22 Oktyabr 2024 08:20
364
Təhsil
A- A+
"Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda tədbir keçirilib

"Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda tədbir keçirilib


Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda tədbir baş tutub.

Tədbirdə elm və təhsil nazirinin müşaviri, nazirliyin müvafiq şöbələrinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində son dörd ilin tələbə qəbulu nəticələri təhlil edilib və növbəti tədris ili üçün tələbə qəbuluna dair təkliflərin hazırlanmasına dair tövsiyələr verilib. Həmçinin "Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları" ilə bağlı təlim keçirilib.

Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ali təhsil sahəsində aktual mövzuların müzakirəsi üçün ali təhsil müəssisələrini təşəbbüskar olmağa dəvət edib:

"Sözsüz ki, istənilən siyasətin hazırlanması və onun effektiv olaraq həyata keçirilməsi üçün ən vacib olan məsələlərdən biri yerlərdən bununla bağlı geridönüşlərin əldə edilməsidir. Ali təhsilin inkişafına töhfə vermək üçün bu formatda görüşlərin daha sıx keçirilməsi planlaşdırılır".

Nicat Məmmədli bildirib ki, daha yaxşı ali təhsil siyasətinin formalaşdırılması üçün ali təhsilin ilk səviyyəsindən son səviyyəsinə qədər ciddi müzakirələrə ehtiyac var. O əlavə edib ki, tələbə qəbulunun da proqnozlaşdırılması mühüm məqamdır və bu proqnozlar gələcəkdə əmək bazarının formalaşmasında mühüm rol oynayacaq: "Yenilənən dünyada daim yeni ixtisaslar meydana çıxır. Bu yenilənmə sayəsində multidisiplinar sahələr yaranır. Biz də yeni ixtisasların formalaşdırılması üçün addımlar atmalıyıq. Lakin bu prosesdə bir çox məqamlar nəzərə alınmalıdır. Çünki yeni ixtisasların açılması özlüyündə çox ciddi bir prosesdir. Bunun üçün maddi-texniki baza və kadr potensialı tələb olunur".

Nazirin müşaviri diqqətə çatdırıb ki, ali təhsilin keyfiyyətinin artırılması da vacib məsələlərdən biridir: "Çünki kadr hazırlığı ilə yanaşı, həmin kadrların zamanın və əmək bazarının tələblərinə uyğun və yumşaq bacarıqlara sahib bir vətəndaş olaraq yetişməsi də önəmlidir. Bizim tədris proqramlarımız həm əmək bazarına, həm də məsuliyyətli vətəndaşın yetişdirilməsinə münasibətdə hesablanmalıdır. Bu zaman optimal və effektiv təhsil proqramları yaradılmalıdır". 

Daha sonra çıxış edən Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman bildirib ki, hazırda elm və ali təhsil siyasətinə dair əsas strateji istiqamətlər müəyyən edilib və hər biri üzrə praktik addımlar atılmaqdadır. 2024-cü ildən başlayaraq şöbə yeni formatda elm və ali təhsil müəssisələri ilə müxtəlif mövzulara dair bir neçə dəfə görüş keçirmişdir. Şöbə müdiri qeyd edib ki, davamlı olaraq görüşlərin və müzakirələrin təşkili elm və ali təhsil siyasətinin daha effektiv formlaşdırılmasında xüsusi rol oynayır. 

Turxan Süleyman bildirib ki, hazırda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. Növbəti mərhələdə doktorantura təhsili ilə bağlı da müvafiq işlər, o cümlədən doktorantura təhsilinin yenidən təşkili məsələləri öz həllini tapacaqdır.

Tədbirdə tələbə qəbuluna dair göstəricilər barədə təqdimat göstərilib. Ölkə üzrə 48 ali təhsil müəssisəsi, 2 xarici ali təhsil müəssisəsinin filialı olmaqla 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir. 

Statistik məlumatları təqdim edən Turxan Süleyman bildirib ki, 50 ali təhsil müəssisəsi (2-si xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilmiş, planın 95 faizi (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutmuşdur. Magistratura səviyyəsində isə 16.568 plan yerinə14.104 nəfər (85 faiz) qəbul olmuşdur.

Dövlətsifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən Turxan Süleyman ümumi qəbul planının təxminən 50 faizinin dövlətsifarişli yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olunan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil almaqdadır. 

Turxan Süleyman cari ildə doktorantura (fəlsəfə doktoru) səviyyəsi üzrə 659 qəbul planının təqdim edildiyini və faktiki qəbul olunanların sayının 480 nəfər olduğunu bildirib. Əlavə olaraq qeyd edib ki, prosesin əvvəlindən aparılan düzgün tənzimləmələr nəticəsində bu il ilk dəfə olaraq ali təhsil müəssisələrinin doktorantura proqramına qəbul olunan bütün namizədlər dövlət hesabına təhsil alacaqlar. 

O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olunanların nisbətinə də toxunub: "Cari ildə bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə ümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isə təxminən 74.000 nəfərdir. Növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddi araşdırma və təhlil tələb edən məsələdir".

Turxan Süleyman əlavə edib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq. Bu, o deməkdir ki, artıq növbəti illərdə qəbul planında artırmla bərabər, optimallaşdırmalara da gedəcəyik.

Tədbirin ikinci hissəsində "Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları" ilə bağlı iştirakçılara məlumat verən Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qaraxanova qeyd edib ki, bu qaydalar ali, orta ixtisas və peşə təhsili pillələrində yeni ixtisasların açılması məsələlərini tənzimləyir:

"Yeni təhsil proqramının açılması dörd hala şamil edilir: təhsilin müvafiq pillələri (səviyyələri) üzrə ixtisasların əlavə olunmasına, təsnifatda mövcud olan ixtisas üzrə ali və ya orta ixtisas və ya peşə təhsili müəssisəsində ilk dəfə tədrisə başlanılmasına, müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsinə və təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə".

O əlavə edib ki, yeni ixtisas təhsil alanlarda (tələbələrdə) müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabətqabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət qurmaq bacarığını formalaşdırmalıdır: "Təhsil proqramı (ixtisas) ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı və cəmiyyətin yüksəksəviyyəli, rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir. Təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 50 faizi fərqli olmalı, təkrarlanmamalıdır. Yeni ixtisasın təlim nəticələrinə uyğun peşə və kvalifikasiya standartları olmalıdır".

Nərgiz Qaraxanova bildirib ki, yeni ixtisas üzrə kadr hazırlığının aparılması maraqlı tərəflərin əsaslandırıcı təşəbbüsü ilə mümkündür. Bu təşəbbüslə ali təhsil müəssisəsinə müraciət olunmalı, ali təhsil müəssisəsində bununla bağlı işçi qrupu yaradılmalı, müvafiq sənədlər hazırlanmalı, daha sonra nazirlik qarşısında vəsatət qaldırmalıdır. 

Sonda tədbirin yekunu olaraq ali təhsil müəssisələrinin nümayəndələrinin sualları cavablandırılıb, onların təklifləri dinlənilib və müzakirələr aparılıb.


Yetər KƏRİMLİ 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!