14 Dekabr 2024 09:32
281
DÜNYA
A- A+
Alimlər xərçəng müalicəsində inqilabi bir irəliləyişə imza atıblar

Alimlər xərçəng müalicəsində inqilabi bir irəliləyişə imza atıblar

Cənubi Çin Universitetinin alimləri nadir torpaq minerallarından yüksək saflığa malik qurğuşun-212 və bismut-212 nuklidlərini əldə edərək, xərçəngin müalicəsində inqilabi irəliləyişə imza atıblar. Tədqiqatçılar bildiriblər ki, bu nuklidlər müxtəlif xərçəng növlərinin, o cümlədən döş, mədəaltı vəzi və prostat xərçənginin müalicəsində “hədəflənmiş alfa radionuklid terapiyası” (TAT) üsulu ilə effektiv şəkildə istifadə oluna bilər.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, alimlər nadir torpaq minerallarından proton və neytronların müəyyən nisbətlərdə birləşməsi ilə nuklidlərin çıxarılması texnologiyasını inkişaf etdiriblər. Onların sözlərinə görə, halogen mühitdə nuklidlərin ayrılmasını təmin edən yeni və qənaətcil üsul işlənib hazırlanıb. Bu proses “silikat dəstəkli anion qatranı”nın istifadəsini ehtiva edir. Alimlər bu metodun ənənəvi qatran texnologiyalarına nisbətən adsorbsiyanı 6 dəfə daha sürətlə təmin etdiyini və qısamüddətli nuklidlərin təcrid olunmasında mühüm üstünlüklər verdiyini vurğulayıblar.

Bundan əlavə, tədqiqat qrupu yalnız qurğuşun-212 və bismut-212 nuklidləri üzərində deyil, həmçinin radium-228, torium-228 və radium-224 nuklidlərinin ayrılması üzərində də iş apardıqlarını bəyan edib. Onların fikrincə, bu üsul Çinin tibbi nuklidlərə tələbatının qarşılanmasında mühüm əhəmiyyət kəsb edir. Bu inkişaf ölkənin tibbi texnologiyalar sahəsində “özünü təminetmə” məqsədinə töhfə verəcək.

Alimlərin nailiyyəti xərçəng müalicəsində yeni üfüqlər açmaqla yanaşı, nadir torpaq minerallarının istifadəsinin tibbi tətbiqlərini genişləndirir. Bu yenilik gələcəkdə daha təsirli və daha əlçatan xərçəng müalicəsi metodlarının tətbiqinə zəmin yarada bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!