21 Dekabr 2021 00:15
1104
Mədəniyyət
A- A+
Ağ günə qovuşan Ağdamda Kitab bayramı

Ağ günə qovuşan Ağdamda Kitab bayramı

 

Ağdam rayonundakı Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin, “Azərbaycan” qəzetinin, Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş Kitab bayramı və Respublika konfransı keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən Ağdam Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, ziyalılar və şagirdlər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət olundu, önünə gül-çiçək dəstələri düzüldü.

Sonra tədbir iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyasının “Akademkitab” Birliyinin direktoru, filologiya üzrə elmlər doktoru Əlağa Cəfərov tərəfindən Ağdam rayonuna hədiyyə edilmiş kitabların bir qismindən ibarət sərgi ilə tanış oldular. Son zamanlar Azərbaycan nəşriyyatlarında nəfis şəkildə çapdan çıxmış bu kitablar ölkəmizdə çap məhsullarının mövzu baxımından rəngarəngliyindən xəbər verir.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş Respublika konfransı Dövlət himninin səsləndirilməsi ilə başladı. Xalqımızın Ulu Öndərinin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq vurğuladı ki, Azərbaycan tarixinin mühüm ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi hadisələrlə zəngin olan dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər həmişə Azərbaycanı və xalqımızı zamanın ən çətin, mürəkkəb və ziddiyyətli sınaqlarından çıxara bilib. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalq təsərrüfatı, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlər qazanılıb.

V.Həsənov qeyd etdi ki, hazırda Azərbaycan özünün hər bir sahədə dinamik inkişaf dövrünü yaşayır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən, onun müqəddəs vəsiyyətini həyata keçirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gün ərzində torpaqlarımızı 30 illik erməni işğalından azad etməsi müasir tariximizə qızıl hərflərlə yazıldı.

Ağdam şəhərinin və rayonun işğal altında olan hissəsinin 2020-ci il noyabrın 20-də işğaldan azad edildiyini xatırladan Vaqif Həsənov dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfərlərinə diqqət çəkdi. Qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın 27 ildən sonra işğaldan azad olunan Ağdamda üçrəngli dövlət bayrağımızı qürurla dalğalandırması, Ağdam məscidini ziyarət etməsi, şəhərin baş planını təsdiqləməsi, bərpa-quruculuq işlərinə start verməsi, yeni binaların təməlini qoyması təkcə ağdamlıları deyil, bütün xalqımızı ürəkdən sevindirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın qısa müddətdə dirçəldiləcəyini söyləyən Vaqif Həsənov Kitab bayramını da həmin tədbirlərin tərkib hissəsi kimi dəyərləndirdi. Bildirdi ki, vaxtilə Ulu Öndər kitaba, mütaliəyə, kitab nəşrinə və kitab təbliğinə xüsusi diqqət yetirirdi. Ona görə də bu tədbirin özülündə kitabın dayanması dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramın bir ifadəsidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə ölkəyə rəhbərliyindən, onun müdrik və uzaqgörən dövlət xadimi olmasından geniş söhbət açdı, müasir Azərbaycanın məhz Ümummilli Liderin şah əsəri olduğunu vurğuladı. Bildirdi ki, Heydər Əliyev özünün idarəçilik istedadı, tükənməz enerjisi, misilsiz işgüzarlığı ilə dünyanın ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdir.

Bəxtiyar Sadıqov vurğuladı ki, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı və qurucusu kimi daxil olmuş Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyalarını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Zəfər müharibəsində düşməni darmadağın edərək, şəhidlərimizin qisasını aldı, torpaqlarımızı özümüzə qaytardı. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq Ağdam rayonunun quruculuqla bağlı inkişaf planlarını təsdiq etməsi, bir çox sosial layihələrin həyata keçirilməsinə təkan verməsi yeni dövrün əsasını qoymuşdur.

Milli Məclisin deputatı keçirilən tədbirin mahiyyətindən danışaraq kitabı və mütaliəni cəmiyyətin tərəqqi yolunu nurlandıran işıq kimi qiymətləndirdi. Ulu Öndərin xatirəsinə həsr olunmuş Kitab bayramının əhəmiyyətini qeyd edən natiq kitabın bilik mənbəyi olduğunu, bütün sahələrdəki inkişafın buna bağlandığını söylədi. Heydər Əliyevin hər zaman kitab nəşrinə, kitabxana işinə yüksək dəyər verdiyini, bu sahəyə xüsusi diqqət ayırdığını bildirdi. Bəxtiyar Sadıqov Ağdamda ilk dəfə keçirilən Kitab bayramının gənclər arasında kitabın təbliğinə böyük töhfə verəcəyinə əmin olduğunu diqqətə çatdırdı.

Tədbirdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi, dosent Ələmdar Cabbarlı “Ulu Öndər Heydər Əliyev və Qarabağ ədəbi mühiti” mövzusunda məruzə etdi. O, Qarabağın ədəbi-mədəni həyatının mənzərəsini canlandıraraq dedi ki, çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik olan bu bölgə bir çox sənətkarların yetişməsində  əvəzsiz rol oynayıb. Ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yer tutan Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Mirzə Ələsgər Növrəs, Aşıq Pəri, Bəhmən Mirzə Qacar haqqında məlumat verən natiq Ulu Öndərin hər zaman Qarabağın mədəni yüksəlişinə  qayğı göstərdiyini dedi. O, eləcə də Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirdiyini, azad Qarabağımızda ədəbiyyat və mədəniyyətimizin inkişafına xüsusi töhfə verdiyini söylədi.

BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov “Ulu Öndər Heydər Əliyev haqqında xarici nəşrlər” mövzusunda məruzə edərək dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Çin və başqa ölkələrdə çapdan çıxmış fundamental nəşrlər haqqında söz açdı. Dedi ki,  dahi Heydər Əliyevin fikrincə, hər bir milləti dünya xalqları içərisində fərqləndirən başlıca xüsusiyyət onun mədəniyyətidir. Yüksək mədəniyyətə malik olan xalq daim inkişaf edir və irəli gedir. Azərbaycan xalqının qədim mədəniyyətinin, elmi təfəkkürünün kökləri onun tarixinin dərinliklərinə gedib çıxır. Əsrlərboyu Azərbaycan xalqı Şərq ədəbiyyatı və incəsənətinin, müxtəlif dövrlərin fəlsəfə və elminin ən yüksək nailiyyətlərini özündə təcəssüm etdirən zəngin,  çoxcəhətli və orijinal mədəniyyət yaratmışdır. Bu baxımdan xarici ölkələrdə Heydər Əlievə həsr olunmuş kitablar müstəsna əhəmiyyətə malikdir.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev şəxsiyyəti: milli-mənəvi dəyərlərimizin təəssübkeşi və təminatçısı” mövzusunda məruzə etdi. O vurğuladı ki, mədəni irsimizin qorunub saxlanmasında, inkişafında, geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. Azərbaycan milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Heydər Əliyev tərəfindən daim əsas vəzifələrdən biri kimi irəli sürülmüşdü. Ulu Öndər deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

Tədbirdə Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü işlərdən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən nəhəng quruculuq işlərindən danışdılar.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Erməni lobbisinin dəstəkçilərinə Azərbaycan "dərs" verdi

08:40
22 Noyabr

"Bakıda unikal fürsət"

08:35
22 Noyabr

"SOCAR Green" nümunə göstərir

08:30
22 Noyabr

COP29 elmi təfəkkürdə də yeniliklər yaradır

08:25
22 Noyabr

COP29 insan kapitalının inkişafına mühüm perspektivlər vəd edir

08:20
22 Noyabr

"Yaşıl Sumqayıt" İlham Əliyevin quruculuq missiyasının təntənəsidir

08:15
22 Noyabr

İqlim fəsadlarının sağlamlığa təsiri

08:10
22 Noyabr

"COP29-un nəcib missiyasından qürur duyuruq"

08:05
22 Noyabr

İlham Əliyevin “yaşıl missiya"sı

08:00
22 Noyabr

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında

02:10
22 Noyabr

“Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:08
22 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

02:07
22 Noyabr

“Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1177-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:06
22 Noyabr

“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında

02:04
22 Noyabr

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması QAYDASI

02:03
22 Noyabr

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:02
22 Noyabr

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib  

23:07
21 Noyabr

 Yeni “Wrangler” nümayiş olunub   

23:03
21 Noyabr

“Jaguar”ın yeni loqotipi təqdim edilib

23:00
21 Noyabr

“Messenger”də yeni funksiyalar təqdim edilib

22:48
21 Noyabr

Braziliya rəsmisi: Meşələrin qorunması yalnız milli maraq deyil, qlobal məsuliyyətdir  

22:45
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!