24 Aprel 2024 09:15
379
DÜNYA
A- A+
Avropa ən sürətlə istiləşən qitədir

Avropa ən sürətlə istiləşən qitədir

 

İqlim dəyişikliyi getdikcə daha ağır fəsadlar yaradır

 

Avropa 2023-cü ildə meşə yanğınları, daşqınlar və rekord sayda isti günlərlə üzləşib. Bu barədə qlobal iqlim dəyişikliyi ilə bağlı hesabatda deyilir.
Qlobal iqlim dəyişikliyinin nəticələri hər yerdə getdikcə daha aydın görünür və Avropa da istisna deyil. Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) və Ümumdünya Meteorologiya Təşkilatının (WMO) son hesabatında yer alan məlumatlara nəzər saldıqda bunun şahidi oluruq. Sənədə əsasən, Avropada 2020-ci ildən bəri ən isti üç il, 2007-ci ildən isə ən isti on il qeydə alınıb. 
2023-cü il iqlimlə bağlı antirekordu tamamilə qırıb. 1991-ci ildən 2020-ci ilə qədər olan dövrlə müqayisədə havanın temperaturu bir dərəcə yüksəlməklə ötən il Avropanın ən isti ili olub. 
Ümumiyyətlə, ötən il iqlim dəyişikliyi ilə bağlı risklər baxımından Avropa üçün çətin olub və müxtəlif səviyyələrdə problemlərin mövcudluğunu göstərib, C3S direktoru Karlo Buontempo iqlim monitorinqinin nəticələrini şərh edərək deyib: "2023-cü ildə Avropa indiyə qədər qeydə alınan ən böyük meşə yanğınları, dəhşətli daşqınlar, eləcə də sahil zonasında şiddətli anomal istilik dövrləri, habelə ən çox yağıntı ilə üzləşib".

 

Daşqınların vurduğu ziyan təxminən 11 milyard avro təşkil edib

 

Ümumilikdə, 2023-cü ildə Avropaya normadan təxminən yeddi faiz çox yağıntı düşüb. Çayların üçdəbirində suyun səviyyəsi qalxıb və bu da daşqınlara səbəb olub.
İlkin hesablamalara görə, Avropada 1,6 milyona yaxın insan daşqınlardan zərər çəkib, ən azı 40 nəfər ölüb. 63 nəfər qasırğa və tufanların qurbanı olub, 44 nəfər meşə yanğınları nəticəsində həlak olub. Avropada ekstremal hava şəraiti və iqlim dəyişikliyinin təsirləri nəticəsində dəyən ziyan 13,4 milyard avroya çatıb ki, bu məbləğin 80 faizindən çoxu daşqınların vurduğu ziyanın hesabına olub.
Ümumdünya Ticarət Təşkilatının Baş katibi Celeste Saulonun dediyinə görə, iqlim dəyişikliyi böhranı bizim nəslin ən böyük problemidir. İqlim tədbirləri ilə bağlı xərclər yüksək görünür, lakin heç bir iş görülməsə, xərclər daha da artacaq.

 

Avropada ekstremal istilərə daha çox rast gəlinir

 

Alimlər deyirlər ki, ekstremal hava və iqlim dəyişikliyi səbəbindən sağlamlıq üçün fəsadlar çoxalıb. Son 20 ildə həddindən artıq istilərin təsirindən ölənlərin sayı demək olar ki, 30 faiz artıb. Bütün Avropada havanın temperaturunun anomal yüksək olduğu daha çox müşahidə olunur. 2023-cü il həddindən artıq isti günlərin sayına görə rekord vurub. Alimlər ekstremal istiliyi 46 dərəcədən yuxarı təyin edirlər. Belə şəraitdə sağlamlıq risklərinin qarşısını almaq üçün xüsusi tədbirlər tələb olunur.
Keçən il Cənubi Avropa ölkələrinin 41 faizi çox isti, şiddətli və ya həddindən artıq istilər ilə üzləşib - bu, bir çox insanda istilik stresi adlandırılan vəziyyət yaradıb. 
Bir insanın uzun müddət ərzində yaşadığı istilik stresi sağlamlıq problemlərini daha da pisləşdirə bilər. Bundan əlavə, yüksək temperatur xüsusilə kiçik yaşlı uşaqlarda, yaşlılarda və xroniki xəstələrdə günvurma riskini artırır.
Bu arada hesabat müəlliflərinin fikrincə, cəmiyyətdə anomal istilik dövrləri ilə bağlı sağlamlıq riski lazımi səviyyədə qiymətləndirilmir.

 

Əriyən buzlaqlar və meşə yanğınları

 

2023-cü ildə Avropada baş verən istilik dalğası buzlaqlara da təsir edib. Buzların əriməsi, o cümlədən dağ zirvələrində, bütün dünyada müşahidə edilib, lakin Alp dağlarında xüsusilə güclü olub. Səbəblərdən biri qışda ora çox az qar yağması idi. C3S hesabatında deyilir ki, son iki il ərzində Alp buzlaqları qalan həcminin təxminən 10 faizini itirib.
Alimlər istilik, qar və quraqlığın necə əlaqəli olduğuna dair başqa bir nümunə gətirirlər: kifayət qədər qar örtüyünün olmaması səbəbindən Alpdakı Po çayında suyun səviyyəsi ilboyu orta səviyyədən aşağı olub. Bu səbəbdən İtaliyanın şimalında su qıtlığı və quraqlıq yaşanıb.
İstilik və quraqlıq meşə yanğınlarına səbəb olur. 2023-cü ildə bütün Avropada meşələr yanıb. Bir il ərzində London, Paris və Berlinin birləşdiyi ərazi ilə müqayisə oluna bilən ərazidə yanğınlar olub. Avropada ən böyük meşə yanğını Yunanıstanda baş verib: yanğın nəticəsində məhv olan bölgə Yunanıstanın paytaxtı Afinanın ərazisindən iki dəfə böyük idi.
Avropa ən sürətli istiləşən qitədir. Belə ki, temperatur qlobal orta göstəricidən iki dəfə sürətlə yüksəlir. Alimlərin dediyinə əsasən, bu, digər məsələlərlə yanaşı, Avropa qitəsinin Arktikaya yaxınlığından da asılıdır. 

R.CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!