12 Fevral 2026 08:20
543
SİYASƏT
A- A+
Azərbaycanın yüksək nüfuzunun göstəricisi

Azərbaycanın yüksək nüfuzunun göstəricisi


Azərbaycan və ABŞ arasında münasibətlər yeni mərhələyə daxil olaraq strateji əhəmiyyət daşımağa başlayıb. Bu münasibətlər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa və liderlər arasında formalaşmış siyasi etimada əsaslanır. 

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ölkələrimiz arasında münasibətləriin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Milli Məclisin deputatı Vüqar Rəhimzadə qeyd edib ki, ötən ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan-Amerika münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edib.  İki ölkə arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənməyərək, keyfiyyətcə yeni - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Fevralın 10-da Bakıda Prezident İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması bunun təsdiqidir. "Son illərdə ABŞ siyasi dairələrində Azərbaycan və Prezident İlham Əliyev haqqında səslənən yüksək fikirlər təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın artan geosiyasi çəkisi, enerji təhlükəsizliyində oynadığı rol və regional sabitliyə verdiyi töhfə ilə birbaşa bağlıdır. Vaşinqton üçün Cənubi Qafqaz strateji əhəmiyyət daşıyan bölgədir və bu regionda Azərbaycan kimi etibarlı tərəfdaş faktorunun mövcudluğu xüsusi önəm kəsb edir", - deyə o bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iri enerji layihələri Azərbaycanın beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün dünyada artan qeyri-sabitlik fonunda ölkəmizin etibarlı qlobal aktor kimi artan rolu ABŞ siyasi dairələrində yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin uzunmüddətli və düşünülmüş enerji siyasəti, Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi strateji töhfə ölkəmizi Avrasiyanın enerji xəritəsində əsas oyunçulardan birinə çevirib.

V.Rəhimzadə bildirib ki, Azərbaycanın uğurlu xarici siyasət kursu dövlətimizin maraqlarına əsaslanan çoxvektorlu və balanslaşdırılmış strategiya üzərində qurulub: "Azərbaycan qlobal güclərlə münasibətlərini milli maraqlar əsasında inkişaf etdirir.  ABŞ-nin siyasi elitası üçün məhz bu praqmatik və sabit mövqe önəmlidir. Azərbaycan regionda etibarlı tərəfdaş kimi qəbul edilir. Prezident 

İlham Əliyevin prinsipial mövqeyi və ardıcıl siyasəti ölkəmizin beynəlxalq nüfuzunu gücləndirib. ABŞ siyasi elitasında Prezident İlham Əliyev haqqında səslənən yüksək  fikirlər Azərbaycanın artan beynəlxalq rolunun göstəricisidir. Enerji təhlükəsizliyi, regional sabitlik, balanslı xarici siyasət və iqtisadi inkişaf modeli ölkənin strateji əhəmiyyətini artırır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!