01 Oktyabr 2024 08:55
456
DÜNYA
A- A+
Avropada millətçilər önə çıxır

Avropada millətçilər önə çıxır


Avstriyada İkinci Dünya müharibəsindən sonra bir ilk baş verib


Avstriyada İkinci Dünya müharibəsindən sonra ilk dəfə parlament seçkilərində ifrat sağçılar qalib gəlir. İlkin məlumatlara görə, millətçi Azadlıq Partiyası 29,2 faiz səs toplayaraq birinci yeri tutub. Sonrakı yerdə 26,5 faiz səslə kansler Karl Nehammerin hakim Avstriya Xalq Partiyası gəlir. Mərkəz solçu Sosial Demokratlar 21 faiz səslə üçüncü olub. İstefa verən hökumət Nehammerin partiyası ilə Yaşıllar arasında koalisiyada idi. O, parlamentin aşağı palatasında çoxluğunu itirib.

Vyanada tərəfdarları qarşısında çıxış edən Azadlıq Partiyasının lideri Herbert Kikl deyib ki, "bu, birlikdə yazdığımız bir tarix parçasıdır. Biz yeni eranın qapısını açdıq. İndi, həqiqətən də, Avstriya tarixinin bu yeni səhifəsini birlikdə yazacağıq. Bu nəticəyə necə sevindiyimi sözlə ifadə edə bilmərəm. Əldə etdiyimiz uğur mənim ən çəsarətli arzularımdan da artıqdır" .

Eyni zamanda Avstriyanın yeni lideri olmaq üçün Kikl koalisiya tərəfdaşı tapmalı və parlament çoxluğunu qazanmalıdır. Bu isə asan olmaya bilər. Azadlıq Partiyasının rəhbəri bildirib ki, o, digər partiyalarla danışıqlara hazırdır, lakin hələlik nə Karl Nehammerin mühafizəkarları, nə də Andreas Bablerin sosial demokratları millətçilərlə işləməyə hazırdılar.

Seçkilərin nəticələrindən sonra açıqlama verən kansler məğlubiyyətin "acı" olduğunu, lakin Kiklin partiyasına qarşı mövqeyinin dəyişmədiyini vurğulayıb.

Karl Nehammer bildirib ki, Herbert Kikl sui-qəsd nəzəriyyələrinə inanır, Ümumdünya Səhiyyə Təşkilatını növbəti dünya hökuməti olmaqda günahlandırır və Davosdakı görüşü dünya hökmranlığına hazırlıq adlandırır. Belə adamla dövləti ağılla, məsuliyyətlə idarə etmək mümkün deyil.

Analitiklər deyirlər ki, ifrat sağçıların populyarlığı yüksək inflyasiya, Ukraynadakı müharibə və COVID-19 pandemiyasından narazılıq, habelə miqrasiya ilə bağlı narahatlıqlar səbəbindən artıb. Azadlıq Partiyası "Qala Avstriya" adlı seçki platformasında dəvət olunmamış əcnəbilərin qovulmasına, sərt sərhəd nəzarəti vasitəsilə daha "homogen" millətin yaradılmasına və fövqəladə qanun əsasında sığınacaq hüququnun dayandırılmasına çağırır. Ötən cümə axşamı günü debatlar zamanı Kikl immiqrasiyanı "nəhəng təhlükəsizlik problemi" adlandırıb, çünki "biz ölkəyə islamlaşmanı gətiririk", - deyib.

Bu, bütün siyasi spektrdə geniş çaşqınlığa səbəb olub, opponentlər isə bu cür siyasəti ksenofob, irqçi və islamofob adlandırıblar. 

Azadlıq Partiyası həmçinin Rusiyaya qarşı sanksiyalara son qoymağa çağırır, Qərbin Ukraynaya hərbi yardımını tənqid edir və Almaniyanın başlatdığı raketdən müdafiə layihəsi olan "Avropa Səma Qalxanı" təşəbbüsündən çıxmaq istəyir.

Herbert Kikl Brüsseldə "elita" adlandırılan təbəqəni də tənqid edir və Avropa İttifaqından bəzi səlahiyyətlərin Avstriyaya qaytarılmasını istəyir.

Azadlıq Partiyasının qələbəsi Vyanada parlament binası qarşısında etirazlara səbəb olub, nümayişçilər əllərində "Kikl nasistdir" şüarları yazılmış plakatlar tutublar.

Yekun nəticələr az sayda poçtla göndərilən bülletenlər hesablandıqdan sonra həftənin sonunda açıqlanacaq.

Monten İnstitutunun Avropa proqramının direktoru Corcina Rayt hesab edir ki, Avropada ifrat sağçıların dirçəlişinin əhalinin siyasi əsas cərəyandan - meynstrimdən narazılığı ilə çox əlaqəsi var. 

Son illər Avropanın bir sıra ölkəsində millətçilərin dirçəlməsi səbəbini şərh edən ekspertin fikrincə, bir çox avropalı seçicilər sağçı partiyaların səmimiyyətini bəyənirlər və Avropa cəmiyyətinin üç əsas problemini - milli kimlik, iqtisadiyyat və sosial ədalət məsələlərini hələ də həll edə bilməyən ənənəvi siyasətçilərin davranışından qıcıqlanırlar.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

00:16
15 İyun

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib  

23:14
14 İyun

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

21:37
14 İyun

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

21:29
14 İyun

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:26
14 İyun

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

19:24
14 İyun

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

18:59
14 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

18:47
14 İyun

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

18:29
14 İyun

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

18:23
14 İyun

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

18:09
14 İyun

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib

18:01
14 İyun

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

17:43
14 İyun

Bu gün Bakının 550 küçəsi yuyulub

17:37
14 İyun

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

17:28
14 İyun

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

16:57
14 İyun

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib

16:45
14 İyun

2000 illik nəhəng ölçülü çəkmə  

16:00
14 İyun

İtaliyada dünyanın ən böyük asma körpüsü inşa ediləcək

15:59
14 İyun

AZAL bir sıra aviareysləri ləğv edib

15:54
14 İyun

Xankəndidə 37 il əvvəlin məzunları yarımçıq qalan “Son zəng”i qeyd ediblər  

15:47
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!