24 Dekabr 2025 22:36
123
SİYASƏT
A- A+
Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı dövrünü yaşayır. Ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib. Sürətli və dinamik sosial-iqtisadi inkişaf, yüksək rifah, sabitlik və təhlükəsizlik Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edib. 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Vurğulanıb ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış strategiyası, aparılan genişmiqyaslı quruculuq işləri, məskunlaşma Azərbaycan dövlətinin iqtisadi qüdrətinin daha bir göstəricisidir. Görülən işlərin tərkib hissəsi kimi reallaşan Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər bölgələri ilə quru əlaqəsini təmin etməklə yanaşı, həm də muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoyacağı diqqətə çatdırılıb.

Ali Məclis sədrinin birinci müavini bildirib ki, sadalanan bu uğurlar Prezident İlham Əliyevə böyük xalq sevgisi qazandırıb. Qürurverici haldır ki, vaxtilə doğum günlərində cəbhə bölgələrində olan Müzəffər Ali Baş Komandan artıq hər il doğum gününü işğaldan azad olunmuş torpaqlarda yeni sosial obyektlərin, inzibati binaların və istehsal sahələrinin istifadəyə verilməsi ilə, ən əsası isə abad şəhər və kəndlərdə məskunlaşan sakinlərlə birgə qeyd edir.

Bəxtiyar Məmmədov Prezident İlham Əliyevi doğum günü münasibətilə Ali Məclis adından təbrik edib.

Ali Məclis sədrinin birinci müavini plenar iclasın gündəliyinə dörd məsələnin daxil edildiyini bildirib, gündəlik təsdiq olunub.

Gündəliyin birinci məsələsinin - “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.

Qanun layihəsi ilə əlaqədar çıxış edən Ali Məclis sədrinin müavini Arzu Abdullayev “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsini ölkəmizin iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə cavab verdiyini bildirib, qanun layihəsini yüksək qiymətləndirib.

Sonra qanun üçüncü oxunuşda qəbul olunub.

Daha sonra Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən maliyyə intizamının gücləndirilməsi, şəffaflıq və dayanıqlı büdcə idarəçiliyi siyasəti nəticəsində həm mərkəzi, həm də yerli büdcələrin idarə olunması yeni keyfiyyət mərhələsinə qədəm qoyub. 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə layihəsi də bu yanaşmanın tərkib hissəsi olmaqla, sosial istiqamətlərin prioritetliyi və özünümaliyyələşdirmə potensialının genişləndirilməsi prinsiplərini əsas tutaraq hazırlanıb.

Gündəlikdəki ikinci məsələ - üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə bağlı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyevə məlumat verib, qanun səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələ - “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirilib ki, qanun layihəsi Ali Məclisin 19 dekabr 2025-ci il tarixdə keçirilmiş plenar iclasında müzakirə edilmiş, söylənilmiş təkliflər nəzərə alınmaqla onun üzərində iş davam etdirilməklə Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul edilib.

Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun ikinci oxunuşda qəbul edilib.

Sonda Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev Ali Məclisin 2026-cı il xərclər smetası haqqında məlumat verib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin növbəti plenar iclası öz işini başa çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar  

23:19
24 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar  

22:46
24 Dekabr

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb  

22:43
24 Dekabr

“Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib  

22:42
24 Dekabr

Avropa Komissiyası ABŞ-ın bəzi Aİ vətəndaşlarına səyahət məhdudiyyəti tətbiq etməsini pisləyib  

22:39
24 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

22:36
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb  

20:20
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNİB-3 

20:15
24 Dekabr

Azərbaycan Din Xadimlərinin II Forumu işini panel müzakirələrlə davam etdirib  

20:07
24 Dekabr

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib  

20:03
24 Dekabr

TÜRKSOY-un Baş katibi Sultan Raevdən  

19:58
24 Dekabr

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan  

19:57
24 Dekabr

Azərbaycanın müdafiə naziri Liviya tərəfinə başsağlığı verib  

19:02
24 Dekabr

Orta Dəhliz üzrə yük axınlarının artması Azərbaycan üzrə hansı yeni imkanlar yaradır?  

18:44
24 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:42
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:39
24 Dekabr

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdan  

18:38
24 Dekabr

Moskva Mayamidə danışıqların yekunları üzrə Vaşinqtonla əlaqələrini davam etdirəcək  

18:37
24 Dekabr

Moldova Respublikasının Prezidenti Maya Sandudan  

18:36
24 Dekabr

Tahir Budaqov: Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər ölkəmizə bundan sonra da yeni müvəffəqiyyətlər qazandıracaq

18:35
24 Dekabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

18:32
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!