02 Dekabr 2025 18:25
329
SİYASƏT
A- A+
Azərbaycan Asiya-Avropa Siyasi Forumunun 6-cı iclasında təmsil olunub  

Azərbaycan Asiya-Avropa Siyasi Forumunun 6-cı iclasında təmsil olunub  


Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının sədri Şahin İsmayılov, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin həmtəsisçisi və onun nəzdindəki “InnoHub” Beyin Mərkəzinin ideya müəllifi, Milli Məclisin deputatı Müşfiq Cəfərov, həmçinin YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Məhəmməd Şirinovdan ibarət nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştdə keçirilən Asiya-Avropa Siyasi Forumunun (AEPF) 6-cı iclasında iştirak edib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, noyabrın 27-də YAP nümayəndə heyəti Əlaqəliliyin Dostları Fondu tərəfindən təşkil olunan və Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanos Bokanın fəxri qonaq qismində iştirak etdiyi rəsmi ziyafətə qatılıb.

Nümayəndə heyəti noyabrın 28-də AEPF-nin “Avrasiyada sülh və demokratiya” mövzusunda 6-cı iclasında iştirak edib. İclasın açılış sessiyasında ICAPP Daimi Komitəsinin üzvü, AEPF-nin həmsədri, Nepal Kommunist Partiyası Mərkəzi Daimi Komitəsinin üzvü Racan Bhattaray, AEPF-nin həmsədri, CEVRO Universitetinin Asiya-Sakit Okean Araşdırmaları Mərkəzinin sədri Yan Zahradil, Macar Vətəndaş İttifaqının (Fides) vitse-prezidenti Kinqa Qal və ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq çıxış ediblər. ICAPP-ın Baş katibi Oh Sonqun təqdimatında AEPF-nin fəaliyyət qaydalarına dəyişikliklərin olunmasından və AEPF Bürosunun yeni tərkibinin seçilməsindən sonra iclas plenar sessiyalarla davam edib.

Ş.İsmayılov ikinci plenar sessiyada çıxış edərək, Azərbaycanın Cənubi Qafqazda sülhün və dayanıqlı inkişafın təminində mühüm rol oynadığını bildirib. Deyib ki, ərazi bütövlüyünün bərpasından sonra Azərbaycan yenidənqurma, reinteqrasiya və regional əməkdaşlıq mərhələsinə daxil olub, Avrasiyada enerji-nəqliyyat qovşağı kimi regional və qlobal proseslərdə fəal iştirak edir. Vurğulanıb ki, Azərbaycanın baxışı dinc və bağlantılı Avrasiyadır. Ölkəmiz Şərq və Qərb tərəfdaşları ilə bu gələcəyi qurmağa hazırdır. Zəngəzur dəhlizi Avrasiya üçün yeni nəqliyyat və əməkdaşlıq imkanları yaradan sülh layihəsi kimi qiymətləndirilir. Vaşinqtonda sülh sazişinin paraflanması beynəlxalq dəstəyi göstərir, Prezident İlham Əliyevin diplomatik fəaliyyəti isə proseslərdə həlledici rol oynayıb. O, həmçinin qeyd edib ki, Azərbaycanın çoxpartiyalı siyasi sistemi sülhə və demokratik inkişafa töhfə verir, siyasi qüvvələrin birliyi institutları gücləndirir. Ölkəmizin sülh yanaşması qlobal xarakter daşıyır və ölkə Qoşulmama Hərəkatı, BMT və digər platformalarda sülh və ədaləti fəal təşviq edir.

Bağlanış sessiyasında müzakirələrin əsas nəticələrini özündə əks etdirən Budapeşt Bəyanatı qəbul olunub.

AEPF-nin 6-cı iclasına paralel olaraq, Macarıstanın Xristian Demokrat İnstitutu Fondunun təşkilatçılığı ilə “Dialoq və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beyin mərkəzlərinin görüşü keçirilib. M.Cəfərov tədbirdə çıxışında Gəncə və ətraf regionlarda gənclərin təhsilini, peşəkar inkişafını dəstəkləyən müasir innovasiya və analitik platforma - “InnoHub” Beyin Mərkəzinin fəaliyyətini təqdim edib. O bildirib ki, “InnoTalks”, ideya sessiyaları və müxtəlif icma təşəbbüsləri gənclərə əməkdaşlıq imkanı yaratmaqla yanaşı, fikir mübadiləsi, praktik bacarıqlar və uzunmüddətli uğur üçün vacib keyfiyyətlərin inkişafına şərait yaradır.

Günün sonunda iştirakçılar Macarıstan Milli Assambleyasının Sədri Laszlo Köverin adından verilən rəsmi ziyafətə də qatılıblar.

Səfər çərçivəsində iştirakçılar Macarıstan Musiqi Evini də ziyarət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!