11 Sentyabr 2024 15:24
629
CƏMİYYƏT
A- A+
Agentlik: Bakıda yeni su və kanalizasiya layihələri icra olunur

Agentlik: Bakıda yeni su və kanalizasiya layihələri icra olunur


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakıda içməli su və tullantı su şəbəkələrinin təmir-bərpa işlərini aparır.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Hazırda planla nəzərdə tutulmuş işlərin əksər hissəsi yekunlaşıb. Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospekti boyu müxtəlif küçələrdə magistral su kəmərləri dəyişdirilib, 15 nöqtədə abonent xətləri çəkilib və birləşmələr verilib.

Corat küçəsində içməli su xəttinin inşası işləri yekunlaşmaq üzrədir. Həmin prospektin müxtəlif nöqtələrində mövcud içməli su xətlərinin dəyişdirilməsi işləri davam etdirilir.

Eyni zamanda Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində, Səbail rayonu Parlament prospekti, Teymur Elçin küçəsində, Nərimanov rayonu Əhməd Rəcəbli, Əhməd bəy Ağaoğlu küçələrində, Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində, Salyan şosesi boyu - Bibiheybət şosesindən Lökbatan dairəsinədək, Dilarə Əliyeva küçəsi boyu, o cümlədən şəhərin müxtəlif yerlərində içməli su xətləri dəyişdirilib və ya təmir-bərpa işləri yerinə yetirilib.

İçməli su şəbəkələri ilə yanaşı tullantı su xətlərinin də təmiri, bərpası, yenilənməsi həyata keçirilib. Tədbirlər Planına uyğun olaraq, Bakı buxtası, Su İdman Sarayı, "Dünyagöz" xəstəxanası, Bulvar İdarəsi, Yusif Məmmədəliyev küçəsi, “Mariot” otelinin ətrafında və şəhərin müxtəlif nöqtələrində yağış kollektorlarının dənizə çıxış hissələrinin uzadılması işləri görülüb.

Nəcəfqulu Rəfiyev küçəsində mövcud yağış kanalizasiya xəttinin dənizə çıxış hissəsində neft tutucu qurğu yerləşdirilməsi üçün kamera yağış xəttinin tikintisinə start verilib.

8 Noyabr prospekti boyu müxtəlif küçələrdə, Binəqədi rayonu Cəfər Xəndan küçəsində, Azadlıq prospektinin kəsişməsində, Səbail rayonu Bibiheybət döngəsi və şəhərin müxtəlif yerlərində kanalizasiya xətlərinin dəyişdirilməsi və ya təmir-bərpa işləri həyata keçirilib.
Səbail rayonu, Bibiheybət döngəsi, Şamaxı yolu Hökməli dairəsi yaxınlığında kanalizasiya kollektoru tikilib.

Tədbirlər Planında işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

Təmir-bərpa işləri, köhnə xətlərin, kanalizasiya sistemlərinin yenilənməsi, əhaliyə fasiləsiz suyun verilməsində qısa müddətli fasilələr yaradır. Bu barədə xidmətin sosial şəbəkə hesablarında elanlar yayımlanır, media orqanlarında məlumatlar dərc olunur. Maksimum səviyyədə səy göstərilir ki, yenidənqurma zamanı suyun verilməsində, kanalizasiya sistemlərinin idarə olunmasında əhali çətinlik yaşamasın, fasilələrin müddəti qısa olsun və işlər daha tez yekunlaşsın.

Ali məqsəd ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsinə xidmət göstərməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!