22 Sentyabr 2023 00:12
553
CƏMİYYƏT
A- A+
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Banklar Assosiasiyası arasında memorandum imzalanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Banklar Assosiasiyası arasında memorandum imzalanıb

 

Sentyabrın 21-də “Sən tək deyilsən” şəhid xanımlarının təhsilinə dəstək layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, həmçinin tədbir çərçivəsində cari il ərzində ali məktəblərə daxil olmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda həlak olmuş şəhidlərin həyat yoldaşları ilə görüş keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova Vətən müharibəsi qəhrəmanlarının həyat yoldaşlarını ali məktəbə qəbul olmaları münasibətilə təbrik edib.

O, bu gün Azərbaycanda çox vacib və şərəfli dövr yaşandığını, 30 ildən artıq davam edən münaqişənin son mərhələyə daxil olduğunu söyləyib. Bahar Muradova neçə illər sülh üçün çalışdığımızı və bu gün danışıqların aparıldığı günün bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd edilməsinin, eləcə də belə bir ərəfədə şəhid xanımlarına dəstək məqsədilə toplaşmağın təsadüf olmadığını vurğulayıb: “Dünən danışıqlara razılıq verilməsi, ağ bayraq qaldırılması, bu gün də bu danışıqların aparılması onu göstərir ki, Azərbaycan doğru yoldadır və onun yeritdiyi siyasət nəinki regionda bütün dünya, müharibə, münaqişə vəziyyətində olan ölkələr, burada yaşayan xalqlar, əziyyət çəkən insanlar üçün vacib nəticələrdir”.

Dövlət ailə, qadın və uşaq siyasətini həyata keçirən Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən Bahar Muradova, sosial layihələrin çərçivəsinin getdikcə genişləndirildiyini və həssas təbəqədən olan qruplarla iş istiqamətində həm müvafiq dövlət orqanları, həm biznes qurumları, həm də qeyri-hökumət təşkilatları və mətbuatla əməkdaşlığın aparıldığını diqqətə çatdırıb. Sədr, cəmiyyətdə bu və ya digər istiqamətdə uğur qazanmış sahibkarların, iş adamlarının, biznes dairələrinin diqqətini qızların təhsilə cəlb olunması prosesinə yönəltmək üçün 2021-2022-ci illərdə reallaşdırılan “Qızların təhsilinə dəstək” layihəsi barədə danışıb. O, Elm və Təhsil Nazirliyi ilə imzalanmış memorandumun icrası nəticəsində yeni bir fondun - Təhsilin İnkişafına Dəstək Fondunun yarandığını, layihə çərçivəsində aztəminatlı ailələrdən olan qızların təhsilinə dəstək verildiyini əlavə edib.

Eyni zamanda, həmin layihənin icrası prosesində Komitəyə dəstək olan Banklar Assosiasiya ilə əməkdaşlıq işini hüquqi çərçivəyə salmaq məqsədilə memorandum imzalanmasının əhəmiyyətindən danışıb. Komitə sədri, layihə çərçivəsində ötən il 7, bu il isə 8 nəfər olmaqla, ümumilikdə 3 il ərzində 15 şəhid xanımının təhsil müəssisələrinə daxil olduğunu bildirib: “Çox şadıq ki, şəhid xanımlarının bir neçəsi özlərini təhsildə sınadılar və uğur qazandılar. Bu bizi daha da ruhlandırdı”.

B.Muradova, Dövlət Komitəsinin bu günə qədər korporativ sosial layihələr çərçivəsində 2020-ci ildən başlayaraq şəhid ailələrinə dəstək istiqamətində istər regionlarda, istərsə də Bakıda bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. Memorandum çərçivəsində reallaşdırılacaq layihələr və tədbirlər barədə söz açan sədr, birgə layihələrin icrası məqsədilə işçi qrupun yaradılacağını və təcrübə mübadiləsinin həyata keçiriləcəyini bildirib.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış edərək Assosiasiyanın korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən tədbirlərinə diqqət çəkərək, bu istiqamətdə görülən işlərin sistemli xarakter alması, nəticəyönümlü olması və hədəf qruplarının düzgün müəyyənləşdirilməsi məqsədilə belə memorandumların imzalanmasının önəmini qeyd edib. O memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini və hər iki qurum üçün müsbət nəticələr gətirəcəyini bildirib. Z.Nuriyev qeyd edib ki, memoranduma əsasən, qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, innovativ təşəbbüslərin həyata keçirilməsi, korporativ sosial sahədə maarifləndirilmə və sair məsələlər barədə birgə əməkdaşlıq edəcəklər.

Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov layihənin əhəmiyyətinə diqqət çəkib, imzalanan memorandumun tərəflər üçün gözəl bir təşəbbüs olduğunu vurğulayıb.

Daha sonra Vətən müharibəsi qəhrəmanlarının həyat yoldaşları dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən qayğının şəhidlərə ifadə olunan ehtiramın göstəricisi olduğunu bildirib, öz ayaqları üzərində durmağı bacaran qadınların sayının çox olmasını arzulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyalı senator: ABŞ və Ukrayna ilə danışıqlar Azərbaycanda keçirilə bilər

19:28
25 Aprel

Yaxın Şərqdəki müharibənin Fransanın dövlət maliyyəsinə təsiri açıqlanıb

17:29
25 Aprel

Azərbaycan-Ukrayna enerji əməkdaşlığının həm təcrübəsi, həm də perspektivi var

15:44
25 Aprel

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:42
25 Aprel

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb

15:24
25 Aprel

Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik

14:28
25 Aprel

Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

14:18
25 Aprel

Prezident İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

14:04
25 Aprel

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

13:58
25 Aprel

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub YENİLƏNİB

13:48
25 Aprel

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var

13:38
25 Aprel

Bazar günü gözlənilən hava şəraiti açıqlanıb

12:43
25 Aprel

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 55 cinayətin üstü açılıb

10:54
25 Aprel

Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb

10:52
25 Aprel

Dnepr şəhərinə raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var

10:13
25 Aprel

ABŞ-də federal edam cəzaları bərpa olunacaq

10:12
25 Aprel

ABŞ-nin İrana qarşı əməliyyata xərclədiyi məbləğ açıqlanıb

10:11
25 Aprel

BMT: Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücum qeydə alınıb

09:57
25 Aprel

Bilmək istəyirəm

09:20
25 Aprel

Qlobal çağırışların müzakirə olunduğu dialoq mərkəzi

09:15
25 Aprel

Bakının memarlıq simfoniyası

09:10
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!