23 Dekabr 2025 11:15
193
CƏMİYYƏT
A- A+
AZAL-ın vitse-prezidenti: Təyyarə qəzalarının araşdırılması şəffaf və kompleks yanaşma tələb edir  

AZAL-ın vitse-prezidenti: Təyyarə qəzalarının araşdırılması şəffaf və kompleks yanaşma tələb edir  


Bu gün burada yad etdiyimiz hadisə təkcə bir aviasiya qəzası deyil. Bu, zamanında hansısa detalları gizlədilmiş, səbəbləri tam aydınlaşdırılmamış, lakin nəticələri ilə çoxsaylı insan talelərinə toxunmuş ciddi bir faciədir. Belə hadisələrin təhlili yalnız texniki deyil, eyni zamanda, institusional məsuliyyət tələb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri AZAL-ın vitse-prezidenti İlham Əmirov Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 reysinin icrası zamanı baş vermiş faciəyə həsr olunmuş poçt markasının təqdimatı zamanı deyib. “Beynəlxalq təcrübə göstərir ki, bu tip hadisələr üzrə istintaq prosesləri şəffaf aparılmalı, təhlükəsizlik standartları açıq şəkildə müzakirə olunmalı və müvafiq beynəlxalq qurumların tələblərinə uyğun şəkildə qiymətləndirilməlidir. Bu baxımdan, belə hadisələrin araşdırılması üçün müstəqil və səlahiyyətli komissiyaların fəaliyyəti vacibdir”.

Onun sözlərinə görə, qəzanın baş verdiyi ərazi və texniki detallar ətrafında səsləndirilən fərqli versiyalar onu göstərir ki, məsələyə yalnız bir istiqamətdən baxmaq mümkün deyil. Hadisənin bütün aspektləri - texniki, insan faktoru və sistem səviyyəsində risklər kompleks şəkildə dəyərləndirilməlidir. Eyni anda bir neçə əsas sistemin sıradan çıxması təsadüf kimi qiymətləndirilə bilməz və bu, əlavə izah tələb edən məqamdır.

“Bu cür hadisələr bizə bir daha xatırladır ki, aviasiya sahəsində təhlükəsizlik daim yenilənən yanaşma, ciddi nəzarət mexanizmləri və davamlı təhlil tələb edir. İkinci nəsil təhlükəsizlik sistemlərinin tətbiqi, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və məlumatların gizlədilmədən paylaşılması gələcəkdə oxşar faciələrin qarşısının alınması baxımından həlledici rol oynayır”, - deyə İlham Əmirov əlavə edib.

AZAL rəsmisi qeyd edib ki, bu gün dövriyyəyə buraxılan poçt markası isə həmin hadisənin unudulmaması, xatirəsinin yaşadılması və beynəlxalq ictimaiyyətə düzgün mesajın ötürülməsi baxımından mühüm mənəvi əhəmiyyət daşıyır. “AZAL və “Azərpoçt”un birgə təşəbbüsü ilə reallaşan bu addım həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yaddaş və məsuliyyət çağırışıdır. O deyib: “Faciə zamanı həyatını itirən insanların xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə başsağlığı veririk. Bu, bizim üçün sadəcə simvolik jest deyil, insani və peşəkar borcdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar  

22:46
24 Dekabr

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb  

22:43
24 Dekabr

“Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib  

22:42
24 Dekabr

Avropa Komissiyası ABŞ-ın bəzi Aİ vətəndaşlarına səyahət məhdudiyyəti tətbiq etməsini pisləyib  

22:39
24 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

22:36
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb  

20:20
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNİB-3 

20:15
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini panel müzakirələrlə davam etdirib  

20:07
24 Dekabr

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib  

20:03
24 Dekabr

TÜRKSOY-un Baş katibi Sultan Raevdən  

19:58
24 Dekabr

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan  

19:57
24 Dekabr

Azərbaycanın müdafiə naziri Liviya tərəfinə başsağlığı verib  

19:02
24 Dekabr

Orta Dəhliz üzrə yük axınlarının artması Azərbaycan üzrə hansı yeni imkanlar yaradır?  

18:44
24 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:42
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:39
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:38
24 Dekabr

Moskva Mayamidə danışıqların yekunları üzrə Vaşinqtonla əlaqələrini davam etdirəcək  

18:37
24 Dekabr

Moldova Respublikasının Prezidenti Maya Sandudan  

18:36
24 Dekabr

Tahir Budaqov: Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər ölkəmizə bundan sonra da yeni müvəffəqiyyətlər qazandıracaq

18:35
24 Dekabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

18:32
24 Dekabr

Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik  

18:31
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!