmək ümumbəşəri problemə çevrilib. Bir tərəfdən dünya demoqrafik artımla "qol-boyun"dur, digər tərəfdən də qlobal istiləşmə, ozon qatının deşilməsi, təbii ehtiyatların tükənməsi kimi məsələlər ciddi narahatlıq doğurur. 
Statistik rəqəmlərə əsaslanaraq söyləmək olar ki, dünyada hər il minlərlə hektar meşə və çəmənlik, bitki örtüyü ilə zəngin yaşıllıqlar məhv edilir. Meşələrin məhv olması Yer kürəsinin münbit qatı hesab olunan torpağın şoranlaşmasına, eroziyaya uğramasına, sürüşmələrin baş verməsinə səbəb olur ki, bu da böyük dağıntılar və fəlakətlərlə nəticələnir. 
Bu gün dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması üçün müxtəlif diskussiyalar, müzakirələr aparılır. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır və onu aradan qaldırmağın yolları birgə axtarılır.  Demək olar ki, artıq dünyanın itirə biləcəyi meşələr, çəmənliklər, bitki örtüyü ilə zəngin sahələri qalmayıb. Odur ki, "qırmızı xətt"i keçmək daha ağır fəlakətlərə yol aça bilər. 
Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)  insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən rasional istifadə edilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər  görülməsi haqqında məsələlərin  müzakirəsi ön planda olacaq. Bu gün biomüxtəlifliyin qorunması və ekosistemin müəyyənləşdirilməsi və davamlılığının artırılması üçün həyata keçirilən ekoloji siyasət  gələcək nəsillərin təbii ehtiyatlardan səmərəli istifadə etməsinə hesablanır. COP29 dünyada baş verən təbii fəlakətlərin, eləcə də süni faciələrin yaranmaması üçün iqlim dəyişikliklərinə qapı  açan nəsnələrin aradan qaldırılması yollarını da müzakirə edəcək. Bu baxımdan deyə bilərik ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ surətdə yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. 
Hazırda tarazlığı pozulmuş ekoloji mühitin bərpasında poli-etilen və plastik qablaşdırma materiallarının idarə olunması, istilik effekti yaradan qaz tullantılarının azaldılması, habelə ekoloji təmiz nəqliyyatdan istifadənin genişləndirilməsi, meşələrin və yaşıllıqların artırılması, mühafizəsi, su hövzələrinin çirklənmədən qorunması, təbii sərvətlərin axtarışı, kəşfiyyatı və hasilatı prosesində ətraf mühitə təsirin aradan qaldırılması prioritet istiqamətlərdəndir. Bu sadalananların Azərbaycanda elan olunan "Yaşıl dünya naminə həmrəylik ili"ndə  qabarıq formada  hallandırılması ekologiyaya və təbii sərvətlərə qarşı  daha həssas yanaşmağın vacibliyini  tələb edir. Ötən illərdə bir sıra iri su hövzələrinin tikilməsi, torpaqları şorandan təmizləmək üçün drenaj sistemlərinin qurulması, Bakı şəhərində və onun ətrafında yaşıllıqlar, Xəzərsahili qumluqlarda torpaqların eroziyasının qarşısının alınması məqsədilə meşə zolaqlarının  salınması, flora və faunanın qorunub saxlanması və genişləndirilməsi üçün təbiət qoruqları və yasaqlıqların yaradılması kimi işlərin görülməsi həmin tələbdən doğur. 
Ermənistanın 30 ilə yaxın yeritdiyi işğalçılıq siyasəti Qarabağ və Şərqi Zəngəzurun ekoloji mühitini təhlükə altına almışdı. Regionun talan edilməsi, bu torpaqlarda flora və faunanın məhv edilməsi bütün Qafqazın ekoloji durumuna çox böyük mənfi təsir göstərmişdi. Tək bircə fakt: erməni işğalçıları Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarını məhv etmişlər. Həmin ağacların yerində bitən 2 metrə qədər pöhrələr bu qədim çinarların son illərdə kəsildiyini təsdiqləyir. 44 günlük  Vətən müharibəsində əldə edilən zəfərdən sonra  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilən ərazilərdə meşə zolaqlarının, fauna və floranın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı yataqlarının qiymətləndirilməsi və həmin ərazilərdə ekoloji tarazlığın bərpa olunması ilə bağlı təkliflərin hazırlanmasına başlanmışdır. 
Artıq  Qarabağın  ekologiyasına vurulan yaralar sağalmağa başlayır. Oğurlanan, talan olunan sərvətlərin yerini doldurmaq yönümündə böyük işlər görülür. Təkcə 2023-cü il ərzində Zəngilan rayonunda 14,4 min ədəd müxtəlif cinsli ağacdan doldurma-bərpa əkinlərində istifadə olunub. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da aparılır. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri də davam edir. 
Qeyd edək ki, bu cür aksiyalar Azərbaycanın bütün regionlarında keçirilir. Bununla yanaşı, nə yazıq ki, hərdən ağacların kəsilməsi hallarına da rast gəlirik. Vaxtilə Ulu Öndər Heydər Əliyev demişdi ki, bir ağacı kəsən sanki mənim bir qolumu kəsir. Ekoloji məsələlərə həsr olunmuş yığıncaqların birində  Prezident İlham Əliyev də ağac kəsilməsinə qarşı sərt təpki göstərmişdi: "Ağacəkmə kampaniyası zamanı on milyondan çox ağac əkilibdir və bu proses davam etdirilir. Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır".
Təbii ki, "Yaşıl dünya naminə həmrəylik ili"ndə bu kampaniyanın aparılması həm də COP29-a hazırlıqlarla bağlı görülən işlər sırasındadır. Başa çatdırılan işlərin müstəvisindən,  eləcə də COP29-un fəaliyyət dairəsindən  baxanda  görmək olur ki,  Azərbaycan gələcəkdə də ekologiya sahəsində böyük yeniliklərə imza atacaq.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!