07 Oktyabr 2024 16:39
2925
Mədəniyyət
A- A+
Aktotı Raimkulova: Qarabağdakı abidələrin bərpası təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir

Aktotı Raimkulova: Qarabağdakı abidələrin bərpası təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ümumtürk maddi və qeyri-maddi mədəni irs kataloqunun hazırlanması istiqamətində işlər görülür. Türk dövlətlərinin başçılarının tapşırığına əsasən görülən bu iş, sadəcə, ortaq mirasın siyahısının hazırlanmasından ibarət deyil. Kataloq daha geniş ictimaiyyətə çatdırılması məqsədilə kitab və rəqəmsal formatda yayımlanacaq. Bizi birləşdirən ortaq irsimizin tanıdılmasına dəstək olacaq bu fəaliyyət istiqamətində hər ölkənin tövsiyəsi ilə mötəbər elm xadimlərimizdən və mütəxəssislərimizdən ibarət xüsusi komissiya yaradılıb. Mütəxəssislərin köməyi ilə çox mühüm nümunələr seçilərək kataloqa daxil ediləcək. Bu abidələr arasında məhv olmaq təhlükəsi ilə üzləşən və ya artıq yox olanlar da var. Qarabağda da belə abidələrin sayı az deyil. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin yerlərdə genişmiqyaslı bərpa-yenidənqurma işlərinə başlayıb. Bu çərçivədə Qarabağdakı mədəniyyət abidələrinin də bərpasına başlanılıb. Təəssüf ki, 30 illik işğal dövründə Qarabağda baş verən hadisələr Azərbaycanın, o cümlədən bizim ortaq Türk abidələrinin məhv və ya təhrif olunması ilə nəticələnib. Çox sayda tarixi-mədəni abidəmiz yox olmaq dərəcəsindədir. Qarabağın Azərbaycana aid olmasına baxmayaraq, o bölgədə dağıdılan bu abidələrin bərpası təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova söyləyib.

Rəhbərlik etdiyi qurumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Türkiyə, Qazaxıstan, Qırğızıstan dövlət başçılarının dəstəyi ilə yaradıldığını xatırladan A.Raimkulova deyib: “Hazırda dövlət başçılarının tapşırığına əsasən, fond Türk dünyasının ortaq mədəni abidələrinin yenidən qurulması və bərpası işlərini aparır, UNESCO-nun çoxmillətli nominasiyalarına təqdim olunacaq layihələrə dəstək həyata keçirir. Görülən işlərə bu il Bakıda keçirilən Beynəlxalq Qurama Festivalını misal göstərmək olar. Festival Azərbaycanda altıncı dəfə keçirilsə də, bu il ilk dəfə beynəlxalq miqyasda təşkil edildi. Orada ən sevindirici məqam ortaq dilimizin bir daha təsdiqini tapması oldu. Biz “qurama” sözünün fərqli ifadəsinə baxmayaraq, bütün Türk dillərində təxminən eyni şəkildə səsləndiyini gördük. Bununla yanaşı, türkdilli xalqların bərpaçıları tərəfindən festivalda nümayiş etdirilən sənət nümunələri bizə bir daha mədəniyyətimizin müxtəlif sahələrinin mühüm inkişaf yolu keçdiyini və ortaq dəyərlərə əsaslandığını göstərdi. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası bu təşkilata “qurama” nominasiyasını təqdim edib. Biz bu işi türk xalqlarının ortaq irsi, çoxmillətli nominasiyası istiqamətində aparırıq. Bütün bunlar görülən işlərin, sadəcə, bir nümunəsidir. Ortaq irsimizin dünyada tanıdılması istiqamətində filmlərin çəkilməsi, elmi-praktik konfransların təşkili də nəzərdə tutulur”.

Ümumiyyətlə türklərə məxsus abidələrin dünyanın müxtəlif bölgələrindəki bənzərlərindən çox fərqləndiyini qeyd edən müsahibimiz sözlərinə belə davam edib: “Biz türklər yaradıcılıqda özümüzə xas üslub və materiallardan istifadə edirik. Bizim ortaq abidələrimiz təkcə suveren respublikalarımızın ərazisində deyil, demək olar bütün dünyada mövcuddur. Monqolustan, Suriya, İraq, Ermənistan və digər ölkələrin ərazisində çoxsaylı abidələrimiz var. Fond tərəfindən bununla bağlı olaraq normativ sənəd hazırlanır və bütün bu ölkələrə göndərilir. Bu sənəd əsasında təkcə türkdilli ölkələrin deyil, mədəni irsimizin yerləşdiyi hər ölkənin bizə dəstək verməsini gözləyirik. Məsələn, Monqolustan artıq Türk mədəni irsinin qorunması istiqamətində bizimlə fəaliyyətə dəstək vermək istədiyini bildirib. Avropada da irsimizin çox sayda nümunəsi var. Bunlara Polşa, Bolqarıstan, Rumıniyadakı abidələrimizi misal çəkmək olar. Bu abidələrin mədəni irs siyahımıza daxil edilməsi və gələcək nəsillərə ötürülməsi üçün bərpaya ehtiyacı var. Məhz bu səbəbdən də qeyd etdiyim bu normativ sənəd olduqca vacibdir”.

Həmsöhbətimiz fondun Türk dünyası və türkdilli xalqların ortaq tarixi, dili, dini və mədəni irsinin dünyada tanıdılması baxımından olduqca vacib vəzifəni yerinə yetirdiyini vurğulayaraq qeyd edib: “Bundan 15 il əvvəl dövlət başçılarımız tərəfindən Naxçıvanda türkdilli ölkələrin ortaq qurumunun yaradılması istiqamətində imzalanan Saziş çox uzaqgörən siyasətin nümunəsi idi. Artıq Türk Dövlətləri Təşkilatı adını alan bu qurum daxilində müxtəlif sahələrdə atılan addımlar ortaq gələcəyimiz üçün olduqca vacibdir. Fond tərəfindən aparılan bütün fəaliyyətlər bir daha onu sübut edir ki, müəyyən fərqliliklərə baxmayaraq, bizim Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə yanaşı, digər azsaylı Türk xalqları ilə də mədəniyyətimiz, irsimiz, əcdadlarımız ortaqdır. Ən əsası isə odur ki, biz ortaq dil istifadə edirik. Fikrimcə, bu, bizi birləşdirən başlıca məqamdır və perspektivlər baxımından olduqca vacibdir. Ortaq dəyərlərimizin qorunması istiqamətində görülən bütün bu işlər isə irsimiz qarşısındakı ən ali vəzifəmizdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!