01 Iyul 2024 17:43
1227
Təhsil
A- A+

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB

 

İyulun 1-də ADA Universiteti, Elm və Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Təhsildə bərabərliyə doğru: tədqiqat və təcrübəyə nəzər” devizi altında keçirilən konfrans alimləri, təhsil siyasətinin icrasında iştirak edənləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirərək tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edib.

Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetinin təşəbbüsünü dəstəkləyib və təhsil haqqında danışmağın, onu müzakirə etməyin hər zaman vacib olduğunu diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində həyata keçirilən islahatlara toxunan nazir onların uzunmüddətli dövrdə Azərbaycan təhsilinə töhfə verəcəyinə inamını ifadə edib.

Elm və Təhsil Nazirliyinin təhsil siyasəti ilə bağlı fikirlərini bölüşən Emin Əmrullayev sözügedən konfransın təhsil siyasətinin ən vacib məqsəd və vəzifələrini müzakirə etmək baxımından faydalı olduğunu vurğulayıb. Təhsilin müxtəlif pillələri üzrə qarşıya qoyulan hədəflərdən danışan nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

Daha sonra ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal konfransın dinamik, populyar platformaya çevrildiyini və bu tədbirdə təhsilimizin mühüm, qlobal məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, konfransın əsas məqsədi həm fərdi, həm də ictimai rifaha əsaslanan formal və ya ömürboyu öyrənmə təhsil səviyyəsində bərabərsizliyi aradan qaldıran, o cümlədən bərabərliyi və ədaləti təşviq edən siyasət, eləcə də paradiqmaların yaradılmasını tövsiyə edə bilən elmi araşdırmaların və tədqiqatların dəyərləndirilməsidir.

Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Təhsildə bərabərsizliyi aradan qaldırmağa yönəlik keçmişə və gələcəyə əsaslanan yanaşma” mövzusunda çıxış edib.

Daha sonra Vaterloo Universitetinin Riyaziyyat, Biznes və Mühasibat proqramlarının direktoru İlham Axundov “Sabahın təhsilini formalaşdırmaq: bərabərlik, məlumat savadlılığı, koqnitiv yük və süni intellekt” mövzusunda danışıb.

Açılış mərasimindən sonra prorektor Vəfa Kazdalın moderatorluğu ilə “Tədrisin təşkilində müxtəlifliklər (kənd və şəhər, dövlət və özəl, tədris dili: Azərbaycan dili, rus dili, ingilis dili)” mövzusunda panel müzakirəsi keçirilib.

“Təhsilverənlərin şəhər və regionlar üzrə bölünməsi" mövzusuna həsr olunan ikinci panel müzakirəsi Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublunun moderatorluğu ilə təşkil edilib.

Konfrans iyulun 2-də də öz işini davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video