13 Dekabr 2023 09:20
1302
SİYASƏT
A- A+
Ağdərə rayonunun yaradılması mühüm tarixi hadisədir

Ağdərə rayonunun yaradılması mühüm tarixi hadisədir

 

Milli Məclisdə "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" qanun qəbul olunub. Qanuna əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonu əvvəlki qaydada təşkil ediləcək. Yeni rayonun mərkəzinin isə bu ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə şəhərinin olması qərara alınıb. 
Bu mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı Kamran Bayramov deyib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurması ilə bağlı Prezident İlham Əliyevin prioritet vəzifə kimi müəyyənləşdirdiyi tədbirlər davam edir: "Həmin ərazilərin bərpasına təkcə yenidənqurma, tikinti işləri deyil, həmçinin səmərəli dövlət və bələdiyyə idarəetməsinin tətbiqi, sosial-iqtisadi inkişafın təminatı və Böyük qayıdışın maksimum şəkildə asanlaşdırılması daxildir. Bütün bu məsələlər isə inzibati ərazi bölgüsü islahatlarının həyata keçirilməsini şərtləndirir".
Deputat bildirib ki, zaman-zaman ölkəmizin müxtəlif bölgələrinin inzibati ərazi bölgüsündə dəyişikliklər edilir, yeni ərazi vahidləri yaradılır, sərhədləri müəyyən olunur, dəyişdirilir, onlara yeni adlar verilir: "Bu məsələlər "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunla tənzimlənir. Həmin qanuna uyğun olaraq, indiyə qədər bir çox rayonun inzibati ərazi bölgüsündə çoxsaylı dəyişikliklər edilib. Müstəqil Azərbaycan tarixində yeni rayonların yaradılması təcrübəsi də artıq mövcuddur. 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək Kəngərli rayonu, 2012-ci ildə isə Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək Pirallahı rayonu yaradılıb".
Kamran Bayramov söyləyib ki, işğaldan azad olunmuş rayonların, o cümlədən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşanın inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi və Ağdərə rayonunun yaradılması xüsusi əhəmiyyət kəsb edir: "Bu təşəbbüs Prezident İlham Əliyevə məxsusdur. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" qanuna əsasən, Ağdam rayonunun ərazisindən 10, Kəlbəcər rayonunun ərazisindən 23 kəndin, Tərtər rayonunun ərazisindən isə 1 şəhərin, 1 qəsəbənin və 24 kəndin Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi, ümumilikdə 1660,84 kvadrat kilometr ərazidə yerləşməsi nəzərdə tutulur".
Deputatın sözlərinə görə, mərkəzi Ağdərə şəhəri olmaqla eyniadlı rayonun bərpası tarixi hadisədir: "Ümumiyyətlə isə, işğaldan azad edilmiş şəhər və kəndlərin inkişafı istiqamətində inzibati ərazi bölgüsü islahatları hələ başlanğıcdır. Bu islahatların ardınca ərazi vahidləri müəyyən edilməli, torpaq islahatı aparılmalı, dövlət idarəetmə və bələdiyyə orqanları yaradılıb formalaşmalıdır. Qanun layihələrinin reallaşması isə Qarabağın və Şərqi Zəngəzurun inzibati ərazi bölgüsü islahatlarının astanasında olduğunu, bu ərazilərdə regional inkişaf siyasətinin artıq uğurla həyata keçirilməsini göstərir".

N.QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

18:14
13 May

Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

18:13
13 May

Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib

18:11
13 May

Ekspert: Süni intellekt şirkətləri dezinformasiyanı tanıyan neytrallıq filtrləri və rəqəmsal su nişanları tətbiq etməlidirlər  

18:10
13 May

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!