12 Fevral 2026 08:10
387
SİYASƏT
A- A+
Vensin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə müsbət impuls verəcək

Vensin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə müsbət impuls verəcək


Ötən ilin bu günlərində Münxen Təhlükəsizlik Konfransında "Avropa özünün yaratdığı böhranla üz-üzədir" deyən ABŞ vitse-prezidenti Ceyms Devid Vens bu günlərdə regionumuza səfər etdi. Səfər planına əsasən, Ermənistanda 9-10 fevral, Azərbaycanda 10-11 fevral tarixlərində rəsmi səfərdə olan Vensin hansı məsələlərlə bağlı iş aparacağını ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində qısaca bildirmişdi. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanla hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın müzakirəsi, bu sahədə ABŞ-dən satın alınacaq məhsullar, qarşılıqlı faydalı ticarət barədə müzakirələrin aparılması nəzərdə tutulur: "Vensin gəlişi öncəsi Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşüb. Qeyd edim ki, ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq 3 istiqaməti əhatə edəcək: enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizədə əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq". 

Deputat qeyd edib ki, yaradılan Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi məsələlərdə əməkdaşlığın inkişafı üzrə çalışır. Bu isə ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi deməkdir. 

P.Vəliyeva vurğulayıb ki, TRIPP yolunun işlək hala gətirilməsi üçün növbəti addımlar üzrə müzakirənin aparılması səfər proqramının tərkib hissəsidir: "Yanvarın 14-də Ağ Evdə, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio arasında imzalanmış TRIPP İcra Çərçivəsi (TIF) adlı sənəddə bir çox məqama aydınlıq gətirilmişdi. Belə ki, bu sənəd bir daha Vaşinqton razılaşmalarına istinadən Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə maneəsiz keçidinin təmin edilməsini açıq və dəqiq şəkildə ifadə etmişdi. TRIPP Şərq-Qərb istiqamətində əsas nəqliyyat yoluna çevrilmək potensialına malikdir. Marşrutun investisiyalar, ticarət məkanına çevrilməsi hədəflənir. ABŞ coğrafi cəhətdən regionumuza uzaq olsa da, müasir dövrün ticarət və bağlantılar anlayışı bu stereotipi qırır. Bu gün artıq virtual bağlantılar da gündəmdədir. TRIPP çərçivə sənədində qeyd olunduğu kimi, Zəngəzur dəhlizi vasitəsilə xam materiallar, kritik minerallar, Yer kürəsində nadir tapılan metallar Amerika bazarlarına çıxarılacaq. Bu, beynəlxalq layihədir, təkcə Azərbaycanın və ya Ermənistanın gündəliyi deyil, marşrutdan Çindən Avropayadək, hətta ABŞ-dək uzanan bütün coğrafiyada olan ölkələr faydalanacaqlar". 

ABŞ administrasiyasının bölgədə yaranmış sülhü alqışladığını deyən deputat əlavə edib ki, tərəfdaşlıqların inkişafına təkan vermək məqsədilə vitse-prezident Ceyms Devid Vensi öz elçisi kimi Vaşinqton Sülh Sammitindən sonra ilk dəfə olaraq regiona göndərir. ABŞ liderinin Prezident İlham Əliyevə xüsusi ehtiramı var və onun apardığı uğurlu siyasətə böyük heyrətamizliklə yanaşır, onu ağıllı lider adlandırır. "Donald Trampın cənab Prezident İlham Əliyevi Yaxın Şərq Sülh Sammitinə şəxsən dəvət etməsi, Azərbaycanın Sülh Şurasına təsisçi ölkə kimi seçilməsi bir daha göstərir ki, Prezident Donald Tramp Azərbaycan xalqına, onun liderinə xüsusi rəğbət bəsləyir və onu yaxın tərəfdaşı kimi qəbul edir. Bu isə ABŞ ilə strateji tərəfdaşlığın daha da inkişafında özünü göstərir", - deyə P.Vəliyeva bildirib. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!