Aprelin 7-də Milli Məclisinin deputatları Səməd Seyidov və Asim Mollazadə ilə Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü lord Con Man arasında görüş baş tutub.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görüşdə çıxış edərək Azərbaycanla Böyük Britaniya arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb. Əlavə edib ki, Azərbaycanın nümayəndə heyəti AŞPA-da Avropa Mühafizəkarlar Qrupunun tamhüquqlu üzvüdür və burada Böyük Britaniyanın nümayəndə heyətinin əksəriyyəti də təmsil olunur. Bu isə ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq platformalarında da əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır. S.Seyidov vurğulayıb ki, beynəlxalq təşkilatlarda, xüsusilə AŞPA çərçivəsində birgə fəaliyyət iki ölkə arasında etimada əsaslanan münasibətlərin göstəricisidir. O, bu əlaqələrin gələcəkdə də dərinləşəcəyinə inamını ifadə edib.
Asim Mollazadə çıxış edərək iki ölkə arasında əməkdaşlığın tarixinə və perspektivlərinə toxunub. Bildirib ki, bu əməkdaşlığın əsası 1992-ci ildən etibarən atılıb və ötən müddət ərzində tərəflər bir çox mühüm sahələrdə, xüsusilə enerji məsələlərində uğurlu əməkdaşlıq həyata keçiriblər. Deputat qeyd edib ki, bu münasibətlər yalnız iqtisadi maraqlarla deyil, həm də ortaq geosiyasi baxışlarla möhkəmlənib. A.Mollazadə çıxışı zamanı Azərbaycanın keçmiş “şər imperiyası”ndan çıxmış bir ölkə olaraq digər regionlarda azadlıq və müstəqillik yolunda addımlayan tərəfdaşlarına dəstək verdiyini bildirib. O, Azərbaycanın yalnız regional deyil, eyni zamanda, beynəlxalq miqyasda demokratiya və azadlıq dəyərlərinin müdafiəsinə töhfə verdiyini vurğulayıb.
Deputat, həmçinin Azərbaycanın İsraillə münasibətlərinə toxunaraq bu əməkdaşlığın regionda sabitliyə və təhlükəsizliyə xidmət etdiyini qeyd edib. O, sovet dövründə yəhudi icmasının hüquqlarının müdafiəsində iştirak etdiyini, eləcə də Avropa Yəhudi Federasiyası və Almaniya, Fransa kimi ölkələrdəki diaspor təşkilatları ilə dostluq münasibətləri saxladığını qeyd edib. Deputat bildirib ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqlarını insan haqları, azadlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa davam edəcək.
Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü lord Con Man görüşdə çıxışı zamanı bildirib ki, ölkələr arasında münasibətlərin inkişafı üçün liderlərin səfərləri və birbaşa müşahidələri xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bir ölkəni yerində görmək, insanlarla ünsiyyətdə olmaq və oradakı ab-havanı birbaşa hiss etmək stereotipləri aradan qaldırmaq və reallığı daha dərindən anlamaq baxımından son dərəcə faydalıdır.
L.C.Man vurğulayıb ki, 24 illik parlament fəaliyyəti ərzində və ondan əvvəl Baş nazir Toni Bleyerin dövründə əsas komitələrdən birində katib kimi çalışdığı illərdə bu qənaətə gəlib - diplomatik münasibətlərdə şəxsi təmaslar və yerində müşahidə əvəzsiz rol oynayır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəzər dənizində zəlzələ olub
AMADA "Ədalətli idman həftəsi - 2025" çərçivəsində tədbir keçirib
Qarabağ Universitetində “Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - YENİLƏNİB
AÇG və “Şahdəniz”dən hasil edilən qazın 36 faizdən çoxu ixrac edilib
Baş prokuror Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib
Kiyev 15 milyard dollara ABŞ-dan 10 ədəd “Patriot” sistemi almağa hazırdır
Temperatur enəcək, leysan yağacaq - PROQNOZ
Azərbaycanda cari ilin ilk rübündə 7 milyon tona yaxın neft hasil edilib
Azərbaycan Respublikasının kommersiya mübahisələrinə baxan hakimləri Türkiyədə səfərdə olublar
Ekvador Seçki Komissiyası hazırkı prezident Noboanı seçkilərin qalibi elan edib
Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri müzakirə olunub
BƏT-in nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri diqqətli olmağa çağırır
Tramp İranla bağlı çox tez qərar veriləcəyinə ümid bəsləyir
Bakıda və Abşeron yarımadasında leysan yağacaq, şimşək çaxacaq – Xəbərdarlıq
İran XİN ABŞ-la danışıqlar formatının dəyişdirilməsini istisna edir
Rumıniya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib
Baş Prokurorluq və Qarabağ Universiteti arasında ECOLEAD layihəsinə qoşulmaq üçün tərəfdaşlıq sənədi imzalanıb
Alimlər yeraltı suları təmizləyən mikroblar tapıblar
Xankəndi prokuroru: Xankəndidə cinayətkarlığa qarşı, qanunun qorunması ilə bağlı bütün tədbirlər görülür
DYP gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!