12 Fevral 2026 08:30
389
SİYASƏT
A- A+
Strateji Tərəfdaşlıq haqqında Xartiya əlaqələri yüksək səviyyəyə qaldıracaq

Strateji Tərəfdaşlıq haqqında Xartiya əlaqələri yüksək səviyyəyə qaldıracaq


Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri və iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması tarixi hadisələrdir. Dünyanın ən güclü dövləti olan ABŞ-nin Azərbaycanla siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük maraq göstərməsi ölkəmizin diplomatiyasının böyük uğurudur. 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında xatırlatdı ki, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında imzalanmış, Birgə Bəyannaməyə əsasən, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün İşçi Qrupu yaradılıb və 6 ay ərzində sənəd hazırlanıb. Dörd bölümdən ibarət Strateji Tərəfdaşlıq haqqında Xartiyada iki dövlət arasında bir çox sahələrdə, eləcə də enerji, ticarət və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. "Trans-Xəzər Nəqliyyat Dəhlizini əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturlarının inkişafı, ticarətin asanlaşdırılması, gömrük nəzarəti və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması barədə tərəflər arasında razılıq əldə olunub. Eyni zamanda Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutunun (TRIPP) əhəmiyyəti qeyd edilir. İqtisadi sərmayələr, o cümlədən süni intellekt, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində də əməkdaşlığın yeni konturları hazırlanıb və əlaqələrin genişləndirilməsi nəzərdə tutulub", - deyə o bildirib.

Ekspert qeyd edib ki, sənəd imzalandıqdan sonra Prezident İlham Əliyev və vitse-prezident Ceyms Vens mətbuata bəyanatla çıxış edərək bir sıra mesajlar veriblər. Dövlətimizin başçısı çıxışında Azərbaycanla Ermənistan arasında sülhün yaranması prosesində ABŞ Prezidenti Trampın böyük rolu olduğunu vurğulayıb, eyni zamanda bu gün Azərbaycan və Amerika arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın iki dövlət arasında əlaqələri yüksək səviyyəyə çatdıracağını bildirib. Azərbaycanın regionda sülhün yaranmasına təşəbbüs göstərən bir dövlət olduğunu Prezident İlham Əliyev xüsusi vurğulayıb.

K.Əliyeva dedi ki, bu, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün əbədi bərqərar olunması istiqamətində böyük səy göstərdiyini bir daha sübut edir: "ABŞ Azərbaycanın sülhməramlı addımını dəstəkləyir. Prezident İlham Əliyevin atdığı bütün addımlar dövlətimizin və xalqımızın milli maraqlarına xidmət edir". 

Ekspert bildirdi ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də Vaşinqtonla Bakı  arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə böyük qiymət verib və Azərbaycanın yaxın Şərqdə dövlətlərarası münasibətlərin normallaşdırılmasında böyük töhfə verə biləcəyini xüsusi vurğulayıb. 


Əsmər QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!