25 Noyabr 2025 20:13
454
DÜNYA
A- A+
Amerikalı ekspert: ABŞ Ukrayna məsələsini öz “boşqabında” saxlamaq istəmir  

Amerikalı ekspert: ABŞ Ukrayna məsələsini öz “boşqabında” saxlamaq istəmir  


Ukrayna hökuməti son sülh planı ilə bağlı bir az təəccüblənmiş kimi görünür, çünki bu layihənin hazırlanmasında iştirak etməyib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin (BAU) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib. O bildirib ki, Ukraynanı hərbi, maliyyə, siyasi və digər cəhətdən dəstəkləyən Avropa ölkələri üçün də bu, gözlənilməz olub. Onun fikrincə, indi əsas sual bu sənədin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün yaxşı bir baza olub-olmaması ilə bağlıdır.

“Bu plan ilk baxışdan Ukrayna üçün o qədər də yaxşı görünmür. Çünki əhəmiyyətli dərəcədə ərazi itkilərini qəbul etməli olacaq. Məsələ təkcə ərazi itkiləri deyil, həm də Ukrayna Silahlı Qüvvələrinin sayına məhdudiyyətlər nəzərdə tutulub. Bununla yanaşı Ukraynanın beynəlxalq ittifaqlara, xüsusən də, NATO-ya qoşulmaq potensialı, Avropa İttifaqında iştirakının gələcəyi məhdudlaşdırılır. Yəni, Ukraynaya bir çox səviyyədə əhəmiyyətli məhdudiyyətlər olacaq. Sual budur ki, hər iki tərəfə külli miqdarda maliyyə itkinsinə və yüz minlərlə insanın ölümünə, dağıntılara səbəb olan münaqişəyə son qoya bilmək üçün yeganə yol budur? Bu, bir təklifdir və hələ bitməyib. O demək deyil ki, layihəni dəyişdirmək, düzəlişlər etmək mümkün olmasın”, - deyə ekspert əlavə edib.

O deyib ki, indiki halda vəziyyət Ukraynanın xeyrinə olmasa belə ABŞ bu məsələyə tez bir zamanda son qoymaq istəyir. Onun sözlərinə görə, bunu qəbul etmək hərbi işğalı normallaşdırır və beynəlxalq hüquq, BMT Nizamnaməsi ilə vidalaşmaq deməkdir.

“Əlbəttə ki, tamamilə fərqli bir ssenari irəli sürmək olar. Ukraynanı dəstəkləyən Qərbin səyləri ikiqat artırıla bilər. Hazırda görünür ki, zaman Rusiyanın tərəfindədir. Qərb tükənib. ABŞ Ukrayna məsələsini öz “boşqabında” saxlamaq istəmir”, - deyə amerikalı ekspert vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Abdulla Aripov: Qəbələdə əldə olunan razılaşmalar əməkdaşlığın genişləndirilməsinə təkandır  

12:35
02 Aprel

Özbəkistan Türk Dövlətlərinin Sənaye İttifaqının yaradılmasını dəstəkləyir  

12:27
02 Aprel

Cevdet Yılmaz: Türk Dövlətləri İnvestisiya Fondu yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacaq  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!