14 Aprel 2025 14:27
305
DÜNYA
A- A+
Kiyev 15 milyard dollara ABŞ-dan 10 ədəd “Patriot” sistemi almağa hazırdır

Kiyev 15 milyard dollara ABŞ-dan 10 ədəd “Patriot” sistemi almağa hazırdır


Ukrayna ABŞ-dan 10 ədəd “Patriot” zenit-raket kompleksi almaq üçün 15 milyard dolları ödəməyə hazırdır, lakin Vaşinqton bu sistemləri Kiyevə satmaqdan imtina edir.

AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu “CBS News” telekanalına müsahibəsində deyib.

“Bəzi şəhərlərimizi raket və PUA hücumundan qorumaq üçün azı 10 ədəd “Patriot” sisteminə ehtiyacımız var. Biz ABŞ-dan onları almağa və bunun üçün 15 milyard dollar ödəməyə hazırıq”, - deyə dövlət başçısı bildirib.

Volodimir Zelenski daha əvvəl Ukraynanın ABŞ-dan “Patriot” sistemlərinin də yer aldığı böyük silah paketi almağa hazır olduğunu demiş, lakin vəsaitin məbləği və mənbələrini göstərməmişdi. İndi isə o, Kiyevin avropalı tərəfdaşlar hesabına Vaşinqtondan hava hücumundan müdafiə sistemləri və digər silahlar almaq niyyətində olduğunu bəyan edib.

“Bizim hava hücumundan müdafiə sistemlərimiz kifayət qədər deyil. Biz onları almaq istəyirik. Bunu avropalı tərəfdaşlarla da müzakirə etmişik. Onlar bizimlə birgə müvafiq paketləri maliyyələşdirməyə hazırdırlar”, - deyə Volodimir Zelenski əlavə edib.

Prezident, eyni zamanda, “Patriot” sistemlərinin alınması ilə bağlı ABŞ-la razılığa gəlməyin mümkün olmadığını vurğulayıb: “Bizə əlavə “Patriot” sistemləri satılmamasını başa düşə bilmirəm. ABŞ hazırda bunun üçün heç bir imkanının olmadığını deyir, lakin, eyni zamanda, onları İsrailə tədarük edir.

Qeyd edək ki, son vaxtlar hava hücumundan müdafiə sistemlərinin çatışmazlığından tez-tez şikayətlənən Volodimir Zelenski Xarici İşlər və Müdafiə nazirliklərinə zenit-raket komplekslərinin tədarükü və istehsalının lokallaşdırılması ilə bağlı Qərb ölkələri ilə əlaqələri gücləndirməyi tapşırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

21:43
24 Aprel

Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib  

21:41
24 Aprel

“Global Times”: Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması təbii irəliləyişdir  

21:39
24 Aprel

Slovakiyadan olan səyyah: Qarabağın gözəlliyi bir başqadır 

21:37
24 Aprel

Dünyanın məşhur səyyahları Ağdama gəliblər YENİLƏNİB

21:36
24 Aprel

Alper Gezeravcı: Azərbaycan yaxın gələcəkdə kosmik ekosistemin əsas iştirakçılarından biri olacaq  

21:32
24 Aprel

Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı

21:25
24 Aprel

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb

21:21
24 Aprel

4 min illik yemək reseptləri tərcümə edilib

18:55
24 Aprel

“Audi” yeni elektromobilini təqdim edib  

18:54
24 Aprel

İngiltərəli səyyah: Azərbaycanın təhsilə böyük önəm verməsi və ona sərmayə qoyması çox gözəldir

18:53
24 Aprel

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” - elmi-praktik konfrans  

18:52
24 Aprel

Dünyanı xilas edə biləcək çağırışlar  

18:51
24 Aprel

Vaşinqtonda Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın iştirakı ilə maliyyə konfransı keçirilib  

18:50
24 Aprel

Voleybol üzrə Azərbaycan çempionu olan "Azərreyl" komandası mükafatlandırılıb  

18:49
24 Aprel

Xəbərdarlıq: İntensiv yağış yağacaq, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək  

18:48
24 Aprel

Avropalıların öz iqtisadiyyatlarına inamı azalıb

18:48
24 Aprel

Fransa Hərbi Dəniz Qüvvələrinin üzvü Aralıq dənizində itkin düşüb

18:47
24 Aprel

“Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə keçirilib  

18:46
24 Aprel

Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

18:45
24 Aprel

Vatikanda Roma Papası ilə vida mərasimi keçirilir

18:42
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!