01 İyul 2026 08:35
207
İQTİSADİYYAT
A- A+
Ankarada Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib

Ankarada Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib


İslam Ticarət və İnkişaf Palatasının (ICCD) İdarə Heyətinin yeni fəaliyyət dövrünün ilk iclası (40-cı iclas) Türkiyənin paytaxtı Ankara şəhərində keçirilib. İclasda Azərbaycan sahibkarları ölkəmizi təmsil ediblər. Palatanın İdarə Heyətinin və Direktorlar Şurasının üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev tədbirdə ölkəmizin dayanıqlı kənd təsərrüfatı, bu sektorda formalaşmış dəyər zənciri, ixrac potensialı haqqında çıxış edib.  

İclasın gündəliyində duran əsas məsələlər sırasına daxili seçkilərin tamamlanması (vitse-prezidentlərin, icra və maliyyə komitələri üzvlərinin seçilməsi), halal strategiyası (2026-2030) üzrə işlərin gedişatı və regional iqtisadi əməkdaşlıq layihələri daxildir.  Həmçinin Palatanın yaradılmasının 50 illiyinə həsr olunacaq "Qızıl Yubiley-2027" tədbirlərinin planlaşdırılması və gələcək fəaliyyət istiqamətləri də İdarə Heyətinin diqqət mərkəzində olub.  İslam dünyasının iqtisadi inkişafı, ticarət inteqrasiyası və özəl sektorun gücləndirilməsi naminə birgə addımların atılması istiqamətində təkliflər müzakirə edilib. 

İslam Ticarət və İnkişaf Palatasının İdarə Heyətinin üzvləri tədbir çərçivəsində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüblər. Görüşdə islam ölkələrinin iqtisadi əməkdaşlığı, investisiya imkanları, biznes perspektivləri müzakirə olunub. 

Tədbir çərçivəsində "Qlobal Halal Bazarında Dayanıqlı Kənd Təsərrüfatı Biznes İmkanı" mövzusunda "dəyirmi masa" keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Ziya Hacılının moderatorluğu ilə təşkil olunan tədbirdə İslam Ticarət və İnkişaf Palatasına (ICCD) üzv ölkələrin biznes təşkilatlarının rəhbərləri, sahibkarlar, aqrar sektor nümayəndələri, beynəlxalq ekspertlər və investorlar iştirak ediblər.

Halal iqtisadiyyatda dayanıqlı kənd təsərrüfatının rolunun, əlavə dəyər yaradan aqrar istehsalın inkişaf perspektivlərinin, üzv ölkələr arasında investisiya və ticarət əməkdaşlığının genişləndirilməsi imkanlarının müzakirə edildiyi tədbirdə açılış nitqləri ilə Palatanın baş katibi Yusif Həsən Xələvi və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər. M.Musayev bildirib ki, son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə həyata keçirilən islahatlar, subsidiyalar, suvarma sistemlərinin modernləşdirilməsi və aqrar innovasiyaların tətbiqi sektorun dayanıqlı inkişafını təmin edir. Onun sözlərinə görə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatının inkişafına dair keçirilmiş son müşavirə və qəbul edilən strateji qərarlar bu sahəyə yeni impuls vermişdir. Bu yanaşma aqrar sektorun yalnız daxili bazar üçün deyil, həm də ixracyönümlü güclü iqtisadi sahəyə çevrilməsini hədəfləyir.  

Ziya Hacılının moderatorluğu ilə keçirilən "dəyirmi masa"da halal və dayanıqlıq iddialarında istehlakçı etimadını gücləndirmək üçün rəqəmsal izləmə alətlərindən istifadə, aqrotexnologiya və emal investisiyalarını dəstəkləmək üçün "Salam" və "İstisna" kimi şəriətə uyğun maliyyə alətlərinin tətbiq edilməsi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən ilk pilot layihələr qrupunun müəyyənləşdirilməsi və onların Bakıda keçiriləcək Dayanıqlı Kənd Təsərrüfatı Forumunda təqdim olunması kimi məsələlər müzakirə edilib. Müzakirələrdə həmçinin kənd təsərrüfatının halal dəyər zəncirinin əsas elementi kimi rolu, "fermadan süfrəyə" yanaşmasının genişləndirilməsi, torpaq və su resurslarının səmərəli idarə olunması, qida təhlükəsizliyinin gücləndirilməsi və İƏT ölkələrinin qlobal halal bazarda rəqabət qabiliyyətinin artırılması məsələləri ön plana çıxarılıb.

Sessiyanın əsas hissələrindən biri İslam Əməkdaşlıq Təşkilatı ölkələrində aqrosənaye əməkdaşlığının inkişafına həsr olunub. Bu çərçivədə kiçik fermer təsərrüfatlarının müqaviləli kənd təsərrüfatı modellərinə inteqrasiyası, aqrar emal sənayesinin inkişafı, soyuq zəncir logistikasının genişləndirilməsi və üzv dövlətlər arasında ticarət əlaqələrinin dərinləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsinin müdiri Aytac Talıblının aparıcılığı ilə keçən Palatanın tədbirləri arasında "İnnovasiya və sahibkarlıq: Gənc və qadın sahibkarlar" mövzusunda panel də maraqla qarşılanıb. Konfederasiyanın Rəyasət Heyətinin üzvü Səkinə Babayevanın spikerlik etdiyi paneldə bu sahədə ölkəmizin təcrübəsi qeyd edilib və əməkdaşlıq perspektivləri müzakirə olunub. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına ev sahibliyi edir - YENİLƏNİB  

11:43
01 İyul

Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair layihələri təsdiq edib

11:29
01 İyul

Ötən gün 57 cinayətin açılması təmin olunub

11:26
01 İyul

Kanadanın General-Qubernatoru Zati-aliləri xanım Luiza Arbura  

11:25
01 İyul

Somali Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Şeyx Mahmuda

11:24
01 İyul

Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşir

11:13
01 İyul

Azərbaycan nefti 75 dollara satılır 

11:11
01 İyul

Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim olub

11:08
01 İyul

Dünya bazarında qızıl 51 dollar ucuzlaşıb

10:47
01 İyul

Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub  

10:19
01 İyul

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

09:56
01 İyul

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

09:46
01 İyul

Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib

09:41
01 İyul

Dünya çempionatı: Meksika millisi 1/8 finala vəsiqə qazanıb

09:26
01 İyul

“Bloomberg”: ABŞ İranla bağlı danışıqlarda əldə olunan nəticələri müsbət qiymətləndirir  

09:13
01 İyul

DÇ-2026: Fransa millisi inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb

09:07
01 İyul

Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb

09:02
01 İyul

O taylı-bu taylı Azərbaycanın şairi

09:00
01 İyul

Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi

08:55
01 İyul

Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər

08:50
01 İyul

Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir

08:45
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!