07 Aprel 2025 18:18
317
CƏMİYYƏT
A- A+
Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər  

Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər  


Aprelin 7-də Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fariz İsmayılzadə, Tural Gəncəliyev və Zaur Şükürov ilə Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Man arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə çıxış edərək Böyük Britaniyanın Azərbaycan üçün strateji əhəmiyyət daşıyan ölkə olduğunu bildirib. Qeyd edib ki, bp şirkətinin Azərbaycanın ən böyük xarici sərmayəçilərindən biri olması, eləcə də 1990-cı illərdə ölkə iqtisadiyyatına verdiyi dəstək əlaqələrin dərin tarixi əsaslara söykəndiyini göstərir.

F.İsmayılzadə vurğulayıb ki, Böyük Britaniya Qarabağ məsələsində balanslı mövqe nümayiş etdirib, Azərbaycanın müstəqilliyi və suverenliyi məsələlərində ölkəmizi dəstəkləyib. Bu amillər ikitərəfli münasibətlərin getdikcə daha da möhkəmlənməsinə səbəb olub. Deputat, həmçinin gələcək əməkdaşlıq imkanlarına toxunaraq bildirib ki, Böyük Britaniya Parlamenti ilə birgə bir çox layihələrin reallaşdırılması mümkündür. O, qarşılıqlı əlaqələrin genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib və britaniyalı nümayəndələri Azərbaycan hökuməti, parlamenti və səfirliyi ilə daha sıx əməkdaşlığa dəvət edib.

Fariz İsmayılzadə lord Con Manın Azərbaycanın yəhudi kəndini ziyarət etməsini məmnuniyyətlə qeyd edərək ölkəmizdə dini və etnik müxtəlifliyin, tolerantlığın və multikulturalizmin hökm sürdüyünü vurğulayıb. O əlavə edib ki, bu dəyərlər Azərbaycanın xarici siyasətində mühüm yer tutur və bütün dinlərə və müxtəlif sosial qruplara hörmət göstərmək milli kimliyimizin ayrılmaz hissəsidir.

Sonra çıxış edən deputatlar Tural Gəncəliyev və Zaur Şükürov Azərbaycan-Britaniya parlamentlərarası münasibətlərinin siyasi, iqtisadi və humanitar sahələrdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduqlarını vurğulayıblar. T.Gəncəliyev Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini ilk dəstəkləyən ölkələrdən biri olduğunu xatırladaraq hazırda azad olunmuş əraziləri, xüsusilə Xankəndini təmsil etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Deputatlar, həmçinin parlament diplomatiyasının gücləndirilməsi və regional təhlükəsizlik kontekstində Avropa, o cümlədən Böyük Britaniya ilə strateji tərəfdaşlığın əhəmiyyətini diqqətə çatdırıblar.

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən lord Con Man ölkələrimiz arasında mövcud iqtisadi və ticarət tərəfdaşlığının əhəmiyyətini vurğulayıb. O bildirib ki, uzun illər Böyük Britaniya parlamentində fəaliyyət göstərib, o cümlədən iqtisadi məsələlər və bir müddət Olimpiya oyunları üzrə ixtisaslaşmış komitələrdə üzv kimi çalışıb və bu komitələrdə ən uzun müddət xidmət edən üzv olub.

L.C.Man Böyük Britaniyanın Baş naziri tərəfindən Azərbaycana edilən səfərin əhəmiyyətinə toxunaraq bildirib ki, bu, iki ölkə arasında münasibətlərin prioritet xarakter daşıdığını göstərir. Baş nazirin qısa müddət əvvəl vəzifəyə başlamasına baxmayaraq Bakıda keçirilən mühüm beynəlxalq konfransda iştirak etməsi, Azərbaycana verilən əhəmiyyətin göstəricisidir. O, həmçinin bp şirkətinin Azərbaycan iqtisadiyyatına illərdir davam edən töhfəsini vurğulayaraq bu tərəfdaşlığın yeni imkanlar fonunda daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, elmi tərəfdaşlıqlar və iqtisadi sahədə diversifikasiyanın da iki ölkə üçün əsas istiqamətlərdən biri olduğunu bildirib. Bölgədə sabitliyin yaranması ilə iqtisadi inkişaf üçün geniş potensialın mövcud olduğunu qeyd edən lord Con Man bu mühitdən səmərəli istifadə olunmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Erməniəsilli şahid: Vaxtilə Yerevandan Azərbaycanın torpaqlarına silahları Ermənistan ordusunun baş komandanı Vazgen Sarkisyan göndərib 

16:43
14 Aprel

Artur Abramyan: Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi  

15:57
14 Aprel

Yaponiya əhalisinin sayı rekord dərəcədə azalıb

15:55
14 Aprel

Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub

15:36
14 Aprel

Dubay Beynəlxalq Hava Limanı dünyanın ən işlək aeroportu seçilib

15:34
14 Aprel

Heyvan yağlarına yeni alternativ yağ istehsal ediləcək

15:32
14 Aprel

Əlcəzair hakimiyyəti 12 fransız diplomatı ölkədən çıxarır

15:32
14 Aprel

ABŞ və İran danışıqların yerini dəyişə bilər

15:31
14 Aprel

Tacikistanda zəlzələ nəticəsində 94 yaşayış binası dağılıb

15:29
14 Aprel

ANAMA: Ötən həftə 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib  

15:01
14 Aprel

Xəzər dənizində zəlzələ olub

14:39
14 Aprel

AMADA "Ədalətli idman həftəsi - 2025" çərçivəsində tədbir keçirib

14:35
14 Aprel

Qarabağ Universitetində “Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

14:31
14 Aprel

AÇG və “Şahdəniz”dən hasil edilən qazın 36 faizdən çoxu ixrac edilib

14:30
14 Aprel

Baş prokuror Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib

14:29
14 Aprel

Kiyev 15 milyard dollara ABŞ-dan 10 ədəd “Patriot” sistemi almağa hazırdır

14:27
14 Aprel

Temperatur enəcək, leysan yağacaq - PROQNOZ

14:25
14 Aprel

Azərbaycanda cari ilin ilk rübündə 7 milyon tona yaxın neft hasil edilib

14:12
14 Aprel

Azərbaycan Respublikasının kommersiya mübahisələrinə baxan hakimləri Türkiyədə səfərdə olublar  

14:01
14 Aprel

Ekvador Seçki Komissiyası hazırkı prezident Noboanı seçkilərin qalibi elan edib

13:17
14 Aprel

Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri müzakirə olunub  

13:15
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!