25 Oktyabr 2024 09:10
440
Təhsil
A- A+
Burada sabahın qurucuları yetişir

Burada sabahın qurucuları yetişir


Söhbət Bərdə Dövlət Peşə Təhsili Mərkəzindən gedir


Təhsilin inkişafı Ümummilli Lider Heydər Əliyevin ən böyük önəm verdiyi məsələlərdən biri idi. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsilin təkmilləşməsinə, inkişafına dair strategiyalar hazırlanmış və onlar uğurla həyata keçirilmişdir. Bu zəngin irsin layiqli davamçısı Prezident İlham Əliyev də təhsilə, o cümlədən peşə təhsilinə xüsusi diqqətlə yanaşır. 

44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışın başlanması, bu yerlərdə həyatın dirçəldilməsi, "ağıllı kənd və şəhərlər"in salınması bir sıra peşələrin hazırlanması məsələsini gündəmə gətirdi və sözsüz ki, bu sahədə əsas iş peşə məktəblərinin öhdəsinə düşdü. 

Ölkəmizdə fəaliyyət göstərən belə təhsil və peşə ocaqlarından biri də Bərdə Dövlət Peşə Təhsil Mərkəzidir. Qeyd etmək lazımdır ki, 2020-2021-ci tədris ilindən başlayaraq vətəndaşlara elektron portal üzərindən sərbəst, ödənişsiz qeydiyyatdan keçərək PTM-lərə qəbul olmaq şansının verilməsi bu mərkəzin fəaliyyətinə də müsbət təsir göstərib. Mərkəz 1952-ci ildə Bərdə MTS-nin nəzdində mexanizasiya  məktəbi adı altında fəaliyyətə başlayıb. 1966-cı ildən isə lisey statusu altında fəaliyyətini davam etdirib. 

2016-cı ildə peşə təhsili və təliminin  inkişafına  dair strateji Yol Xəritəsi təsdiq ediləndən, Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılandan və nəhayət, 2018-ci ildə peşə təhsili haqqında qanun qəbul olunduqdan sonra - 2016-2022-ci illərdə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində (DPTM) modernləşmə layihəsi həyata keçirildi. Layihənin başa çatmasından sonra - 2021-ci ildə Prezident İlham Əliyevin mərkəzin açılışında iştirak etməsi məktəbdə tədrisin səviyyəsinin daha da yüksəlməsinə əhəmiyyətli təsir göstərdi. Təsir həmçinin müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artımında hiss olundu.

 Modernləşdirmə layihəsindən sonra mərkəzin maddi-texniki bazası genişlənmiş və infrastrukturu yenilənmişdir. 1200 tələbə üçün tədris binası, 18 təlim emalatxanası, 3 fənn laboratoriyası, 57 sinif otağı, 2300 kitab olan kitabxana, hər biri 100 nəfərlik qız və oğlanlar üçün  2 yataqxana, 2 hektarlıq istixanası, 50 hektar təlim-təsərrüfat torpağı, qapalı idman zalı, açıq idman meydançaları, 400 nəfərlik akt zalı, 150 nəfərlik yeməkxanası, STEAM və Karyera İnkişaf mərkəzləri olan DPTM-də iqtisadiyyatın 8 peşə sahəsi üzrə tədris aparılır. Bunlar iqtisadiyyat və xidmət, kənd təsərrüfatı, energetika və informasiya texnologiyaları, metallurgiya, maşınqayırma və metal emalı, nəqliyyat vasitələri, inşaat və ilkin tələbat və ərzaq mallarının texnologiyası, kimyəvi və biokimyəvi texnologiyasıdır. Mərkəzdə 54 qrupda 40 ixtisas üzrə 1228 tələbə təhsil alır. 2024-2025-ci tədris ilində mərkəzin tələbə qəbulu planına "Dronların texniki xidməti və təmiri üzrə mütəxəssis", "Suvarma maşınları və nasos qurğuları maşinisti", "İnteryer dizayneri" kimi yeni ixtisaslar da əlavə olunmuşdur. Mərkəzdə Yüksək Texniki Peşə, Texniki Peşə və İlk Peşə təhsili pillələri üzrə tədris aparılır. 

Layihənin icrasından sonra mərkəz bir çox nailiyyətə imza atmışdır. Onların arasında yerli və beynəlxalq əməkdaşlıqları vurğulamaq lazımdır. Bərdə DPTM Mingəçevir Dövlət Universiteti, Dövlət Məşğulluq Agentliyi, KOBİA, eləcə də Türkiyənin Bursa Həmidiyyə Texniki Anadolu Liseyi, Estoniyanın Jarvarmaa liseyi, Birləşmiş Millətlərin İnkişaf proqramı, Asiya Bankı, Erasmus+, AgriKontakte Almaniya Təcrübə Proqramı ilə sıx əməkdaşlıq edir. Yeri gəlmişkən, qeyd edək ki, 2022-2023-cü tədris ilində mərkəzin 3 tələbəsi Almaniyanın müxtəlif bölgələrində kənd təsərrüfatı üzrə təcrübə layihəsi çərçivəsində təcrübə keçmişdir. Bundan əlavə, mərkəzin tələbələri və mühəndis-pedaqoji heyəti Türkiyə və Estoniyada təcrübədə olmuşlar. DPTM-in STEAM mərkəzinin tələbələri isə yerli və beynalxalq yarışlarda uğurlu nəticələr qazanmışlar. Mərkəz eyni zamanda həm regionda, həm də ətraf bölgələrdə müxtəlif festivallara qatılır və bir çox mötəbər tədbirə bacarıqla evsahibliyi edir.

Bərdə DPTM-in direktoru Samir Nəcəfov söhbət zamanı mərkəzin  hədəflərindən söz açdı:

- Bu peşə və təhsil ocağının yarandığı vaxtdan missiyası regionun əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması olub. Mərkəzin gələcəyə baxış prespektivləri, çatmaq istədiyi əsas hədəf işəgötürənlərlə sıx əməkdaşlıq quraraq qarşılıqlı dəstək formasında kadr hazırlığı aparan peşə tədris müəssisəsinə çevrilməkdir. Eyni zamanda məqsəd kənd təsərrüfatı ixtisasları üzrə kompetensiya mərkəzi statusu qazanmaqdır. Peşə öyrədən qısamüddətli təlim kurslarının təşkil edilməsini də diqqət mərkəzində saxlayırıq. Dövlətin yaratdığı əlverişli, açdığı geniş imkanlardan maksimum istifadə edərək qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Qazanılan uğurlar bizi qətiyyən arxayınlaşdırmır, əksinə, dövlət və xalq qarşısında məsuliyyətimizi daha da artırır.

Bərdə Dövlət Peşə Təhsili Mərkəzi müasir görkəmi, səliqə-sahmanı ilə diqqət çəkir. Nizam-intizam hər addımda duyulur. Ən əsası odur ki, burada ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün peşəkar kadrlar hazırlanır. Heç şübhəsiz ki, mərkəzdə zəruri ixtisaslara yiyələnən gənclər sabah Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmuş kəndlərinin, şəhərlərinin yenidən qurulmasında iştirak edəcəklər. Şəhidlərimizin qanı ilə suvarılan, azadlığa qovuşan vətən torpağı məhz qurucu yeni nəslin hünəri ilə cənnətə çevriləcək.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb

07:52
28 Oktyabr

Şalva Papuaşvili: Gürcüstanın yeni parlamentinin ilk iclası noyabrda keçiriləcək

21:57
27 Oktyabr

“Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar” - Açıqlama

20:34
27 Oktyabr

Rotterdamda “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”na həsr olunan konfrans keçirilib 

19:36
27 Oktyabr

Xidmət rəisi: Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır

18:41
27 Oktyabr

Gürcüstan MSK səsvermənin ilkin nəticələrini açıqlayıb

18:36
27 Oktyabr

Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçına səfər ediblər

17:01
27 Oktyabr

Taksi sürücülərinin və daşımalarla bağlı fəaliyyət operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib

16:21
27 Oktyabr

COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri aparılıb

16:03
27 Oktyabr

Ombudsman və Aparatın əməkdaşları Özbəkistanda seçki prosesini izləyirlər

15:53
27 Oktyabr

“Gürcü Arzusu” partiyası parlamentdə 89 deputat mandatı qazanıb  

15:46
27 Oktyabr

Özbəkistanda parlament seçkiləri keçirilir

15:28
27 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:25
27 Oktyabr

Balaxanı tullantı poliqonunun ətrafında ağacəkmə aksiyası keçirilib

15:22
27 Oktyabr

İrakli Kobaxidze: Gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, sülhü seçdi

15:18
27 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

15:16
27 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

14:05
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!