18 Aprel 2024 22:53
300
SİYASƏT
A- A+

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

 

Məndən xahiş olunub ki, Azərbaycanla bağlı həll yolu tapmaq üçün Nazirlər Komitəsinin nə edəcəyi barədə ətraflı məlumat verim. Bir daha vurğulamaq istərdim ki, əsas məqsədimiz ümumi ideyalarımızı qorumaq və təbliğ etmək üçün birliyi gücləndirməkdir. Xüsusilə də Avropa Şurasının 75 illik yubileyi üçün simvolik olaraq vurğulayaq ki, Şura Avropada insan hüquqlarının üstünlüyünü, demokratiyanı və hüquqi dövləti təşviq etmək üçün 46 üzv dövlətin hökumətləri və parlamentləri arasında çoxtərəfli əməkdaşlıq üçün unikal platforma təklif edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri qurumun Nazirlər Komitənin sədri, Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışında deyib.

Bildirib ki, Azərbaycan 2001-ci ildə üzv olduqdan sonra demokratik keçid prosesində Avropa Şurasının dəstəyindən yararlanıb. Həmçinin Avropa Şurası da Azərbaycanın dəyərlərinin təbliğinə və təsirinin artırılmasına verdiyi töhfədən bəhrələnib. Bu, zaman baxımından məhdud olmayan və şübhəsiz ki, yarımçıq qalan qarşılıqlı faydalı əməkdaşlıqdır.

Azərbaycanın quruma verdiyi töhfələri, nümayəndə heyətinin təşkilatdakı layiqli yerinə tezliklə qayıtmasına ümidvarlığını vurğulayan Dominik Hasler qeyd edib: “Düşünürəm ki, bir-birimizə ehtiyacımız var. Ümid edirəm, Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq ki, bizi birləşdirən dəyərlərin qorunması naminə əməkdaşlıq və dialoq davam etsin. Mən Avropa Şurasının 75 il ərzində gördüyü nəhəng işi davam etdirmək imkanı vermək üçün ən məqbul həll yollarını təşviq etməyə hazıram və Parlament Assambleyasına, Nazirlər Komitəsinə, Baş katibə üçtərəfli görüş zamanı gözəl əməkdaşlığa görə bir daha təşəkkür etmək istəyirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video