19 Yanvar 2025 23:15
636
CƏMİYYƏT
A- A+
ATGTİ tərəfindən tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləşmobu reallaşıb VİDEO

ATGTİ tərəfindən tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləşmobu reallaşıb VİDEO

Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş “#20JANUARY” adlı fləşmob keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ATGTİ-dən bildirilib. Fləşmobda Bakı və Sumqayıtda fəaliyyət göstərən ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) 4 minə yaxın fəal tələbəsi iştirak edib.

Fləşmobun keçirilməsində başlıca məqsəd Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar faciəsinin hər bir tələbə gəncin qəlbində yaşatmaq, onların xatirəsini daim ehtiramla yad etmək və 20 Yanvar həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olub.

“Unudulmaz Tarix!” şüarı ilə reallaşan fləşmob tələbə gənclərdən ibarət formalaşdırılan “#20JANUARY” kompozisiyası Bakıda sovet qoşunlarının müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayətin hər zaman yaddaşlarda qaldığına işarə edib.

Dənizkənarı bulvarda panorama çarxı yaxınlığında baş tutan fləşmob 84 metr uzunluğu, 8 metr enində təşkil olunub. Həyata keçirilən fləşmob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.

ATGTİ tərəfindən tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləşmobu reallaşıb VİDEO

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:25
23 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda və 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”ndə dəyişiklik edilməsi haqqında

00:24
23 Yanvar

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 438 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:22
23 Yanvar

Prezident İlham Əliyev “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində iştirakına dair videoçarx paylaşıb

23:54
22 Yanvar

Qrenlandiya ABŞ ilə danışıqlara hazırdır  

23:53
22 Yanvar

Azərbaycan Prezidenti Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edib  

23:52
22 Yanvar

Ukrayna, ABŞ və Rusiya ilk dəfə üçtərəfli görüş keçirəcək  

23:51
22 Yanvar

Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısı ilə bağlı paylaşım edib VİDEO  

23:09
22 Yanvar

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azərbaycana səfərə gəlib  

22:19
22 Yanvar

Rəcəb Tayyib Ərdoğan: Türkiyə İranın işlərinə müdaxilə ssenarilərini heç vaxt dəstəkləməyib

20:41
22 Yanvar

Özbəkistan və Azərbaycan arasında rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq yeni səviyyəyə yüksəlir – özbək deputat  

20:16
22 Yanvar

Zelenski ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşlərin keçiriləcəyini elan edib  

19:52
22 Yanvar

Gürcü deputat: Azərbaycan Prezidentinin Davosda söylədiyi fikirlər alqışlanmalıdır  

19:31
22 Yanvar

Gürcü deputatlar Azərbaycan Prezidentinin Davos bəyanatını müsbət qarşılayırlar  

19:28
22 Yanvar

Milli Məclisin sədri NATO Baş katibinin müavini ilə görüşüb  

19:21
22 Yanvar

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında üç məsələ müzakirə olunub  

19:16
22 Yanvar

Zelenski ilə Tramp arasında görüş təxminən bir saat davam edib  

19:09
22 Yanvar

Komitə sədri Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb  

19:01
22 Yanvar

Gürcüstan mediası Azərbaycan Prezidentinin Davos görüşlərini diqqətdə saxlayır  

18:53
22 Yanvar

Azərbaycan Omanda 1-ci Yaradıcı Əl İşləri Sənayesi beynəlxalq forumunda təmsil olunur

18:45
22 Yanvar

Futuristik robot əl təqdim olunub  

18:38
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!