27 Aprel 2026 13:26
172
SİYASƏT
A- A+
Azərbaycan artan diplomatik cazibə mərkəzi kimi: Çexiya Baş nazirinin Qəbələ səfəri kontekstində yeni reallıqlar

Azərbaycan artan diplomatik cazibə mərkəzi kimi: Çexiya Baş nazirinin Qəbələ səfəri kontekstində yeni reallıqlar

Son dövrlərdə Azərbaycana müxtəlif dövlət və hökumət başçılarının intensiv səfərləri ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi səfəri də bu tendensiyanın məntiqi davamı kimi diqqət çəkir. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən mühüm mesajdır.

AZƏRTAC-ın təhlilinə görə, Cənubi Qafqazda artan diplomatik fəallıq fonunda Azərbaycanın proseslərdə rolu getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son aylarda Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin və Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu proseslər beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.

Ukrayna Prezidentinin və Çexiya Baş nazirinin Qəbələdə qarşılanması xüsusilə diqqət çəkir. Bu, yeni protokol yanaşmasının göstəricisi olmaqla yanaşı, regionların diplomatik xəritədə rolunun artırılması siyasətinin tərkib hissəsidir. Daha əvvəl Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün də Qəbələdə keçirilməsi bu şəhərin strateji əhəmiyyətini artırıb. Bu isə o deməkdir ki, Qəbələ artıq Bakı və Şuşa ilə yanaşı, yeni diplomatik mərkəz kimi formalaşır.

Siyasi dialoqdan investisiya və enerji əməkdaşlığına doğru qət edilən yol

Çexiya Baş nazirinin səfərini müşayiət edən geniş biznes heyəti bu səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu göstərir. Nəzərdə tutulan biznes-forum iki ölkənin iş adamlarını bir araya gətirərək yeni investisiya və ticarət imkanlarının açılmasına şərait yaradacaq. Bu isə münasibətlərin yalnız siyasi deyil, iqtisadi müstəvidə də dərinləşdiyini göstərir.

Çexiya-Azərbaycan münasibətlərinin institusional bazasına nəzər salsaq görərik ki, ölkələrimiz arasında əməkdaşlıq artıq uzun illərə söykənir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.

Keçən il 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi iqtisadi əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.

Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir.

Çex şirkətlərinin Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.

İnvestisiya göstəriciləri də balanslı əməkdaşlığı əks etdirir: 1995-2025-ci illər ərzində qarşılıqlı investisiyalar təxminən eyni səviyyədə olub. Azərbaycanda fəaliyyət göstərən Çexiya kapitallı şirkətlərin müxtəlif sahələri əhatə etməsi iqtisadi əlaqələrin şaxələndiyini göstərir.

2022-ci ildən bəri Bakı və Praqa arasında birbaşa aviareyslərin bərpası iki ölkə arasında əlaqələri daha da asanlaşdırıb. Həftədə üç dəfə həyata keçirilən uçuşlar həm biznes, həm də turizm əlaqələrinin inkişafına təkan verir.

Azərbaycan-Çexiya münasibətlərinin yeni mərhələyə keçidi

2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir.

Çexiya Baş nazirinin Azərbaycana səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Diplomatik fəallığın artması, yeni mərkəzlərin, xüsusilə Qəbələnin ön plana çıxması və iqtisadi əməkdaşlığın dərinləşməsi ölkəmizin beynəlxalq sistemdə rolunun gücləndiyini təsdiqləyir. Bu proseslər Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir.

Qarşılıqlı siyasi etimadın möhkəmlənməsi, yüksəksəviyyəli səfərlərin intensivliyi və institusional mexanizmlərin fəaliyyəti bu münasibətlərin davamlı xarakter daşıdığını göstərir. Artan iqtisadi göstəricilər və genişlənən investisiya əlaqələri isə strateji tərəfdaşlığın real məzmunla doldurulduğunu təsdiqləyir. Bu dinamika Azərbaycanın beynəlxalq sistemdə mövqeyinin təkcə sabitləşmədiyini, eyni zamanda, daha da gücləndiyini nümayiş etdirir. Formalaşan çoxşaxəli əməkdaşlıq modeli isə gələcəkdə daha dərin inteqrasiya və yeni strateji layihələr üçün geniş imkanlar açır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaddaşı bərpa edən möcüzəvi sprey hazırlanıb

18:17
27 Aprel

Ağız yaxalama mayeləri ürəyə zərər verirmi?

18:08
27 Aprel

ABŞ ordusu Sakit Okeanda narkotik daşıyan qayığı vurub

18:03
27 Aprel

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini və katibləri seçilib 

17:59
27 Aprel

Əmək Məcəlləsinə yeni dəyişiklik: sağlamlıq arayışı olmayan işçilərlə əmək müqaviləsinə xitam verilə bilər  

17:53
27 Aprel

Səfir: Sudan parlamentlərarası dialoqun inkişafında Azərbaycanın öncül rolunu yüksək qiymətləndirir  

17:47
27 Aprel

ABB Sahibkarlar Günü münasibətilə biznes müştəriləri üçün tədbir keçirib

17:47
27 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

17:46
27 Aprel

MSK sədri: Azərbaycanın Seçki Məcəlləsi bütün müasir tələblərə cavab verən bir sənəddir  

17:45
27 Aprel

Bəzi yerlərdə hava yağıntılı olacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:44
27 Aprel

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

17:44
27 Aprel

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının sədri seçilib YENİLƏNİB 

17:42
27 Aprel

Xarici diplomatlar Xankəndi şəhəri ilə tanış olublar

17:42
27 Aprel

WUF13-də dövlət başçıları və şəhər merləri iştirak edəcək

17:34
27 Aprel

Azərbaycan boksçuları Dünya kubokunda 3 qızıl medal qazanıblar

17:15
27 Aprel

FHN bəzi ərazilərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17:10
27 Aprel

Fərid Qayıbov: Ağdərədə ilk dəfə keçirilən reqatada ölkə sayının çox olması sevindirici haldır  

16:12
27 Aprel

Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməzlər

16:07
27 Aprel

“Prezident Kuboku” beynəlxalq reqatasına Ağdərədə start verilib

15:51
27 Aprel

Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib  

15:46
27 Aprel

Rusiya-Ukrayna cəbhəsində gərginlik artıb

15:41
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!