03 Iyul 2024 12:39
137
DÜNYA
A- A+

Antonio Quterreş: Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilməlidir

 

Mərkəzi Asiya ölkələrinə səfər edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilməlidir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Antonio Quterreş Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovla görüş zamanı bu ölkənin qonşu dövlətlərlə ərazi mübahisələrinin həllində müsbət təcrübəsini yüksək qiymətləndirib. O, ötən il Özbəkistanla sərhədlərin delimitasiyasının uğurla həyata keçirildiyini qeyd edib.

Baş katib vurğulayıb: “Əminəm ki, Tacikistanla sərhəd məsələsi diplomatik, sülh və danışıqlar yolu ilə həll olunacaq”. O, eyni zamanda, Fərqanə vadisində sərhədlərin delimitasiyasının mürəkkəbliyini vurğulayıb.

Qırğızıstan və Tacikistan arasındakı dövlət sərhədi təxminən 980 kilometrdir. Sərhədin müəyyənləşdirilməsi və xəritələşdirilməsi ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin 90 faizindən çoxu müəyyən edilib və qarşılıqlı şəkildə tanınıb, qalan hissələr isə hələ də mübahisəli hesab olunur. Həll edilməmiş problem yerli sakinlər və hər iki respublikanın hərbçilərinin iştirakı ilə çoxsaylı münaqişələrə, o cümlədən silahlı insidentlərə səbəb olub. 2014-cü ildən bəri Qırğızıstan-Tacikistan sərhədində 10-dan çox ciddi münaqişə baş verib.

Qırğızıstan Çin, Qazaxıstan, Özbəkistan və Tacikistanla həmsərhəddir. Bu ölkənin yalnız Tacikistanla sərhədi delimitasiya və demarkasiya baxımından həll olunmamış qalır.

Görüş zamanı Sadır Japarov Quterreşə Sarı-Caz ərazisindəki dağ zirvəsinə Birləşmiş Millətlər Təşkilatının adının verilməsi haqqında sertifikat təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video