03 Oktyabr 2024 09:30
1274
Mədəniyyət
A- A+
Aşıq sənətinə böyük ehtiram

Aşıq sənətinə böyük ehtiram


Ustad Ələsgərin abidəsinin ucaldılması Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ənənənin davamıdır


Respublikamızın ədəbi-mədəni həyatında bu günlərdə əsl bayram ovqatı yaşandı. Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı oldu.  Açılışda Azərbaycan Prezidenti İlham Əliyev  və oğlu Heydər Əliyev, ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişdilər.

Tədbir iştirakçılarını və geniş ictimaiyyəti qürurlandıran həm də o idi ki, gündən-günə gözəlləşən Bakı həm də dünyada ən çox görkəmli dövlət xadimlərinin,  elm adamları, məşhur ədəbiyyat, incəsənət, mədəniyyət nümayəndələrinin, habelə xeyriyyəçi və sənətkarlarının  heykəlləri olan bir şəhərə çevrilməkdədir.  Təkcə son illərdə paytaxta dörd böyük bəstəkarımızın - Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Tofiq Quliyevin, üç böyük müğənnimiz - Bülbülün, Rəşid Behbudovun, Müslüm Maqomayevin heykəlləri ucaldılıb. Bu heykəllərin əksəriyyəti  tariximizin ən şərəfli, ən qürurlu günlərini yaşadığımız günlərdə yaradılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli  Azərbaycan Ordusu  dünya azərbaycanlılarının 30 illik həsrətinə son qoyub, Qarabağın tacı Şuşa başda olmaqla, Qarabağ torpaqları erməni işğalından azad olunub. Nəhayət, 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatında 200 ilin problemi həll olunub.

Xatırladaq ki, ölkəmizdə dünya elm, mədəniyyət, incəsənət xəzinəsinə böyük töhfələr vermiş Azərbaycan övladlarının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, xatirələrinin əbədiləşdirilməsi, büst və heykəllərinin ucaldılması, yaşadığı binada barelyeflərinin yaradılması ənənəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən gerçəkləşdirilmişdir. Aşıq sənətinin əlçatmaz zirvəsinə yüksəlmiş ustad Ələsgərin Bakıda abidəsinin ucaldılması bu müqəddəs ənənənin davamıdır.  Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, Aşıq Ələsgər şəxsiyyəti, Aşıq Ələsgər irsi, yaradıcılığı həmişə Ulu Öndərin qayğısı ilə əhatə olunmuşdur. Belə ki, ilk dəfə Azərbaycanda dövlət səviyyəsində Aşıq Ələsgərin yubileyinin qeyd edilməsi Ulu Öndərin sayəsində mümkün olmuşdur. Aşıq Ələsgər irsinin tədqiqi, təbliği də Ulu Öndərin adı ilə bağlıdır.

Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün  iki sərəncam imzalamışdır. Bir sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdi. İkinci sərəncamda isə onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Həmin sərəncama əsasən, şəhərimizin ən gözəl məkanlarından birində - Rəşid Behbudovla Bakıxanov küçələrinin kəsişməsində olan parkda Aşıq Ələsgərin abidəsi ucaldılıb.

Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında demişdir: "Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir".

Daha sonra mərasimdə vurğulanmışdır ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında. Bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi.

Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, Aşıq Ələsgər  yaradıcılığı Azərbaycan xalqının ürəyində elə bir böyük iz buraxmışdır ki, 200 il keçəndən sonra da o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yaşayır. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır.

Azərbaycan Prezidenti çıxışında ötən əsrin əvvəllərinə ekskurs edərək  xatırlatmışdır: "Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar.

Təxminən 4 metr hündürlüyündə olan heykələ baxdıqca Aşıq Ələsgərin həyat və yaradıcılığını göz önünə gətiririk. Bu gün sənətkar yalnız el şənliklərində saz ifa edən aşıqlardan olmayıb, o, böyük ustaddır, filosofdur, söz xiridarıdır. O, torpağından didərgin düşən bir sənətkardır, yurduna qayıtmaq üçün hayqırırdı. Qürurludur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad edilib. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatından epizodlar qeyd edilib. Abidənin ərsəyə gəlməsində yazılı təsvirlərdən istifadə edilib.  

Mütəxəssislər və ictimaiyyət nümayəndələri tərəfindən məmnuniyyətlə qarşılanan heykəlin müəllifi  Xalq rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq  yazıçısı Anar, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli çıxış edərək  böyük ustadın yaradıcılığından söhbət açmış, son illər respublikamızda şair, yazıçı, alim, mədəniyyət və incəsənət ustalarına, bir sözlə, görkəmli şəxsiyyətlərə dövlət səviyyəsində göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.  


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!