09 Oktyabr 2026 15:56
172
İQTİSADİYYAT
A- A+
Azərbaycan Avrasiyanın strateji bağlantı mərkəzinə çevrilir  

Azərbaycan Avrasiyanın strateji bağlantı mərkəzinə çevrilir  


Bu, Orta dəhlizdə yeni mərhələ deməkdir


Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, Şərqlə Qərb arasında etibarlı və təhlükəsiz bağlantılara tələbatın artdığı bir dövrdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın əhəmiyyəti getdikcə yüksəlir. Bu prosesdə Azərbaycan  coğrafi mövqeyinin üstünlüklərindən yararlanan ölkə kimi ön plandadır. Üstəlik də yeni nəqliyyat sisteminin  formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Avazada keçirilən 8-ci Məşvərət görüşündə TRIPP  nəqliyyat təşəbbüsünün Orta dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inteqrasiyasının müzakirəsini təklif etməsi bu mənada diqqətəlayiq hadisədir. Təşəbbüsü yalnız ayrı-ayrı nəqliyyat layihələrinin əlaqələndirilməsi kimi qiymətləndirmək  doğru olmaz. Söhbət mövcud marşrutların imkanlarını birləşdirmək, regional əməkdaşlığı dərinləşdirmək və Avrasiya məkanında daha səmərəli logistika sistemi formalaşdırmaqdan gedir.

TRIPP-ın Orta dəhlizlə əlaqələndirilməsi ideyası Azərbaycanın strateji maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Zəngəzur istiqamətinin daha geniş Avrasiya nəqliyyat şəbəkəsinə inteqrasiyası Şərqlə Qərb arasında bağlantıların şaxələndirilməsinə, yükdaşımaların səmərəliliyinin artırılmasına və region ölkələrinin tranzit imkanlarının genişlənməsinə töhfə verə bilər. Belə bir yanaşma Azərbaycanın nəqliyyat-kommunikasiya xəritəsindəki mövqeyini daha çox möhkəmləndirmək, ölkəmizi beynəlxalq yük axınlarının mühüm qovşaqlarından birinə çevirmək üçün yeni imkanlar yaradır.

Qeyd edək ki, Azərbaycanın üstünlüyü yalnız əlverişli coğrafi mövqeyindən ibarət deyil. Ölkəmiz Şərq-Qərb nəqliyyat bağlantılarının inkişafına, infrastrukturun təkmilləşdirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə ardıcıl şəkildə önəm verir. Bu baxımdan Orta dəhlizin inkişafı ilə Zəngəzur istiqamətinin potensialının uzlaşdırılması vahid nəqliyyat sisteminin formalaşması üçün mühüm perspektivlər açır. Amma bu imkanlardan daha çox faydalanmaqdan ötrü infrastruktur layihələri əlaqələndirilməli, sərhəddə prosedurlar sadələşdirilməli, tariflər uyğunlaşdırılmalı və ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir.

Tokayevin səsləndirdiyi daha bir məqam diqqətləri gələcəyə yönəldir. Qazaxıstan Prezidentinin qiymətləndirməsinə görə, nəzərdə tutulan infrastruktur layihələrinin hamısı həyata keçirilərsə, 2040-cı ilədək Xəzər üzərindən yükdaşımaların həcmi dörd dəfə arta bilər. Bu proqnozun gerçəkləşməsi Xəzər hövzəsinin regional və beynəlxalq logistika sistemində rolunu əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, limanların ötürücülük qabiliyyətinin yüksəldilməsi, donanmanın genişləndirilməsi, dəmir yolu və avtomobil yollarının modernləşdirilməsi kimi məsələləri də diqqətdə saxlayır.

Qazaxıstan Prezidentinin  irəli sürdüyü təşəbbüs Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin gələcək inkişafı baxımından yeni perspektivlər açır.  Bu perspektivin reallaşması üçün Azərbaycanın malik olduğu nəqliyyat və logistika infrastrukturu üstünlük təşkil edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası, eləcə də müasir avtomobil və dəmir yolu şəbəkəsi Şərq-Qərb istiqamətində yükdaşımaların genişləndirilməsi üçün əlverişli zəmin formalaşdırır. 

TRIPP-in əhəmiyyəti də məhz bu məqamda üzə çıxır. Layihə  Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısının təmin edilməsi kontekstində və daha geniş regional və beynəlxalq əlaqələr sisteminin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunmuş razılaşmalar çərçivəsində gündəmə gələn bu təşəbbüsün gələcək taleyi regional kommunikasiyaların açılması, tərəflər arasında razılaşdırılmış mexanizmlərin formalaşdırılması və mövcud nəqliyyat marşrutları ilə əlaqələndirilməsi kimi məsələlərdən asılı olacaq. 

Beləliklə, TRIPP təşəbbüsünün Orta dəhlizlə əlaqələndirilməsi perspektivi Cənubi Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat xəritəsində yeni mərhələnin başlanğıcı ola bilər. Bu perspektivin reallaşması Azərbaycanın tranzit potensialını gücləndirməklə yanaşı, Xəzər hövzəsini Şərqlə Qərb arasında daha geniş iqtisadi əməkdaşlıq məkanına çevirə bilər. Bu gün əsas məsələ sadəcə yeni yollar çəkmək deyil,  fəaliyyətdə olan  və planlaşdırılan marşrutları vahid strateji baxış ətrafında birləşdirməkdir. Çünki gələcəyin nəqliyyat xəritəsində üstünlük həm coğrafi mövqeyə, həm də həmin mövqeyi işlək, etibarlı və rəqabətqabiliyyətli sistemə çevirmək bacarığına sahib olan ölkələrə məxsus olacaq. 

Bütün bunlar göstərir ki, Orta dəhlizin inkişafı ilə TRIPP perspektivinin uzlaşdırılması Azərbaycanın qarşısında yeni iqtisadi və geosiyasi imkanlar aça bilər. Əsas məsələ bu imkanları real yükdaşımalarına, daha geniş ticarət əlaqələrinə və davamlı iqtisadi faydaya çevirməkdir. Çünki müasir dövrdə nəqliyyat marşrutlarının əhəmiyyəti yalnız onların hansı ərazilərdən keçməsi ilə deyil, həm də nə dərəcədə etibarlı, səmərəli və rəqabətqabiliyyətli olması ilə müəyyən edilir. Azərbaycan üçün isə yaranan yeni perspektivlər coğrafi mövqeyini strateji üstünlüyə çevirmək və Avrasiyanın nəqliyyat əlaqələrində aparıcı rolunu gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Züeyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

Azərbaycanlılar nə qədər xərcləyirlər? 

16:18
09 Oktyabr

Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan əsas güc mərkəzi  

16:17
09 Oktyabr

Regional təşkilatların aparıcı gücü   

16:09
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri münasibətlərində yeni mərhələ

15:59
09 Oktyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı mərkəzinə çevrilir  

15:56
09 Oktyabr

“Abraham Lincoln” təyyarədaşıyan gəmisi ABŞ-yə qayıdıb  

15:49
09 Oktyabr

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

15:42
09 Oktyabr

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb  

15:41
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!