14 Avqust 2024 09:48
8847
Turizm
A- A+
Arxeoloji qazıntılar ölkəmizin  zəngin tarixini üzə çıxarır

Arxeoloji qazıntılar ölkəmizin  zəngin tarixini üzə çıxarır

 

Bəşər sivilizasıyasının ən qədim ocaqlarından olan Azərbaycanın tarixi  ərazilərində aparılan arxeoloji qazıntılar - Azıx adamının alt çənə sümüyünün 350-400 minillik tarixi, Qobustan qayaları üstündəki Mezolit dövrü təsvirləri, Tunc dövrü mədəniyyət nümunələri xalqımızın həyat salnaməsinin bizə gəlib çıxmış ən qədim nümunləridir.

Təbii ki, zaman-zaman torpaqlarımıza əl uzadanlar əvvəlcə tariximizə dil uzatmağa çalışıblar. Tariximizi saxtalaşdırmağa, özününküləşdirməyə  cəhd ediblər. Hər dəfə də tarixçi alimlərimiz, arxeoloqlarımız bu cür  "tarix oğruları"nın cavablarını layiqincə verib yerlərində oturdublar. Həmsöhbətimiz AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, arxeoloq Lola Hüseynova ilə söhbətimiz də bu barədə oldu. 

Lola xanım viranə qalmş sarayların, zəlzələdə batmış şəhərlərin, işğalçıların dağıdıb məhv etdiyi məmləkətimizin min il əvvəlini araşdıran,  Vətənimizin tarixini tapdığı daşda, əşyada öyrənib sabaha yol açan arxeoloqlardan biridir. Onunla söhbət edərkən insan xəyalı istər-istəməz sinəsi rəsmlərə çevrilmış Qobustandan keçib minillərin keçmişinə yol salır.

Lola Əkbər qızı Hüseynova 1987-ci il iyunun 19-da  Rusiya Federasiyasının Nyaqan şəhərində anadan olmuşdur. 2005-ci ildə Mingəçevir şəhər Y.Muradov adına 11 orta məktəbi "əla" qiymətlərlə bitirib.

Lola Hüseynova deyir ki, 6-cı sinifdə oxuyanda tarix müəllimi Ruhiyyə Məmmədova Azıx mağarasında aşkarlanan azıxantrop qızdan danışırdı: "Sinif yoldaşım sual verdi ki, bəs niyə o qız elə cavan rəhmətə gedib? Uşaq idik. O zaman Xocalı faciəsi haqqında qorxunc məlumatları, ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər haqqında tez-tez eşidər, dəhşətli hadisələrin şahidi olardıq. Azıx mağarasında tapılan qadın çənə sümüyü haqqında məlumatı ilk dəfə eşidəndə ağlıma gələn bu oldu ki, yəqin o 18-22 yaşlı qızı da ermənilər öldürüb. Azıx düşərgəsinin Füzuli rayonu yaxınlığında olması da məni çox həyəcanlandırmışdı. O gündən qərarımı verdim ki, arxeoloq olacağam, mən də qazıntı aparıb tariximizi öyrənəcəyəm? Atam isə hüquqşünas olmağımı istəyirdi. Mən atamdan öz arzumu gerçəkləşdirmək üçün fürsət verməsini istədim. 2006-cı ildə qəbul imtahanlarında iştirak edib Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum".

2012-ci ildə həmin fakültəni bitirən Lola Hüseynova 2013-2015-ci illərdə təhsil aldığı universitetin Etnoqrafiya və Arxeologiya şöbəsinin magistratura pilləsində təhsilini davam etdirib, oranı qırmızı diplomla bitirib. 2017-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant kimi işə başlayan Lola 2021-ci ilin may ayından Azərbaycanın Antik dövr arxeologiyası şöbəsində elmi işçi vəzifəsində çalışır.

2022-ci ildə Londonda təşkil olunan "Tədqiqatını bir foto ilə izah et" yarışmasının qalibi olub. Bu barədə bizə danışan gənc arxeoloq deyir ki, yazdığı dissertasiya işi ilə əlaqədar "bu bir saxsı parçası deyil, bu bir tarixdir" adlı yazı və öz əl işi olan rəsmlərlə yarışmaya qatılıb, səsvermə ilə birinci yeri tutub.

Gənc arxeoloq Şəki rayonu Təpəbaşı və Kiş-Doxun abidələrində arxeoloji tədqiqatlar aparan ekspedisiyaya rəhbərlik etməklə yanaşı, Gəncə, Uzunrəmə, Göygöl, Zəylik kurqanlarında, Ağstafa rayonu Tavatəpə yaşayış yerində, Qaraçinar yaşayış yeri və Çovdar nekropolundakı arxeoloji qazıntılarda da iştirak edib.

Xanım arxeoloq ömrünün səhifələrini vərəqləyərək geridə qoyduğu illəri xatırlayır: "İlk qazıntı fəaliyyətimə Gəncə şəhərində son Tunc dövrü kurqanlarının tədqiqi ilə başlamışam. Sonra Gəncə və Goranboy ərazisində italiyalı arxeoloqlarla birgə tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun "GarKaP" layihəsi çərçivəsində apardığı arxeoloji qazıntı işlərinin iştirakçılarından oldum. Üç ildir ki, bu iki ərazidə kurqanlar qazılıb tədqiqata cəlb edilir. Bundan əlavə, fransalı arxeoloqlarla beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində 1 il Goranboy rayonu Qaraçinar kəndində yaşayış yeri tədqiqatlarında iştirak etmişəm. Çöl tədqiqatlarımdan biri İmişli rayonu Qızıltəpə abidəsində olub. Daha sonra Azərbaycan arxeologiya tarixində ən böyük layihələrdən biri olan "AzerGold" və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə işi - Daşkəsəndə Çovdar nekropolunun qazıntısında xilasetmə komandasının tərkibində iştirak etmişəm. Hazırda Şəki rayonu Fazıl kəndi ərazisində qazıntıdayam.  Xoşbəxtəm ki, Azərbaycanın zəngin qədim tarixi, bu torpaqların insan məskəni yaranandan bu günə kimi bizə məxsus olmasını sübut etmək üçün arxeologiya elminin imkanlarından istifadə edənlərdənəm".

Lola Hüseynova uğurlarından danşarkən xüsusi olaraq qeyd etdi ki: "Builki qazıntı müddətini Çovdar nekropolu ərazisində 2024-cü ildə aparılan qazıntıların rəhbəri kimi başa vurdum. Hər qazıntıya gedəndə dua edirəm ki, Allahım, ayaq basdığım, mala vurduğum torpağın altından elə bir həqiqət üzə çıxsın ki, Azərbaycan tarixində hansısa qaranlıq səhifəni açmış olsun. Bu baxımdan özümü şanslı hesab edə bilərəm. Məsələn, Uzun Rəmə kurqanlarını, Qaraçinar yaşayış yerini, Çovdar nekropolunu, Kiş-Doxun abidəsini, ən son isə bütün dünyada haqqında yazılan Ağstafa rayon Tavatəpə abidəsini Azərbaycan tarixinin öyrənilməsində mühüm hadisə hesab etmək olar.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların sayı məlum olub  

21:11
25 Dekabr

Təyyarə qəzasında yaralananlar üçün həkimlər Aktauya gəlib

21:10
25 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

21:09
25 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən

21:08
25 Dekabr

Dövlət Komissiyası: Xəsarət almış vətəndaşlarımızın evakuasiyası ilə əlaqədar müvafiq tədbirlər görülür  

21:08
25 Dekabr

“Aktyor sənətini öyrən” layihəsi davam edir

21:07
25 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır  

21:06
25 Dekabr

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib

21:05
25 Dekabr

Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin son tam texniki yoxlanışı bu ilin oktyabrında aparılıb

21:04
25 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:03
25 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

21:02
25 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:01
25 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan  

21:01
25 Dekabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

21:00
25 Dekabr

Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

19:49
25 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:42
25 Dekabr

AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır  

19:36
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİB 2

18:58
25 Dekabr

TBMM-in sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

18:47
25 Dekabr

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu  

18:32
25 Dekabr

AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib  

17:47
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!