12 Fevral 2026 08:40
336
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq müstəvisinə keçib

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq müstəvisinə keçib


Azərbaycan Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti arasında baş tutan görüş və səsləndirilən birgə bəyanatlar Azərbaycanın xarici siyasətində mühüm və yeni bir müsbət mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu görüş sadəcə protokol xarakteri daşımadı, əksinə, Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni, daha dərin və strateji mərhələyə daxil olduğunu nümayiş etdirdi. ABŞ kimi qlobal siyasi və iqtisadi gücün Azərbaycanla münasibətləri məhz bu kontekstdə qiymətləndirməsi ölkəmizin beynəlxalq nüfuzunun və artan geosiyasi əhəmiyyətinin bariz göstəricisidir.

Son illər Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət modeli ilə seçilir. Dövlətimiz heç bir güc mərkəzindən asılı olmadan, milli maraqları əsas götürərək həm Qərb, həm də Şərq istiqamətində paralel və bərabərhüquqlu münasibətlər qurur. Məhz bu yanaşma Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasına və ABŞ ilə münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin münasibətlərin "tamamilə yeni mərhələyə" daxil olduğunu vurğulaması Azərbaycanın apardığı düşünülmüş diplomatiyanın nəticəsidir.

Görüş zamanı iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası və bu xartiya ilə bağlı səsləndirilən fikirlər Azərbaycan-ABŞ münasibətlərinin daha sistemli və uzunmüddətli əsaslar üzərində inkişaf etdiriləcəyini göstərir. Bu sənəd Azərbaycanın təhlükəsizlik maraqlarının möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və texnoloji əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm imkanlar açır. Xüsusilə ABŞ investisiyalarının və qabaqcıl texnologiyalarının Azərbaycan iqtisadiyyatına cəlb olunması qeyri-neft sektorunun inkişafına və iqtisadi dayanıqlığın artırılmasına xidmət edir.

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol artıq beynəlxalq səviyyədə geniş şəkildə qəbul olunur. "Cənub qaz dəhlizi" kimi strateji layihələr Avropanın enerji təhlükəsizliyinə real töhfələr verib və Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirib. ABŞ ilə münasibətlərin yeni mərhələyə daxil olması bu rolun daha da gücləndiyini göstərir, çünki enerji təhlükəsizliyi bu gün təkcə iqtisadi deyil, eyni zamanda ciddi geosiyasi əhəmiyyət daşıyan məsələdir və Azərbaycan bu sahədə etibarlı və məsuliyyətli tərəfdaş kimi çıxış edir.

Eyni zamanda Azərbaycanın nəqliyyat və logistika imkanları ölkəmizin geostrateji mövqeyini daha da gücləndirir. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın regionun əsas tranzit mərkəzlərindən birinə çevrildiyini göstərir. ABŞ ilə əməkdaşlığın genişlənməsi bu sahədə də yeni perspektivlər açaraq Azərbaycanın qlobal ticarət marşrutlarında rolunu daha da artırır.

ABŞ tərəfinin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı səsləndirdiyi mövqe də xüsusi əhəmiyyət kəsb edir və bu, regionda sülh gündəliyinin əsas müəllifinin məhz Azərbaycan olduğunu bir daha təsdiqləyir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar məhz Azərbaycanın güclü siyasi iradəsi və diplomatik təşəbbüsləri nəticəsində sülh müstəvisinə daşınıb. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, suverenlik və ərazi bütövlüyü prinsiplərini önə çəkən sülh modeli artıq beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir.

Bütün bu proseslər fonunda Azərbaycanın beynəlxalq imici daha da möhkəmlənir. Ölkəmiz sabitlik yaradan, sözünə və imzasına hörmət edən və uzunmüddətli əməkdaşlığa sadiq tərəfdaş kimi qəbul olunur. Beynəlxalq münasibətlər sistemində etibarlılıq ən qiymətli amillərdən biri hesab olunur və Azərbaycan bu etibarı illər ərzində formalaşdırıb. ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də məhz bu etibarın nəticəsidir.

Prezident İlham Əliyev ilə ABŞ-nin vitse-prezidenti arasında keçirilən görüş, iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası və səsləndirilən bəyanatlar Azərbaycanın milli maraqlarına tam uyğun gələn xarici siyasət kursunun növbəti uğurlu təzahürüdür. Bu münasibətlərin yeni mərhələyə daxil olması Azərbaycanın beynəlxalq siyasi çəkisinin artmasına, təhlükəsizlik mühitinin möhkəmlənməsinə, iqtisadi və texnoloji imkanlarının genişlənməsinə xidmət edir və ölkəmizin regionda və dünyada mövqelərini daha da gücləndirir.


Vasif QAFAROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına 620 milyon tona yaxın neft nəql olunub  

13:27
12 Fevral

Ötən il “Azəri-Çıraq-Günəşli”dən hasil olunan neftin həcmi açıqlanıb  

13:13
12 Fevral

DTX dövlət hakimiyyəti əleyhinə cinayət əməlləri törətmiş şəxslərlə bağlı məlumat yaydı

13:10
12 Fevral

İsveçrə Konfederasiyası Federal Parlamenti Kantonlar Şurasının (Senatının) sabiq sədri Filippo Lombardidən  

13:06
12 Fevral

Süni intellekt və rəqəmsallaşma gələcək inkişafı müəyyən edir  

13:04
12 Fevral

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən  

13:01
12 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

12:53
12 Fevral

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri açıqlanıb  

12:46
12 Fevral

Matias Romero İnstitutunda Azərbaycanın sülhə və regional rifaha aparan yolundan danışılıb  

12:31
12 Fevral

BMT-nin QAK-ın Mərkəzi Asiya üzrə regional nümayəndəliyinə azərbaycanlı rəhbər təyin edilib  

12:29
12 Fevral

Kiyevdə 107 min ailə işıqsız qalıb

12:24
12 Fevral

Ukraynalı hərbi ekspert: “Starlink”in bloklanması Rusiya ordusunun hücum əməliyyatlarını zəiflədib 

12:15
12 Fevral

Hakan Fidan: ABŞ İranla nüvə məsələsində kompromisə hazırdır

12:03
12 Fevral

Hava yağmursuzdur, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA

11:43
12 Fevral

“Qarabağ” – “Nyukasl” oyununa biletlərin qiyməti açıqlanıb  

11:37
12 Fevral

Azərbaycan gəmisi Gürcüstanın Poti limanından Moldovanın Curculeşti limanına yük aparıb

11:27
12 Fevral

ABŞ enerji sahəsində Azərbaycan ilə əməkdaşlığı artırmaq niyyətindədir  

11:07
12 Fevral

Ötən gün axtarışda olan 121 nəfər saxlanılıb

10:53
12 Fevral

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də

10:51
12 Fevral

Dünya bazarında qızıl 9 dollara yaxın ucuzlaşıb 

10:49
12 Fevral

UEFA Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olur 

10:48
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!