12 Fevral 2026 08:25
373
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ əməkdaşlığının genişləndirilməsi üçün möhkəm zəmin yaradılıb

Azərbaycan-ABŞ əməkdaşlığının genişləndirilməsi üçün möhkəm zəmin yaradılıb


Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ikitərəfli münasibətlərin transformasiyasında mühüm mərhələ olmaqla yanaşı, Cənubi Qafqazda gedən daha dərin geosiyasi proseslərin də göstəricisidir. Burada söhbət sadəcə simvolik sənəddən və ya niyyət bəyanatından getmir, xartiya epizodik əməkdaşlıqdan strukturlaşdırılmış və uzunmüddətli tərəfdaşlıq modelinə keçidi rəsmiləşdirir.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, bu addımın əsas xüsusiyyəti Vaşinqtonun Bakını regional siyasətin obyekti kimi deyil, öz siyasi çəkisi və strateji baxışı olan müstəqil aktor kimi qəbul etməsidir. Bu, münasibətlərin məntiqini köklü şəkildə dəyişir. Azərbaycan tərəfdaşlıq formatına "kiçik iştirakçı" qismində deyil, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik və postmünaqişə dövrünün bərpası kimi sahələrdə gündəlik formalaşdıra bilən dövlət kimi daxil olur. "Xartiya Cənubi Qafqazın yenidən formatlaşdığı bir mərhələdə ortaya çıxır. Ayrı-ayrı güc mərkəzlərinin dominantlığına əsaslanan köhnə təsir mexanizmləri tədricən effektivliyini itirir. Region çoxvektorlu əməkdaşlıq məkanına çevrilir və burada praqmatik tərəfdaşlıqlar, iqtisadi qarşılıqlı asılılıq və infrastruktur bağlantıları getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə ABŞ-nin regionda fəallaşması qarşıdurma xarakteri daşımır - bu proses Azərbaycanın xarici əlaqələrinin şaxələndirilməsi strategiyasının tərkib hissəsidir", - deyə o bildirib.

Xartiyanın praktiki məzmununun qarşılıqlı fayda prinsipinə əsaslanan bir neçə istiqaməti əhatə etdiyini deyən deputat vurğulayıb ki, energetika əməkdaşlığın əsas sütunu olaraq qalır, lakin artıq söhbət təkcə ənənəvi resurslardan getmir. Diqqət "yaşıl enerji", texnoloji mübadilə və dayanıqlı inkişafa yönəlir. İqtisadi komponent özəl investisiyaların təşviqini, innovativ layihələrin inkişafını və ticarət əlaqələrinin genişləndirilməsini nəzərdə tutur. Təhlükəsizlik sahəsində isə sərt öhdəliklərdən yayınaraq koordinasiya və təcrübə mübadiləsinə üstünlük verilir ki, bu da etimadın mərhələli şəkildə möhkəmlənməsinə imkan yaradır.

S.Fətəliyeva qeyd edib ki, sənədin  imzalanması Azərbaycanın beynəlxalq mövqelərini daha geniş mənada gücləndirir: "Bu addım Bakının Qərb, türk dünyası, ərəb ölkələri və Asiya tərəfdaşları ilə paralel şəkildə balanslaşdırılmış münasibətlər qurmaq qabiliyyətini nümayiş etdirir. Belə yanaşma çoxvektorlu diplomatiyaya sadiqliyi təsdiqləyir və Azərbaycanın müxtəlif geosiyasi məkanlar arasında əlaqələndirici rolunu möhkəmləndirir. Bu prosesin regional nəticələri də diqqətəlayiqdir. Qonşu ölkələr üçün ABŞ ilə əməkdaşlıq baxımından yeni orientirlər formalaşır, ənənəvi oyunçular isə daha mürəkkəb və çoxqütblü təsir konfiqurasiyasına uyğunlaşmaq zərurəti ilə üzləşirlər. Avropa İttifaqı da yeni reallıqla hesablaşmalı olur, bu reallıqda Cənubi Qafqazda yeni siyasi arxitekturanın formalaşmasında əsas xarici tərəfdaş rolunu məhz Vaşinqton oynayır".

Onun sözlərinə görə, nəticədə, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya təkcə iki ölkənin yaxınlaşmasını deyil, daha dərin strateji dönüşü əks etdirir, yəni bəyanatlar siyasətindən konkret mexanizmlər siyasətinə keçidi təmin edir. Bakı üçün bu, regional proseslərin aktiv iştirakçısı statusunun möhkəmlənməsi deməkdir, Vaşinqton üçün isə strateji əhəmiyyətli məkanda etibarlı tərəfdaşın əldə olunmasıdır. Ən başlıcası isə odur ki, sənəd praqmatizmə, qarşılıqlı hörmətə və uzunmüddətli maraqların düzgün anlaşılmasına əsaslanan əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Məhz bu prinsiplər bu gün yeni beynəlxalq reallığın əsas müəyyənedicilərinə çevrilir.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!